“Aztelekom” internet provayderlərinə mane olur? - AÇIQLAMA
29-06-2020, 13:07
297

“Aztelekom” internet provayderlərinə mane olur? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə “Aztelekom” MMC-nin digər internet provayderlərinin fəaliyyətinə mane olduğuna dair məlumatlar paylaşılır. Gündəlik Bakı xəbər verir ki, sosial şəbəkə istifadəçiləri xüsusilə “Avirtel” MMC-nin xidmətlərindən yararlana bilmədiklərini qeyd edirlər.
Paylaşımda iddia olunur ki, “Aztelekom” MMC rayonlara 1mb/s interneti 10 manata təklif edir: “Biz “Aztelekom”un təklif etdiyi internetin keyfiyyətindən o qədər də razı deyilik. Lakin “Avirtel” MMC 8mb/s interneti 15 AZN-ə təklif edir. “Aztelekom” MMC öz səlahiyyətlərindən sui-istifadə edərək, haqsız rəqabət mühiti yaradır və müştərilərin onlardan başqa provayderə müraciət etməsinə imkan yaratmır. “Avirtel” MMC-yə müraciət edən şəxslərə isə birmənalı olaraq eyni cavab gəlir ki, “Aztelekom” MMC icazə vermir”.
Məsələ ilə bağlı “Aztelekom” MMC-yə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, qurumun şəbəkəsindən istifadə etməklə, (o cümlədən, abunəçi telefon xətlərindən) ümumilikdə ölkə ərazisində 20-yə yaxın internet provayderi fiziki və hüquqi şəxslərə internet xidmətləri göstərir:
“Belə ki, “Aztelekom”a məxsus şəbəkədən istifadə etmək, internet provayderlərin müraciəti əsasında, mümkün texniki şərtlər nəzərə alınmaqla, tərəflər arasında​ bağlanmış müqavilə şərtlərinə uyğun olaraq tənzimlənir.
“Avirtel” MMC digər internet provayderləri kimi regionlarda “Aztelekom” MMC-nin tabeli struktur bölmələrinin inzibati və texniki binalarında öz avadanlıqlarını yerləşdirməklə, cəmiyyətin balansında olan telefon xətt şəbəkəsindən istifadə etməklə, internet xidmətləri verməkdədir. Qeyd olunan xidmətlərin verilməsi məqsədilə “Aztelekom” MMC ilə provayderlər və operatorlar arasında bir il müddətinə qüvvədə olan müqavilələr imzalanıb.
2016-cı ildə “Aztelekom” MMC-də xidmət şərtlərində müəyyən dəyişikliklər edilib. Bu səbəbdən cəmiyyətin infrastrukturundan istifadə edərək, ADSL internet xidməti vermək istəyən provayder və operatorlarla mövcud olan müqavilələrin müddəti bitdikcə, yeni şərtlərdə müqavilələr bağlanıb.
Yalnız “Avirtel” MMC “Aztelekom” MMC ilə yeni şərtlərdə müqavilələrin bağlanmasından imtina edib, o cümlədən, hesablanmış ödənişləri icra etməkdən yayınması nəticəsində “Aztelekom” MMC-yə yüksək məbləğdə borcu yaranıb. Bildiyiniz kimi, qanunvericiliyin tələbinə əsasən, xidmətlərin verilməsi üçün tərəflər arasında müqavilə imzalanması mütləqdir”.
Cavabda əlavə olaraq qeyd olunub ki, 2019-cu ildə “Avirtel” MMC tərəfindən “Aztelekom” MMC-yə qarşı haqsız rəqabət və antiinhisar qanunvericiliyinin tələblərinin pozulması tələblərinə dair Bakı Kommersiya Məhkəməsində və Sumqayıt Kommersiya Məhkəməsində iş qaldırılıb:
“İrəli sürülən iki ayrı iddia üzrə iqtisadi mübahisələrə baxılıb və hər iki iş üzrə iddia əsassız olması səbəbindən təmin edilməyib. Buna baxmayaraq, “Avirtel” MMC əsassız ittihamlarla ictimaiyyəti çaşdırmağa və istehlakçıları qarşısında diqqəti özünün təqsirli hərəkətlərindən yayındırmağa çalışır.
“Aztelekom” MMC abunəçilərin rabitə və telekommunikasiya xidmətləri ilə təmin olunması üçün davamlı olaraq layihələr həyat keçirir, eyni zamanda, əməkdaşlıq etmək istəyən operator və provayderlərə öz şəbəkəsindən istifadə etməyə imkanlar yaradır”.




Oxşar xəbərlər

Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
Taksi qiymətlərindən razısınız? - VİDEO
İnternetin qiymətində güzəşt olacaq? - VİDEO
Bu kəndlərdə nəinki internet, telefon xətti də yoxdur - VİDEO
Regionlarda yeni elektron ATS-lər qurulub
Təhsil Nazirliyindən vətəndaşlara MÜRACİƏT
Çingiz Abdullayev: Şair və yazıçıları söyənlər AYB-dən çıxarılacaq
Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır
“Rabitəbank” pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək olmağa davam edir
Azərbaycanda bu uşaqlara pul veriləcək - ŞAD XƏBƏR
Velosiped sürənlər niyə cərimələnir?
Azərbaycanda mobil və sabit internetin sürəti yenidən artıb
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
Xeyriyyəçiliklə məşğul olanlar polisə çağırılır? - RƏSMİ AÇIQLAMA
“Rabitəbank”dan təkrar müştərilər üçün endirimli istehlak krediti
Ət ucuzlaşdı
ATV izləyicilərini aldadır? - Qalmaqal
TAKSİNİ “İMKANSIZLARIN” ÜZÜNƏ BAĞLAMAQ CƏHDİ – BNA rəsmisinin məsuliyyətsiz açıqlamasına sərt reaksiyalar
E-sosial.az portalı Azərbaycanda ən çox istifadə olunan saytların ilk onluğundadır
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Koronavirusa görə vətəndaşlara 250 manat yardım olunacaq? — Açıqlama
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Azərbaycanda aqrar məhsulların qıtlığı yarana bilər - “İdxalın həcmi azalarsa...”
Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür" - AKTUAL
Azərbaycanda dərslər noyabrda başlayır? - RƏSMİ CAVAB
Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı TƏKLİF
Şirvan Şəhərində Xəyalə Məlikova təxribat törədir
Deputatdan ünvanlı sosial yardımla bağlı TƏKLİFLƏR
Ünvanlı sosial yardım üçün müraciət zamanı bu məlumatlar tələb edilməyəcək
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama