Gömrük Komitəsinin binası söküləcək
30-06-2020, 12:14
381

Gömrük Komitəsinin binası söküləcək

“Bakıda Hüseyn Cavid bağının qarşısında, Gömrük Komitəsinin və Ekologiya Nazirliyinin arasındakı yerdə yüksək mərtəbəli bina tikintisi üçün çox böyük çala qazılır. Halbuki bu zolaq paytaxtın Baş Planına görə Qış Parkının və yeni Mərkəzi Parkın davamı üçün nəzərdə tutulub”.
“Gündəlik Bakı” xəbər verir ki, bu barədə “AzPolitika.info”-ya əməkdar inşaatçı Yusif Nağıyev məlumat verib. O həmin ərazidə tikintinin yolverilməz olduğunu bildirib.
Əməkdar inşaatçının verdiyi məlumat üzrə sayt Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinin rəhbəri Ramiz İdrisoğluna sorğu göndərib.
Ramiz İdrisoğlu açıqlamasında həmin məlumatı təsdiq edib  və bildirib ki, həmin ərazidə tikinti aparılması planlaşdırılır: “Orada Dövlət Gömrük Komitəsi (DGK) üçün yeni inzibati bina tikiləcək və bununla bağlı hazırlıq işləri aparılır. Tikintiyə icazə proseduru tamamilə yekunlaşmadığı üçün hazırda tikinti işləri tərəfimizdən dayandırılıb. Amma icazə məslələri yoluna qoyulacaq və Komitə üçün yeni bina tikiləcək”.
Ramiz İdrisoğlu qeyd edib ki, DGK-nin hazırki inzibati binası söküləcək və həmin ərazi nəqliyyatın sərbəst hərəkəti üçün genişləndiriləcək: "Yeni tikiləcək inzibati binada isə bütün infrastruktur, o cümlədən yeraltı parkinq nəzərdə tutulub. Eyni zamanda ətrafın abadlaşdırılması, yaşıllaşdırılması da nəzərdə tutulur”.
Həmin ərazidə Bakının Baş Planına zidd olaraq bina tikilməsi barədə əməkdar inşaatçının dediklərinə gəlincə, R. İdrisoğlu bildirdi ki, ümumiyyətlə paytaxtın Baş Planı təsdiq olunmayıb. 
“Qış parkı ilə Mərkəzi Parkın birləşərək həmin əraziyə qədər uzadılması da mümkün deyil. Çünki həmin ərazidə yaşayış binaları var. Mərkəzi Parkın isə İ. Qutqaşınlı küçəsinə qədər genişləndirilməsi nəzərdə tutulur”-deyə Komitə rəsmisi vurğulayıb.

Oxşar xəbərlər

Gömrük Komitəsinin rəis müavini 3 mərtəbəli obyekt tikir - FOTO
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
Xətaidə “işğal”: Sakinlər Həsənquliyevdən kömək istədi
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
Gömrükçülər avtomobildə dərman preparatları aşkarladılar
Gömrük rəisinin müavini milyonluq obyekti hansı vəsaitlə tikir? - FOTO
Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi
Məşhur “Ekologiya postu” sökülür - FOTO
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Gömrük dərman preparatlarının ölkəyə qanunsuz keçirilməsinin qarşısını alıb
Bakıda 7 ildən sonra bu yol açıldı
“Quruyan ağacların yerinə yeniləri əkilir...” - Nərimanov İcra Hakimiyyətindən açıqlama
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Bakı-Sumqayıt yolunda beton sədlər yığışdırılır? - RƏSMİ CAVAB
Azərbaycana keçmək istəyən şəxsin bel çantasında narkotik aşkarlandı
Ölkəyə qanunsuz yolla gətirilən siqaretlər müsadirə olundu
Ramiz Mehdiyev yavaş-yavaş kapitulyasiya edir... - Daha bir bağını satışa çıxardı
Bəhram Bağırzadənin səhhəti ilə bağlı xanımından açıqlama
ABŞ nümayəndə heyəti Gömrük Komitəsində
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı
Gömrük əməkdaşları üçün seminar keçirilir
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
Bəhram Bağırzadənin SON DURUMU - AÇIQLAMA
Ölkəyə qanunsuz yolla siqaret keçirmək istədi
Bu yataq ölkəmizə milyardlar qazandıracaq
Bakı Baş Gömrük İdarəsində nə baş verir?
Bakıda lift və eskalatoru olan daha bir yerüstü piyada keçidi olacaq - Bu ərazidə
Siqaretləri ehtiyat təkərinin içərisində keçirmək istədi