DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
26-06-2020, 15:39
455

DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Gömrük Komitəsi Enerji resursları və Dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin həbsi ilə bağlı məlumat yayıb. 
DGK-dan Gündəlik Bakı-ya daxil olan məlumatda bildirilir ki, ölkə başçısı tərəfindən gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılmasıdır. Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının birgə gerçəkləşdirdikləri növbəti əməliyyat tədbiri nəticəsində daha bir gömrük əməkdaşının qanunsuz əməli ifşa olunub.
Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə əməliyyat məlumatı daxil olub və bununla əlaqədar olaraq sözügedən hüquqazidd əməlin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib. Belə ki, qüvvədə olan cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanan cinayət haqqında məlumat gömrük orqanları tərəfindən istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və DGK Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan "Gate Est Group" MMC və "İnterlogistics" MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında prokurorluq və gömrük orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.
Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, gömrük sistemində şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi xarakter daşıyır və aşkar edilən bütün hüquqazidd əməllər barədə ictimaiyyət məlumatlandırılacaq.

Oxşar xəbərlər

Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Gömrük əməkdaşları üçün seminar keçirilir
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
Xarici səfirlikdə işləyənlər maşın alveri edirmiş
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı
Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Səfər Mehdiyev deputata savaş açır..
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Bakı Baş Gömrük İdarəsində nə baş verir?
Ölkəyə gizli yolla 243 ədəd kosmetik vasitələr keçirmək istədi
Dövlət Gömrük Komitəsi nə zaman YOXLANILACAQ?
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Zakir Qaralovun vəzifədə çalışan qohumları - Siyahı
DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Zelenskidən azərbaycanlı generalla bağlı sərəncam
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Gürcüstandan gələn "Opel"də siqaret və spirtli içkilər aşkarlandı
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi