“Neftçala camaatı su deyıb haray çəkir” – Sabir Rüstəmxanlı
30-06-2020, 14:04
421

“Neftçala camaatı su deyıb haray çəkir” – Sabir Rüstəmxanlı

Kür çayının səviyyəsinin aşağı düşməsi Salyan və Neftçalada içməli su probleminin yaranmasına səbəb olub. 
Gündəlik Bakı xəbər verir ki, artıq bir həftədən çoxdur bu məsələ barədə sosial şəbəkələrdə yazılır. Neftçalanın deputatı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da problemi dilə gətirib.
“Yayın quraq keçməsi, suvarma mövsümünün başlanması Kürün suyunu azaldıb. Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin çadar-çadar torpağı üzə çıxıb.
Bir yandan da Kür deltasının yanlış istiqamətdə dərinləşdirilməsi və güclü xəzri Xəzərin suyunu tərsinə Kürə axıdıb, şor su çay yuxarı qalxıb 20-30 km-lik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb. Neçə müddətdir Neftçala camaatı su deyıb haray çəkir. Rayon rəhbərliyinin və millət vəkili kimi mənim, dincliyimiz yoxdur”, - deyə deputat bildirib. 
Onun sözlərinə görə, Prezident Administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlzmaq üçün səylərini əsirgəməsələr də, həyatı suya bağlı olan bir kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir:  “Maşınlarla yalnız evlərə içməli su daşına bilir, heyvan-qara, əkin sahələri bu yolla suvarıla bilməz. Bizim yazılarımızdan, MM dəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə Kür boyu bəzi nasosların dayandırılması nəticəsində Kür yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz...
Bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirdi. Məlumat üçün deyim ki, bu məqsədlə Azərbaycan Prezidentinin ötən ilin 11 və 30 dekabr tarıxli sərəncamları ilə lazımi vəsait ayrılmışdır. "Azərsu" səhmdar cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənmişdir və bu iş iki ay ərzində tamamlanacaqdır... Gorək bu iki ayı necə yaşayacağıq...”
 


Oxşar xəbərlər

“Vəziyyət həqiqətən də acınacaqlıdır” – Sabir Rüstəmxanlı
Kür çayı Xəzərə qovuşdu
Kürün suyu artıb - Rəsmi
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
Musa Qasımlı Sabir Rüstəmxanlıya “miskin” dedi
Sabir Rüstəmxanlı: “İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
"Два manat 34 qəpik" qəbzi ilə bağlı rəsmi açıqlama
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
İndi də Biləsuvar susuz qalıb
İlham Əliyevdən deputatla bağlı SƏRƏNCAM
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Salyanda avtomobil aşdı: Xəsarət alan var
“O, Rusiyaya kimin bağlı olub-olmadığını bilməmiş olmazdı”
Yardımlı sakinlərinin səsini eşidən yoxdur... - GİLEY
Neftçalanın gənc başçısı sakinlərlə yola getmir
“Zaura rəva bilməzdim belə şeyi səsləndirsin...”
Su, qaz, enerji  İTKİ-si  bu dərəcədə ola bilməz..- DaşArx  kəndinin sakinləri niyə kəndlərinin adını dəyişmək istəyir ?
Deputat Türkiyədə qarət olunması barədə xəbərlərə aydınlıq gətirdi
İlqar Məmmədova da 190 manat verilib? - AÇIQLAMA
"Mən vətəndaşlardan minlərlə məktub alıram" - İlham Əliyev
“Bir ölkədə iki səhiyyə nazirliyi ola bilməz”...
Suvarma pullarını yeyən daha bir AKULA... - Büdcə pullarının izi ilə...
"Özəl kanallarımız harda mənəviyyatı pozuq adamlar varsa, onları efirə çıxarır və..."
Deputatdan Kamran Əliyevin baş prokuror təyin edilməsinə MÜNASİBƏT
“Sadə xalqın üzərinə bu qədər getmək olmaz”
Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama
Neftçalada 4 ton çətənə kolu məhv edildi
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Xətaidə “işğal”: Sakinlər Həsənquliyevdən kömək istədi