ABŞ-dan İlham Əliyevə zəng: Sərhəddəki gərginlik müzakirə edildi
18-05-2021, 10:23
116

ABŞ-dan İlham Əliyevə zəng: Sərhəddəki gərginlik müzakirə edildi

17 may 2021-ci il tarixində axşam radələrində ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib. Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Ceyk Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginlik ilə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb. Ceyk Sallivan ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib.

Azərbaycan Prezidenti İlham Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığımızı bildirib. Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib.
İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Prezident İlham Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

Oxşar xəbərlər

İbrahim Kalın Baydenin müşaviri ilə Dağlıq Qarabağı müzakirə edib
Fransa Prezidenti Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib
Əfqanıstan prezidenti İlham Əliyevə zəng edib
İlham Əliyev Putinə zəng etdi
Vladimir Putin Prezident İlham Əliyevə zəng edib
İlham Əliyev Ərdoğana zəng etdi
Ceyhun Bayramov italyan həmkarı ilə telefonla danışdı
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev Ərdoğana zəng etdi
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
ABŞ Prezidenti İlham Əliyevə məktub yazdı
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğandan Qarabağa dair YENİ AÇIQLAMA
İlham Əliyevlə Ərdoğan arasında telefon danışığı oldu
Ceyhun Bayramov Əfqanıstanın XİN başçısı ilə müzakirə aparıb –XİN-dən açıqlama
İlham Əliyev Ərdoğana zəng etdi
Sərhəddə nə baş verir? - İlham Əliyev açıqladı
Azərbaycan XİN-dən Kanada Xarici İşlər nazirinə CAVAB
Azərbaycan XİN rəhbəri Aİ-nin ali nümayəndəsi ilə telefonla danışıb
İranın Xarici İşlər naziri cəbhədəki gərginlikdən narahatlığını ifadə etdi
İlham Əliyev litvalı naziri qəbul etdi - YENİLƏNİB
“Bu, bölgədə sülh üçün atılan ən böyük addımdır” - Çavuşoğlu
Paşinyan Putinə zəng etdi
İlham Əliyevlə Ərdoğanla danışdı
Prezident İlham Əliyev rusiyalı həmkarı Vladimir Putini təbrik edib
Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı oldu
Ərdoğan: Putinlə danışdıq, sülhməramlılarsız Qarabağ...
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Putin Paşinyana təpindi: Bütün müddəalara əməl olunmalıdır!
Ceyhun Bayramov Filip Rikerlə bölgədəki vəziyyəti müzakirə etdi