“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ
24-06-2020, 14:14
322

“Prezident maska taxırsa, niyə başqası edə bilməz?“ - İlham Əliyevdən XƏBƏRDARLIQ

“Mən maska ilə gəzirəm. Göstərmişəm, bir daha göstərirəm. Bütün qapalı yerlərdə maska taxıram. Yaxşı, indi Prezident bunu edirsə, niyə başqası edə bilməz? Nə çətin şeydi bu? Heç bir əziyyət vermir, heç bir problem yaratmır. Sadəcə olaraq, məsuliyyətsizlik və deyə bilərəm ki, eqoizm və biganəlik”. 

Gündəlik Bakı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram: “Axı, yaxşı sən sağalarsan, amma sən yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Çünki bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. Mən bu məsələ ilə bağlı Operativ Qərargaha göstəriş verdim ki, çox ciddi dövlət nəzarəti olmalıdır. Belə olan halda biz bütün tədbirləri daha operativ şəkildə görə bilərik və bu vəziyyətdən az itkilərlə çıxa bilərik. Mən demişəm və həkimlər yaxşı bilir. Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bir daha demək istəyirəm ki, bizim indi nə qədər həkimimiz var, hamısını bu işlərə cəlb edirik”. 

Prezident əlavə edib ki, bizim bundan iki dəfə çox həkimimiz yoxdur: “Sabah bu pandemiya daha geniş vüsət alsa, əgər bu gün, misal üçün 300-400 adam yoluxursa, sabah daha çox adam yoluxarsa, bunları biz harada yerləşdirəcəyik. Tutaq ki, yerləşdirdik, indi xəstəxanalar tikilir və bizim boş çarpayılarımız var, ancaq həkimlərin sayını necə artıra bilərik?! Gərək hər kəs bu haqda fikirləşsin, hər kəs düşünsün”.

“İdarələrdə idarə rəhbərləri görəndə ki, onun işçisi maska taxmır, əlbəttə, tədbir görməlidir, dərhal reaksiya verməlidir, müvafiq qurumlara məlumat verməlidir. Əgər belə davam edərsə, mən deyəcəyəm ki, cərimələrin həcmini artırsınlar. Çünki indi böyük imkanlara sahib olan adamlar nə üçün 50 manat, 100 manat cərimə verirlər. O çıxır, maşınına oturur, hara istəyir gedir. Tutaq ki, onu saxladılar, saxlamadılar, onu da hələ bilmək olmur. Çünki hər kəsi saxlamaq da mümkün deyil. Cəriməni verir gedir, sonra istədiyini edir. Ona görə mən tapşırıq vermişəm ki, dövlət orqanları, yerli icra orqanları, hüquq mühafizə orqanları tərəfindən bu məsələyə daha ciddi nəzarət olmalıdır. Çünki bu, milli təhlükəsizlik məsələsidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Oxşar xəbərlər

“Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz“ - İlham Əliyev
“Belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz“ - İlham Əliyev
İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışını etdi
Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib
Anbarda qalan 10 milyon maska: - Yerli maska niyə satılmır?
"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev
“İcra başçılarının həbsləri vicdanını itirmiş digər məmurlara mesajdır”
Kimlər üçün maskadan istifadə etmək təhlükəlidir?
Donald Tramp xəstə qardaşına baş çəkdi
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır
“Qara maska” xəbərdarlığı: “Heç bir qoruyuculuğu yoxdur”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər
Məktəb vacibdir, uşaq kollektivdə olmalıdır - AKTUAL
İcra başçısı karantin qaydalarını belə pozdu - FOTO
Prezident İlham Əliyev: "Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür"
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti ilə görüşüb
"Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir" - İlham Əliyev
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
"Bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!?" - İlham Əliyevdən sərt XƏBƏRDARLIQ
“İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…” - deputat
"İlham Əliyevin bu çıxışı həm də digər ölkələrə açıq mesajdır" - ŞƏRH
Dövlət başçısının tələblərinə bu rayonda əhəmiyyət verilmir- İbrahim Mustafayev nə iş görür bilən yoxdur
“Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
Prezident soruşdu, nazir bankları tənqid etdi: "...ürəkaçan deyil"
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Arzu Nağıyev: Heç bir vəzifəli şəxs qanunun tələblərinə hörmətsiz yanaşa bilməz
İcra başçıları lüks maşınlarını “NAZ-Lifan”a dəyişir - əslində onların özünü dəyişmək vaxtıdır...
Prezident İlham Əliyev Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edib