“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” - KİVDF işi ilə bağlı son durum
1-07-2020, 18:03
430

“Döşəyinin altından rahatlıqla 100 min çıxarıb verirsə...” - KİVDF işi ilə bağlı son durum

"Bir adam ki xəbər çıxan kimi rahatlıqla döşəyin altından, sandıqdan 100 min manat çıxarıb ödəyirsə, bu həmin pulun oğurluq pul olduğunu göstərir”...
Gündəlik Bakı bildirir ki, Sfera.az-a açıqlamasında bunu KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərliyə qaldırılan cinayət işinə münasibət bildirərkən "Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı deyib:
"Məsələ ilə bağlı prosesi aparanlar hüquq mühafizə orqanlarıdır. Onlar isə dünyanın düz vaxtı bu və ya digər işlərlə bağlı açıqlama vermədikləri kimi indi də vermirlər. Soruşsaq yenə də deyəcəklər ki, istintaq, araşdırmalar davam edir, nəticələr bəlli olanda xəbər veriləcək. Ancaq yekunda bununla bağlı nəsə bir şey deyiləcək, yəqin ki.Məsələni gündəmdə saxlamaq isə medianın işidir. Jurnalistlər üçün tikilən mənzillərin neçəyə başa gəlməsinə gəldikdə isə, bu təmir ediləndə istifadə olunan materialların keyfiyyəti və qiymətindən asılıdır. Ona görə də həmin mənzillərin real qiyməti barədə dəqiq bir söz deyə bilmərəm.
Bir adam ki, xəbər çıxan kimi rahatlıqla döşəyin altından, sandıqdan 100 min manat çıxarıb ödəyirsə, bu həmin pulun oğurluq pul olduğunu göstərir. Bilirsiniz, kimsə oğurluq etməsə, özünə aid olan bir şeyi heç zaman heç kimə verməz.Halal qazanan malı heç kim heç kimə verməz. Deməli, bu şəxsin günahı var ki, tez də çıxarıb onun əvəzini ödəyir”.
İctimai-siyasi fəal Bəxtiyar Hacıyev isə hesab edir ki, korrupsiyanın miqyası ödənilən 100 min manatdan əslində on, yüz dəfələrlə çoxdur: "Təəssüf doğuran hal odur ki, bir çox hallarda korrupsiya faktları ictimailləşdirilsə, onlarla bağlı cinayət işi açılsa, müəyyən şəxslər saxlanılsa da, sonradan həmin insanlar müəyyən siyasi dəstək alaraq və yaxud ironik olsa da, rüşvət verərək, bu faktları bağladırlar. Məsələn, Bakı Lift Təmir İdarəsinin keçmiş rəhbəri barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət işi açılsa da, sonradan heç bir tədbir görülməyərək, bağlandı. Ona görə də Vüqar Səfərli ilə də bağlı cinayət işinin açılıb sonradan nəticəsinin olmadığı barədə deyilənlər də təəccüblü deyil”.
"Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev saytımıza açıqlamasında baş verənlərlə bağlı digər şəxslərin də məsuliyyətə cəlb olunması vacibliyini vurğulayıb: "Əslində 100 min manatın ödənilməsi boş məsələdir. Burada əslində söhbət daha ciddi problemlərdən gedir. Bu barədə mənzil almağa iddialı olan jurnalistlər çox yazıb. Ona görə də, cinayət işi açmaq üçün kifayət qədər material var. Hesab edirəm ki, prosesdə günahı olanlar məsuliyyətə cəlb olunmalıdır.Amma belə başa düşürəm ki, hakimiyyət bunu etməyəcək. Sadəcə olaraq, pul alıb bununla da işi bitirəcəklər”.
"Bu barədə artıq bir söz demək fikrində deyiləm”.
Bu fikri isə Milli Məclisin deputatı Fəzail Ağamalı söyləyib: ”Artıq həmin məsələ ilə bağlı hüquq mühafizə orqanları məşğul olsun. Vaxtilə hələ köhnə rəhbər vəzifədə olanda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda mövcud olan ciddi nöqsanları üzə çıxartdım. Onu müzakirə edənlər də vəzifədə idilər. Araşdırıb, mətbuata göstərdim. Bununla söhbətim bitdi”.

Oxşar xəbərlər

"Demək, oğurlamısan ki, indi də təhvil verirsən" — Elçin Şıxlıdan Əli Həsənovu ifşa edən açıqlamalar
Jurnalistlərin binasında yoxlama başladı - Vüqar Səfərliyə qarşı cinayət işi açıla bilər
“Vüqar Səfərli ayaq yoluna gedəndə bəzi baş redaktorlar qapının arxasında növbəyə dururdular…”
Vüqar Səfərliyə kimlər “yoldaşlıq” edəcək? – “Bu işlərdə əli olan hər kəsin həbsi mümkündür”
“Jurnalistlərin binası” ilə bağlı araşdırma başlandı
Büdcədən “Jurnalist binaları”nın tikintisinə nə qədər vəsait ayrılmışdı... - RƏQƏMLƏR
Əli Həsənov üçün sanılı günlər başladı - Təkcə onun qollarına qandal vurulmayacaq...
Əli Həsənov və əlaltıları həbs edilə bilər
Əli Həsənov həbsdən qurtulmaq üçün Ərdoğanla görüşmək istəyib - İDDİA
Azərbaycanda gözdən qurd çıxarıldı - VİDEO
Usta tanışı ilə birgə 20 mənzili qarət etdi
“VÜQAR SƏFƏRLİ DEDİ Kİ, EV VERİBLƏR, BƏSİNİZDİR…”
“Korrupsioner məmurların əmlakları müsadirə olunmalıdır” - Partiya sədri
KİVDF-yə ayrılan və udulan milyonlar...
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Anbarda qalan 10 milyon maska: - Yerli maska niyə satılmır?
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
Əli Həsənov daha bir media rıçaqını itirir
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.
“Semaşko”da yoxlamalar aparılır? - Baş Prokrorluqdan açıqlama
“Çox vüqarlar haqqın qarşısında əyilib, yox olub” — Akif Aşırlı
"Azərbaycan Sığortaçılar Assosiasiyası"nda yeni təyinat olub
Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? – Cavab
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Gediş haqqının artırılacağı xəbəri haqda – Rəsmi açıqlama
MŞ və Amaşov ətrafında həlqə daralır -sunami irəlidədir
Əli Həsənov hökuməti belə aldadırmış
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb