"MedEra"da əməliyyat olunan qız İFLİC OLDU - FOTO
26-06-2020, 15:18
668

"MedEra"da əməliyyat olunan qız İFLİC OLDU - FOTO

Bakıda daha bir gənc qız plastik əməliyyatın qurbanı olub.
Gündəlik Bakı axşam.az-a istinadən xəbər verir ki, adının ictimailəşməsini istəməyən xanım mədəkiçiltmə əməliyyatından sonra iflic olduğunu deyib.

O bildirib ki, bu ilin əvvəlində "MedEra" klinikasında bariatrik-metabolik cərrah Fərid Rəfiyev tərəfindən əməliyyat olunub. Əməliyyatdan ay yarım sonra pasiyentin səhhətində ciddi problemlər başlayıb:
"Əməliyyat yanvarın 16-da baş tutdu. Ay yarım sonra qusmalar, mədəmdə güclü ağrılar başladı. Karantin vaxtı olduğu üçün xəstəxanalar işləmədi, analizə gedə bilmədim. Mədəmdəki ağrılarla bağlı Fərid həkimə mesaj yazdım. O, bunun normal olduğunu dedi. Analiz vermədən, yoxlamadan mənə dərmanlar yazdı. Qusma dayansın deyə dərmanları içdim, amma tam əksi oldu. Sən demə, yazdığı dərmanlar mədə-bağırsaq əməliyyatı olanlara qadağan imiş. Ağrılarım daha da şiddətləndi, mədəm keyidi. Mədə nahiyəmdə hissiyyatım itdi. Normal yeriyə bilmədim, ayağımı sağa-sola atırdım. Fərid həkimə bunu bildirdim, mənə iynə və sistem yazdı. Onu da etdim. Nəinki mədəm düzəldi, düz ayaq barmaqlarıma qədər uyuşma yarandı. Hissiyyatım itdi, tamamilə iflic oldum. Apreldən bu yana yataq xəstəsi olmuşam. Fərid həkimə yenidən bununla bağlı məlumat verəndə isə qayıtdı ki, təcili nevropatoloqa müraciət et, sinirlərin sıxışıb.
Məni “nasılka” ilə "MedEra"ya apardılar. Təklif etdim ki, ekspertizaya gedək, nə sizdə, nə də məndə şübhə qalsın. Əvəzində gəlib qanımı yudular ki, dərmandan bu hala düşdüyümü sübut edə bilməyim. Xəstəxanada bir həftə məni müalicə etdilər. Sonra şantaj etdilər, məhkəməyə versəniz, sizə dəlilik kağızı hazırlayacağıq dedilər. Polis çağırdım, xəstəxanadan çıxmaq istədiyimi bildirdim. Evə gəlib fizioterapiya etdirdim. 2 aydır, heç bir irəliləyiş olmayıb. 10 min manat pulum gedib. Mədəmdən ayağıma kimi iflic olmuşam. Gənc qızam, gələcəyim məhv edildi”.

Oxşar xəbərlər

Əməkdar artist qəzəbləndi: “Bu addımlarına görə o qədər döyərəm ki…”
Gözəllik qurbanları: “Pula görə istədikləri əməliyyatı edirlər” – Həkimdən həmkarlarına İRAD
Lalə Şövkət bu gün əməliyyat olunur
Bakıda əməliyyat olunan 9 yaşlı uşaq xəstəxanada öldü
Ermənilərdən növbəti təxribat - Məsciddə spirt içdilər
12 icra məmuru cəzalandırılıb
Bakıda polis COVID-19 xəstəsini küçədə yaxaladı
Azərbaycanda görünməmiş hadisə: 64 yaşlı qadın əkiz uşaqlar dünyaya gətirdi
“MedEra Hospital”da ağzımı elə tikdilər ki, dodaqlarım açıq qalır  yumulmur ...-ŞİKAYƏT
Baş prokurordan kadr dəyişikliyi: Fərid Nağıyevə yeni vəzifə verildi
“Əlli yaşında təhsil alan icra başçısı nə bilir xalq nədir...”
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
Azərbaycanda kişinin təmirə pulu olmadı, qonşuların evlərini soydu
Lalə Şövkətin vəziyyəti ilə bağlı oğlundan AÇIQLAMA
“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...
Azərbaycanda uşaq nəhəng şişlə doğuldu - FOTOLAR
Bakıda qəza sıxlığa səbəb oldu - FOTO
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Bakıda daha bir narkotacir tutuldu - FOTO/VİDEO
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Xətaidə işıqdan milyon qazananlar- Ağaverdi Həsənov və Fərid Əbilov
Azərbaycanda 16 yaşlı qızı qaçırıb fiziki qüsurlu şəxslə evləndirmək istədilər
DTX-nin saxladığı rəis bu şəxslərə şərt qoyubmuş - FOTO
Bakıda polis əməliyyat keçirdi: narkotik becərən şəxs saxlanıldı
Əməkdar artist gənc müğənniləri məsxərəyə qoydu: “Hamısının burnu kəsik, dodağı silikondur”
Yaponiya qasırğanın təsirinə məruz qalan bölgəyə on minlərlə əsgər göndərib
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
Bakıda şirkət direktoru koronavirusdan vəfat etdi - FOTO
Maştağada silahlı şəxs tutuldu – Foto
Heydər Əliyev Fondu Xalq artistinin müalicəsini üzərinə götürdü