ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
30-09-2019, 18:30
10 300

ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı

Bu gün Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyası arasında təhsil və elm sahələri üzrə qarşılıqlı fəaliyyət haqqında Protokol imzalanıb.  
Unikal.org xəbər verir ki, ADU-nun rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla qonaqları universitetdə görməkdən şad olduğunu bildirib. Rektor tərəflər arasında qarşılıqlı işgüzar əlaqələrin əsasını qoyduğunu vurğulayıb: “Mənə elə gəlir ki, həm müəllimlərimizin, həm gənc nəslimizin formalaşmasında bu müqavilənin böyük əhəmiyyəti olacaq. Bu növ müqavilələrə ehtiyac var. Universitetlər, adətən başqa ölkənin universitetləri ilə əlaqə saxlayır. Bu, xarici ölkələrin Azərbaycana olan marağından irəli gəlir. Bu, bir tərəfdən ölkə prezidentinin Azərbaycan dövlətçiliyinin, digər tərəfdən də ölkəmizin digər ölkələrlə əlqələrini möhkəmlətmə xəttinə  yönəlmiş səylərinin nəticəsidir. Bununla yanaşı, həmin istiqamətdəki əlaqələrin daha da möhkəmlənməsi üçün ölkədaxili universitetlərin bir-biri ilə münasibətlər qurmasına ehtiyac var. Bu istiqamətdə imzalanan Protokol tələbə və müəllimlər üçün son dərəcə vacib və effektiv inkişaf yolu olacaqdır”. 
Polis Akademiyasının rəisi, polis general-mayoru, hüquq üzrə elmlər doktoru Nazim Əliyev rəhbərlik etdiyi müəssisənin tarixi, fəaliyyəti, strukturu və xidmətləri haqqında məlumat verib. ADU ilə Polis Akademiyası arasında əlaqələrin zəruriliyindən danışan rəis Azərbaycan vətəndaşına və dövlətinə xidmət edən mütəxəssislərin dil biliyinin bu gün vacib olduğunu deyib.  O, polislərin xarici vətəndaşlarla ünsiyyəti zamanı ehtiyac duyacağı dil biliyinə malik olmalarında Dillər Universitetinin əməkdaşlarının mühüm rolu olacağını qeyd edib.  
Qeyd edək ki, Protokolun imzalanmasında məqsəd təhsil və elm sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərərək hər iki təhsil müəssisəsi, həmçinin onların elmi, elmi-pedaqoji kollektivləri, tələbələri (kursantları), aspirantları (adyunktları) və doktorantları arasında təmasların qurulmasıdır. 
Protokolda tərəflər arasında Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq təcrübə mübadiləsi, məqsədyönlü işçi əməkdaşlıq proqramları ilə nəzərdə tutulan miqdar, tərkib və müddətlərdə elmi-pedaqoji qrupların və tələbələrin (kursantların) mübadiləsi, dissertasiyalar üzərində çalışan doktorant, aspirant (adyunkt) və iddiaçıların müvafiq elmi dərəcələr alması, elmi, tədris və metodiki dərclər və nəşrlər, tədris fənnlərinin proqramları, iş planları və təlim-tədris texnologiyaları, qarşılıqlı maraq kəsb edən, əvvəlcədən razılaşdırılmış mövzu üzrə birgə elmi tədqiqatların aparılması, elmi tədqiqatların və məqalələrin birgə nəşri, elmi-texniki və metodiki layihələrin hazırlanması, elmi tədqiqatların nəticələrinə qarşılıqlı rəy verilməsi, dil hazırlığı sahəsində birgə elmi tədbirlərin keçirilməsi və s. nəzərdə tutulub.  

Oxşar xəbərlər

Nüfuzlu universitetin nümayəndəsi ADU-da - Foto
Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Ceyhun Bayramov İtaliya səfiri ilə görüşüb
Prezident Vilayət Eyvazova yeni səlahiyyət verdi
Qətər Azərbaycana yeni səfir göndərib
Seyfulla Əzimov general-leytenant oldu - SƏRƏNCAM
AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək
Azərbaycanın Müdafiə naziri Rusiyanın Baş hərbi prokuroru ilə görüşüb
Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdü
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Rusiya Müdafiə nazirinin birinci müavini Azərbaycana gəlib
“Prezidentlərin Soçi görüşü mühüm əhəmiyyətə malikdir” - Hikmət Hacıyev
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Elmar Məmmədyarov Qazaxıstanın yeni səfiri ilə görüşüb
Daxili İşlər Nazirliyinin “Telegram” səhifəsi fəaliyyətə başlayıb
Universitetdə toplantı
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
ADU-da Konfutsi institutları günü qeyd olundu
Prezident fərman İMZALADI
Elmar Məmmədyarov çağırış etdi
Prezident Vasilyeviçi təltif etdi - SƏRƏNCAM
Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri ilə görüşüb
Əli Həsənov da vəzifəsindən azad edilir
“Zirvə liseyi” övladımın sənədlərini girov saxlayıb" - Valideyndən nazirə Açıq məktub
Rusiya və Türkiyə arasında mühüm müqavilə
İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getmək təklif olunub
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR