Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü
30-09-2019, 18:30
10 168

Rövşən Rzayev Sumqayıtda icma üzvləri ilə görüşdü

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Sumqayıt şəhərinin 12-ci mikrorayonunda, məcburi köçkünlərin yeni yaşayış məhəlləsində olub, burada fəaliyyət göstərən icmanın üzvləri ilə görüşüb.
Unikal.org xəbər verir ki, Dövlət Komitəsinin sədri görüş iştirakçılarına qaçqınlarla və məcburi köçkünlərlə iş sahəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin məqsəd və prinsipləri, prioritetləri barədə məlumat verib. Qeyd edilib ki, xalqın sosial rifahının yüksəldilməsinə yönəldilmiş sosial-iqtisadi islahatlar çərçivəsində məcburi köçkünlərin də yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür. Onlara dövlət büdcəsindən verilən vahid aylıq müavinətin, yeni salınan qəsəbələrin sayı ilbəil artır,  hər il əvvəlkindən daha çox sayda məcburi köçkün ailəsi tam təmirli rahat mənzillərə köçürülür.  
Birinci vitse-prezident xanım Mehriban Əliyeva əhalinin bu həssas kateqoriyasına aid olan vətəndaşların problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərir. Müvəqqəti sığınacaqlarda hələ də ən ağır vəziyyətdə yaşayan məcbiri köçkünlər yeni mənzillərə birinci növbədə köçürülürlər.
İcma şurasının sədri, Laçın rayonundan olan məcburi köçkün Qəzənfər Hüseynov görüşdə çıxış edərək, müharibədən əziyyət çəkən, doğma yurdundan didərgin düşən insanlara göstərilən hərtərəfli qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirib.  O, icmanın məqsədlərindən danışarkən qeyd edib ki, məcburi köçkülər arasında hüquqi maarifləndirmə işinin aparılması,  onların məşğulluğunun artırılmasına ictimai dəstəyin təmin olunması,  gənclər arasında vətənpərvərliyin, müstəqil dövlətçilik ideyalarının və sağlam həyat tərzinin təbliği qarşıya mühüm vəzifə kimi qoyulub. Bundan başqa, məcburi köçkünlərin sosial-məişət probleminin həllinə yardım göstərilməsi, qəsəbədə birgəyaşayış qaydalarına əməl edilməsinə ictimai nəzarətin təşkili də icmanın fəaliyyətində mühüm istiqamətlərdir. Ən başlıcası, icma məcburi köçkünlərin işğaldan azad ediləcək doğma yurda qayıdışına hazırlıq məsələsini hər an gündəlikdə saxlayacaqdır.
Dövlət Komitəsinin sədri qarşıya qoyulan xeyirxah və vacib vəzifələrin yerinə yetirilməsində icma üzvlərinə uğurlar  arzulayıb, onların fəaliyyətinə lazımi dəstək veriləcəyini bildirib.
Görüş səmimi söhbət şəraitində keçib, məcburi köçkünlərin müraciətləri dinlənilib və qeydə alınıb,  onların qaldırdıqları məsələrin həlli üçün müvafiq tədbirlər müəyyənləşdirilib. 

Oxşar xəbərlər

Dövlət Komitəsi haqqında yayılan məlumatlara cavab verdi
Tərtərdə RİH-i başçısının sürücüsü hansı əsasla məcburi köçkünə məxsus mənzildə yaşayır?—ŞOK FAKTLAR
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
Qaçqın və məcburi köçkünlər  “KUPÇA”nı  yeyəcək ?- Sədr Rövşən Rzayevə göstərilən etimad LİMİTİ başa çatıb
Mirzəcan Xəlilovun şirkətinə 7 milyon manatlıq tender verildi
"Qaçqınkom"da etiraz-  Sədr şikayətçilərin qarşısında söz tapa bilmədi-VİDEO
Qaşqınkom  AİLƏ-ləri  dağıdır- Ərə gedən məcburi köçkün Rövşən Rzayevdən icazə almalıdır ?
Qaçqınkom sədrinin xaricdə restoranlar biznesi-Rövşən Rzayev onu tənqid edən saytlara haker hücumu təşkil edir
Qaçqınkomun sədri  Rövşən Rzayev hansı işlərlə məşğuldur?
Fuad Muradov Rövşən Rzayevlə şərikliyə niyə son qoydu? – Fakt
Komitənin qarşısından ucalan qarğışlar
Komitə sədri məhkəməyə verildi — 57 750 manat tələb olunur
“Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb
Rövşən Rzayevin “qayğıları”: “Kebabzade” şəhid evinə getməyi “Qaçqınkom” sədrinə unutdurdu...
Rzayevin 2 ili ...
Cənab komitə sədri bunları bilirmi?
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin pandemiya dövründə məcburi köçkünlərin evlərindən mənimsədiyi milyonlar-Məcburi Köçkünlər Prezident İlham Əliyevdən imdad diləyir-VİDEOFAKT
“Qaçqınkom”un sədri  Rövşən Rzayev  xanım şikayətçiləri döydürür-ŞOK VİDEO
QAÇQINKOMDA MÜDHİŞ TENDER ƏMƏLİYYATI
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
Daşkəsəndə NƏ BAŞ VERİR? - QALMAQAL
Zirzəmidə boğulan qaçqın və 180 minlik “BMV” sürən komitə sədri -VİDEO
Rövşən  Rzayev   "xiyar sezonu"nunda  əmək fəaliyyətinə  başlayıb ?-Qaçqınkom sədrinin avtobioqrafiyası
Prezident və xanımını toya dəvət etdilər
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
İspaniyada maska taxmayanlar cərimələnəcək
Novruz Məmmədov nazirləri topladı