Sabah Misirdə nələr baş verəcək? - Sisi iki böyük fəlakət arasındadır...
29-06-2020, 12:49
262

Sabah Misirdə nələr baş verəcək? - Sisi iki böyük fəlakət arasındadır...

Sisi regional problemlər arasında ilişib və yeni çıxış yolu axtarır və buna görə, bölgəni təhlükəyə sürükləyə bilər...
Zekeriya Kurşun
“Yeni Şafak” qəzeti, Türkiyə, 29 iyun 2020-ci il
Tarixi praktika bizə bu barədə müəyyən proqnozlar verməyə imkan verir. Ən sadə şəkildə deyə bilərik ki, dünən nə baş veribsə və bu gün hansı əhval-ruhiyyədəyiksə, sabahkı hadisələr də bunların nəticəsi olacaq. Son 1 il ərzində Sisi, demək olar ki, hər toplantısında diktaturasının 7-ci ilinə, yəni 30 İyun 2020-ci il tarixinə vurğu edərək, “yeni bir dövlət” haqqında danışıb və Misir xalqına ümid bəxş etməyə çalışıb. Hətta bu məsələ Misirdə siyasi yumorun əsas mövzusuna çevrilib.
Məlum olduğu kimi, təbliğat despot rejimlərin heç vaxt imtina edə bilmədiyi bir vasitə olub. Sisi də təbliğatını onu hakimiyyətə gətirən hərbi çevrilişin ildönümü ilə əlaqələndirib. Ancaq aylardır 30 iyun tarixinə işarə edərkən, baş verəcək dəyişiklikləri nəzərə almayıb. Bəlkə də, regional vəziyyətin küləyinə qapılıb və özünü aldadıb. İndi isə Sisi regional problemlər arasında ilişib və yeni çıxış yolu axtarır. Buna görə, hətta bölgəni təhlükəyə də sürükləyə bilər.
Səudiyyə Ərəbistanının Yəmən problemi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) olar-olmaz siyasətləri artıq Misiri qane etmir. Səudiyyənin “Aramco”nun səhmlərini ictimaiyyətə açarkən gözlənilən nəticəni əldə edə bilməməsi və üstəlik, neft qiymətlərinin kəskin düşməsi Ər-Riyadın Misirə verdiyi maliyyə dəstəyini azalmasına səbəb olub. Bundan əlavə, Səudiyyədəki iqtisadi böhran və 2030-cu il planları Misirin Səudiyyədə çalışan və ölkəyə gələn ən önəmli valyuta mənbəyi olan 100 minlərlə misirli işçinin vəziyyətini sual altında qoyub. Daha betəri isə odur ki, bu işçilərin bir çoxu əmanətlərini “Aramco” səhmlərinə yatırım edərək ölkələrini valyutadan məhrum edib.
BƏƏ sabit dövlət siyasəti aparmaq əvəzinə, pirat siyasətlər yqrqtdüyü üçün, həm bölgəni tükədib, həm də etibarlılığını itirib. Bu günədək BƏƏ tərəfindən Sisiyə verilən yardımlar və kreditlər yalnız Sisinin diktaturasını dəstəkləyən media qruplarına fayda gətirsə də, xalqa heç bir faydası yox idi. Buna görə, BƏƏ dünyanın ən tolerant xalqlarından biri olan misirlilərin gözündə sadəcə olaraq Sisinin etibarsız bir müttəfiqi halına gəlib.
Hərbi çevrilişdən sonra Sisinin tətbiq etdiyi siyasətlər onu regional həqiqətlərdən uzaqlaşdırıb. Xaricdə olan İhvana qarşı apardığı müharibədə Səudiyyənin dəstəyini almaq üçün Qırmızı dənizdəki bəzi adaları Səudiyyəyə verən Sisi Sinayda qarşısında qoyulan şahmat taxtasında səhv addım ataraq öz iradəsini İsrailə təslim edib. Liviyada Həftara verdiyi dəstəklə Rusiya və Fransanın rəğbətini qazanacağını düşünən Sisi 2 böyük fəlakət arasında qalıb.

Misir və Sudan üçün əvəzedilməz olan Nil çayı üzərində Efiopiya tərəfindən inşa edilən Renessans Anbarında iyul ayından etibarən su saxlamağa başlayacaqlar. Afrika Birliyi keçən həftə tərəflər arasında bir razılıq zəmini yaratmış olsa da, Efiopiyanın ən böyük sərmayəsindən imtina etməsi mümkün olmayacaq. Halbuki Sisi hərbi çevriliş edərkən 2011-ci ildə inşasına başlanan bu anbarı vurğulayaraq buna icazə verən Mursini xəyanətdə ittiham edib. Əvvəl “Anbar qurmaram”, desə də, artıq Efiopiyadan mərhəmət dilənəcək həddə çatıb.
Ümid edək ki, daha əvvəl Türkiyə ilə Suriya-İraq arasındakı Cənub-şərqi Anadolu Layihəsinə bənzər bir yanaşma qəbul edilsin və Misirlə Sudan xalqı əziyyət çəkməsin. Lakin Sisinin xalqın bu həyati məsələsinə fokuslanmaq əvəzinə, başqa macəralara atılması, görünür, təkcə misirliləri deyil, sudanlıları da uzun illər davam edən aclığa məhkum edəcək. Əlbəttə ki, Sisinin ömür boyu qorumaq istədiyi iqtidarı əvəzinə, ueni “Yusiflər” axtarılmağa başlanacaq.
İyunun 30-da Sisinin ikinci problemi isə İsrail olacaq. İsraillə aparılan müharibələrdə, demək olar, hər evdən bir nəfərin şəhid olması ilə öyünən Misir xalqı son illərdə İsrailin Misir siyasətini ələ keçirib idarə edilməsinə və İordaniyanın qərb sahilinin İsrailə birləşdirmə cəhdlərinə şahidi olur. ABŞ Prezidenti Trampın Netanyahuya verdiyi dəstək sayəsində - Qolan təpələrindən sonra - 1967-ci ildən bəri işğal altında olan və hər il yenilərinin əlavə olunduğu Qərbi İordaniyadakı yaşayış məntəqələrinin İsrailə birləşdirilməsi cəhdləri sürətlənib. ABŞ-dakı seçkidən sonra Trampın hakimiyyətə gələcəyindən narahat olan Netanyahu bu pis niyyətini mümkün qədər tez həyata keçirmək istəyir. İki dövlətli həll yolunu tamamilə ləğv edəcək bu təşəbbüs sabah Trampın deyil, Sisinin günahı hesab olunacaq və tarixə Misirin yanlış siyasəti olaraq düşəcək. Böyüyən İsrail də bununla kifayətlənməyərək Qəzzaya tərəf yönələcək və oranın da Sinaya təxliyə edilməsini tələb edəcək.
Sanki, bütün bunlar sabah Misirdə nələr olacağına işarə edir...

Oxşar xəbərlər

Misirdə fövqəladə vəziyyətin müddəti üç ay uzadıldı
Ərdoğan Səudiyyə və Misiri “topa tutdu”
3 ölkə bir araya gəldi: Türkiyənin əməliyyatına qarşı...
Ərdoğandan prinsipial mövqe: Trampın masasına getmədi
“WhatsApp”da yeni funksiya işə salınacaq
Hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var
Qarabağ - Rusiya niyə Türkiyənin prosesdə yer almasına razılaşdı? - Müsahibə
Müxalifət yeni mitinq formatından imtina edir
“Böyük Türkiyə” necə qurula bilər?..
"Belə fikirlər var ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq, ancaq..."
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən açıqlama
Toylarının 100 illiyini qeyd edən azərbaycanlı cütlük yubileyə özləri ad verib - Siyahı
“İmkan verilməməlidir ki, cəmiyyətimizdə Rusiya xofu yaradılsın” - Sabiq nazir
Pensiya ilə bağlı ŞAD XƏBƏR
Böhran zamanı kiçik biznesə dəstək olan dörd sosial şəbəkə
Bu ay 10 gün qeyri-iş günü var
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Putin İrəvana əliboş gəlmir: Nələr olacaq?
Suriyaya hərbi müdaxilənin 5-ci ildönümü :Rusiya bu müddət ərzində nə qazandı?
Koronavirusdan sonrakı qorxu: - "İnsanlar toy, yas məclislərindən uzaq qalacaqlar"
Qara dənizdə tapılan təbii qaz nələri dəyişdirəcək?..
Baydenin qalib gəlməsi ABŞ-ın intiharı ola bilər...
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
Pandemiya dövründə səfər etmək üçün MARAQLI TƏKLİF
Putinin “ikinci SSRİ”-ni qurmaq niyyəti – Kremlin planları ilə geosiyasi reallıqlar üst-üstə düşürmü?
Moskvaya müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq... - TƏHLİL
Operativ Qərargah məlumat yaydı: 15 iyun 2020-ci il tarixinədək uzadılır...
Karantin rejimi uzadılacaq - Prezident açıqladı
Mixail Qusman: “Bu, Heydər Əliyevin tarixi addımı idi” – MÜSAHİBƏ
4 iyun hadisələrinin 27 ili - hələ də açılmayan sirlər var