Açıq havada toy hazırlıqları BAŞLADI
19-05-2021, 10:24
147

Açıq havada toy hazırlıqları BAŞLADI

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi məhdudiyyətlərlə əlaqədar 2020-ci il 15 martdan etibarən toy, nişan, ad günü kimi kütləvi mərasimlər keçirilməsinə qadağa qoyulub.

Artıq bir ildən çoxdur ki, toy mərasimləri keçirilmir. Lakin son ayda ölkə əhalisinin sürətli şəkildə vaksinasiya olunması, eləcə də yoluxma statistikasındakı azalma Azərbaycanda toyların keçirilməsiylə bağlı qərarın dəyişdirilməsinə ümidi artırır.

Bir çox gənclər, nişanlı cütlüklər toyların keçirilməsiylə bağlı qərarın verilməsini gözləsələr də, digərləri pandemiyanın bitməsini gözləmədən artıq ailə arasında nikah mərasimi keçirirlər. Toyların keçirilməsi ilə bağlı tətbiq olunan qadağanın müəyyən şərtlərlə götürülməsi təklif olunur ki, bir çoxları bu təklifi dəstəkləyir.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, açıq havada toy mərasimləri keçirilməsi ilə bağlı qərar verilə bilər.

 

“Yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik . Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində onun ortalama 41 həcmində, 100-150 nəfərlik insanlarla epidemiolojik vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsiylə əlaqədar qərarlar da verilə bilər”.

Bəzi məlumatlara görə, ilk olaraq açıq hava məkanı olan şadlıq saraylarında toylara icazə veriləcək.

Şadlıq saraylarının buna necə hazırlaşdığını öyrənmək üçün açıq havada xidmət göstərən bəzi şadlıq saraylarıyla əlaqə saxladıq.

“Elite Events Hall”dan bildirdilər ki, yay toyları üçün artıq hazırdırlar: “Hələlik hər hansı bir göstəriş və ya toyların necə keçiriləcəyi ilə bağlı heç bir məlumat verilməyib. Məlumat versələr ki, bu gün və ya 10 günə toylara icazə veriləcək, biz buna tam hazırıq”.

Başqa bir açıq hava məkanına sahib “Qızıl Qaya” Sarayından bildirdilər ki, qərara uyğun hərəkət edəcəklər. Onlar da toylar başlayacağı təqdirdə hazır olduqlarını deyirlər.

Sonuncu olaraq “Lido” restoranından isə hələlik heç bir hazırlıq görülmədiyini, rəsmi qərar olarsa, hazırlığa başlayacaqlarını bildirdilər. /Cebhe.info

Oxşar xəbərlər

Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
Yas və toyların bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA
Toyların keçirilməsinə icazə verilə bilər - 150-200 nəfərlik
Bayramdan sonra toyların keçirilməsinə İCAZƏ VERİLİR? - AÇIQLAMA
TƏBİB-dən karantin günlərində toyların keçirilməsi ilə bağlı açıqlama
İyun ayına şadlıq evlərində boş yer yoxdur - VİDEO
Toyların keçirilməsinə bu şərtlər daxilində icazə verilə bilər - AÇIQLAMA
Toylarla bağlı Operativ Qərargahdan AÇIQLAMA - 80 nəfər qonaqla...
Toyların bu tarixdən keçirilməsinə icazə verilə bilər - AÇIQLAMA
Milli Məclisdə operativ qərargaha tənqid: “Toylar keçirilməlidir”
TƏBİB-dən karantin rejiminin sərləşdirilməsi ilə bağlı AÇIQLAMA
Azərbaycanda deputatlar vaksinasiya olunacaq
"Əgər pandemiya aylar, illər çəkəcəksə..." - Deputatdan toylarla bağlı AÇIQLAMA
AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər
Bu şəxslərin metroda işləməsi qadağandır - RƏSMİ
“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”
Açıq havada toylara icazə verilə bilər - Video
Yaxın vaxtlarda toyların keçirilməsinə icazə verilə bilər? - AÇIQLAMA
Ramazan bayramı günlərində sərt karantin ola bilərmi? - RƏSMİ MÖVQE
Operativ Qərargah toplanır: Hansı qərar veriləcək?
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Operativ Qərargahın eksperti sərt karantinin ANONSUNU VERDİ
“Toylar başlasın” tələbinə Adil Qeybulladan CAVAB: - “Buna icazə verilsə...”
Toyların başlaması ilə bağlı mühüm açıqlama: Şadlıq saraylarında son durum
Türkiyədə toyların keçirilməsinə icazə verildi
Rayonlara gediş-gəliş yanvarın 18-dən sonra açılacaqmı? - Deputatdan AÇIQLAMA
Rayonlara gediş-gəliş bu tarixdə açıla bilər
Azərbaycan polisindən Neftçi-Qalatarasay oyunu haqda açıqlama
Nazirlər Kabineti toylarla bağlı qərarını açıqladı