“Oksigen” və “Leyla Şıxlinskaya” klinikalarının adından yazılan 96 ədəd COVID-19 testi saxta çıxdı
19-05-2021, 14:51
214

“Oksigen” və “Leyla Şıxlinskaya” klinikalarının adından yazılan 96 ədəd COVID-19 testi saxta çıxdı

Gəncə Hava Limanında Gəncə - Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin COVID-19-la əlaqəli təqdim etdiyi tibbi arayış saxta çıxıb.
“Report”un məlumata görə, sərnişinlərin təqdim etdiyi tibbi arayışların üzərində sənədlərin “Leyla Medical Center” (keçmiş “Leyla Şıxlinskaya” klinikası) və “Oksigen” klinikasından verildiyi qeyd edilib.
Faktla bağlı hüquq mühafizə orqanları ciddi araşdırmalara başlayıb.
“Leyla Medical Center”in mətbuat xidməti Aytaç Kərimli sorğuya cavab olaraq bildirib ki, tibb müəssisələri tərəfindən kimsəyə saxta arayış verilə bilməz:
“Bu kimi halların qarşısını almaq üçün dörd aya yaxındır ki, tibbi arayışların üzərində QR kodlar yerləşdirilib. Hava limanında QR kodları yoxlamaq kifayət edir ki, həmin arayışın saxta və ya real olduğu bilinsin. Adətən belə faktlar olur ki, pasiyent bazamızda adı olmayan şəxs müxtəlif proqramlar vasitəsilə nəticələrini saxtalaşdıraraq özünə tibbi arayış hazırlayır. Təbii ki, biz bu hala görə heç bir məsuliyyət daşımırıq”.
“Oksigen” klinikası isə məsələyə münasibət bildirməyib. 

Oxşar xəbərlər

Azərbaycana səfər edənlər bu qaydalara əməl etməlidirlər!
Saxta arayış satan şirkət rəhbəri tutuldu - FOTO/VİDEO
Vaksinasiya ilə bağlı saxta sənəd verən həkimlər İŞDƏN ÇIXARILDI
Bakı sakini saxta pulla saxlanıldı
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
"Atlas Tibb Mərkəzi" klinikasında nə baş verir
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Uşaqlar Şaxta Baba ilə məsafə saxlamalıdır - ÜST-dən xəbərdarlıq
İranda “saxta tibb bacısı” əməliyyatı
Daha bir vəzifəli şəxsə cinayət işi açıldı
Rövşən Əkbərov bu xalq artistləri ilə tez-tez görüşürmüş - İLGİNC
Həkimlər minlərlə pasiyentə saxta peyvənd vurublar
“Gəncə paxlavası”ndan 105 min dollar çıxdı
Koreyadan Azərbaycana koronavirusu müayinə köşkləri gəldi
Ermənilər və onların havadarları sosial şəbəkələrdə yalan məlumatlar yayır - Fotofakt
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
XİN-dən Ermənistan prezidentinə cavab
Texniki nasazlıq COVID xəstələrinin ölümünə səbəb oldu
Xaricə uçanların nəzərinə - AZAL qaydalara dəyişiklik etdi
Vaksinasiya ilə bağlı qanunsuzluq edən daha 2 şəxs İŞDƏN ÇIXARILDI
İki ölkədə saxta “Pfizer” vaksini istifadə olunub
Şaxta baba 118 nəfəri koronavirusa yoluxdurdu
Gəncədə ailə faciəsi: Ana və uşaqları dəm qazından öldü
Azərbaycanla Ermənistan arasında viza məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Ceyhun Bayramov Pakistanda...
Quba Xəstəxanasında əlillik dərəcəsi üçün rüşvət şəbəkəsi... - İTTİHAM
Erməni yalanlarına qarşı yeni sayt yaradıldı
Bankdan saxta yolla 8 milyard kredit götürən azərbaycanlı tutuldu
“WhatsApp” istifadəçilərinə qarşı “fişinq” hücumlar həyata keçirilir - NRYTN
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib