Eks-spiker çıxışı ilə Milli Məclisi "boykot" etdi
29-06-2020, 12:54
224

Eks-spiker çıxışı ilə Milli Məclisi "boykot" etdi

“Bu, qərəzli mövqenin...”...
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qərəzli, ikili standartlarla yanaşması heç kimə sirr deyil. Bəllidir ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu taşkilatın əsas davranış xəttinə çevrilib. Bunu sübuta yetirən bəzi məqamlara toxunmaq istərdim".
Gündəlik Bakı xəbər verir ki, bunu Milli Məclisin deputatı Oqtay Əsədov özünün "Facebook" səhifəsində bildirib.
O, qeyd edib ki, 19 il əvvəl - 2001-ci ildə Azərbaycanla yanaşı Ermənistan da Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin sülh və dinc yolla həll olunmasını üzərinə öhdəlik kimi götürüb:
"Amma 20 ilə yaxındır ki, Ermənistan nəinki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, ümumiyyətlə, münaqişənin həlli istiqamətində bir addım belə atmaq istəməyib. Həmişə həlledici məqamlarda müxtəlif bəhanələrlə danışıqlardan qaçıb. Ötən müddət ərzində bu proseslərin monitorinqini aparmağı öz öhdəsinə götürmüş AŞPA-dan hansısa qətiyyətli mövqe, prinsipial addım atıldığnı görməmişik.
AŞPA- nın Azərbaycan üzrə həmməruzəçilərinin Dağlıq Qarabağdakı qanunsuz rejimin keçirdiyi uydurma seçkilərə loyal yanaşması qurumun işğalı leqallaşdırmağa cəhdinin göstəricisidir. Niyə, AŞPA bu məsələyə münasibət bildirmir? AŞPA-nın əsas vəzifəsi məhz insan hüquq və azadlıqlarını qorumaq olsa da, bu qurum Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkünü ilə bağlı kifayət qədər prinsipiallıq göstərməyib.
Əgər bu qurumu insan hüquqları, söz azadlığı maraqlandırırsa, öz dədə-baba torpaqlarında işğalçı rejim tərəfindən tutularaq, illərdi girovluqda saxlanılan Dilqəm Əsəgrov, Şahbaz Quliyev məsələsində niyə susur?! Avropa Şurasının heç vaxt işğalçını öz adı ilə çağırmamasının nəticəsidir ki, Azərbaycan xalqı AŞPA- ya olan ümidlərini itirir.
Bütün bu sadaladıqlarım AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinin göstəricisidir. Məhz buna görə də Azərbaycan Prezidenti cənab İlham Əliyev haqlı olaraq, AŞPA-nın bütün iradlarını kağız parçası kimi qiymətləndirir.
Cənab Prezident tərəfindən həyata keçirilən strateji kursun nəticəsidir ki, dövlətimiz demokratiya yolu ilə inamla addımlayır. Azərbaycan beynəlxalq təhlükəsizliyə, beynəlxalq iqtisadi inkişafa, insan hüquqları və əsas azadlıqlarının qorunmasına mühüm töhfələr verir.
Bu gün dünyanı bürüyən koronavirus pandemiyasında Azərbaycan bir çox ölkələrə yardım edib, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı digər ölkələrə nümunə olaraq göstərib. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə videokonfrans formatında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, daha sonra Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri təşkil edilib. Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə BMT Baş katibinin müraciəti səslənib, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının Ali komissarı iştirak edib.
Bunların fonunda AŞPA-nın mövqeyi haqlı olaraq Prezident İlham Əliyevi və Azərbaycan xalqını qane etmir.
Ümumiyyətlə, hesab edirəm ki, AŞPA fəaliyyətini gözdən keçirməli, ölkəmizə qarış ədalətli mövqe ortaya qoymalıdır”.
Qeyd edək ki, O.Əsədov bu ilin fevralın 9-da Milli Məclisə keçirilən seçkilərdən sonra mətbuata heç bir açıqlama verməyib. Hətta yaşı ilə əlaqədar Milli Məclisin bəzi plenar iclaslarında da iştirak etməyib.
Xatırladaq ki, O.Əsədov 2005-2019-cu illərdə Milli Məclisin Sədri olub.

Oxşar xəbərlər

Spiker Rafael Cəbrayılovla bağlı tapşırıq verdi
"AŞPA elə bil, erməni diasporalarının sifarişini yerinə yetirir"
İlham Əliyev AŞPA-nı sərt tənqid etdi
Oqtay Əsədov iclaslara niyə gəlmir? - İntizam Komissiyası AÇIQLADI
Vitse-spiker: “Dünyanın Türkün gücünü bir daha görməsinin vaxtı çatıb”
AŞPA Qarabağı, işgəncə altında olan girovları unudur, kin yuvasına çevrilir
Moskva azərbaycanlıları erməni iş adamlarını MÜFLİS ETDİ
"Kontakt Home"un rəhbəri olduğu deyilən deputat DANIŞDI
Məlahət İbrahimqızı: "Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına reaksiya verməlidir"
XƏBƏRDARLIQ: Avropanın iqtisadiyyatı çökə bilər
Avropa Məhkəməsi ermənilərin Ramil Səfərovla bağlı iddiasını RƏDD ETDİ
Novruz Məmmədov Baş Nazir vəzifəsindən azad edilməsi ilə bağlı müraciət edib
MM Əli Əsədovun Azərbaycanın Baş Naziri təyin edilməsinə razılıq verib
“Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib”
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
Paşinyan cəbhədə növbəti təxribata əl ata bilər - GƏLİŞMƏ
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
Milli Məclisin yeni fəaliyyət istiqaməti müəyyənləşir
Paşinyanın bahalı qol saatı və ucuz gediş saatı
İlham Əliyev Paşinyana cavab verdi: "Qarabağ- Bu Azərbaycandır və nida işarəsi”
"Bugünkü Ermənistan da məhz Hitler Almaniyasının yolunu gedir"
"Biz zəfər çalacağıq" - Prezidentin xalqa MÜRACİƏTİ
Deputatlar təcili parlamentə çağırıldı - Nə baş verir?
Bu gün AŞPA-nın payız sessiyası başlayır
Azərbaycan şahmatçısı Avropa çempionu olub
Avropa İttifaqı liderləri Belarusla bağlı konfrans keçirəcəklər
Oqtаy Əsədov plenar iclasa niyə qatılmır? - AÇIQLAMA
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
Sahibə Qafarova türkiyəli həmkarı ilə danışdı