“Prezident ona qapını göstərdi ki, özünü idarə edə bilmirsənsə...” – Siyavuş Novruzov
2-07-2020, 13:15
474

“Prezident ona qapını göstərdi ki, özünü idarə edə bilmirsənsə...” – Siyavuş Novruzov

“Qəti şəkildə, elə şey olmayıb. Bunlar hamısı mifdir, yalandır. Mən birinci gündən bu partiyadayam. İdarə heyətinin üzvü olanda Ziya Bünyadov, Fərəməz Maqsudov, Əli Nağıyev, Siruz Təbrizli, Rəfael Asllaverdiyev, Hacıbala Abıtalıbov, Asya Manafova bunların qasrşında o kəs necə sütun ola bilərdi? İndi şərait yaranıb danışır da…”.
“Gündəlik Bakı” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov “Unikal.org”a müsahibəsində deyib. “Əli İnsanov bir zamanlar YAP-ın sütunlarından sayılırdı” fikrinə münasibət bildirən S.Novruzov deyib ki, İnsanovun YAP-da heç vaxt nüfuzu filan olmayıb. Sadəcə, İdarə Heyətinin üzvlərindən biri olub.
S.Novruzov Əli İnsanovun vaxtilə vəzifəsindən könüllü istefa vermək istədiyi barədə iddialarını da rədd edib:
“Ağ yalandır. Ömründə istefa ərizəsi yazmayıb. Gəlin, Sizə bu günə kimi heç yerdə deyilməyən bir məsələni danışım. Deməli, 2005-ci il mart ayında partiyanın qurultayından bir gün əvvəl iclas keçirilirdi. İdarə Heyəti toplanmışdı. Cənab Prezident də iştirak edirdi. Sıralamaya görə, Əli Əhmədov, mən, yanımda isə Əli İnsanov oturmuşdu. Orda baş verənlərlə bağlı stenoqram var, 20 nəfər də şahidddir. Bu ayağa durub Prezidentdən üzr istəyərək, çıxış eləmək istədiyini dedi. Prezidentə dedi ki, məni müdafiə edin,  Ramiz Mehdiyevlə, Əli Həsənov mətbuatda məndən yazdırır. 
Cənab Prezident də ona qapını göstərdi, dedi ki, özünü idarə edə bilmirsənsə, gedə bilərsən. Deməli, bir jurnalistlə məsləni həll edə bilmirsənsə, məsələni Prezident həll eləməlidir? Əl-ayağı titrəməyə başladı. Qolundan tutub oturtdum. Səhəri gəlib Əli Əhmədova xahiş elədi ki, Prezidentə deyin, məni bağışlasın. Əli Əhmədov da Prezidentdə xahiş eləd ki, onu bağışlasın. Üç gün sonra Əli İnsanov zəng elədi ki, gəlib sizə minnətdarlıq eləmək istəyirəm. Mübariz Qurbanlı, Əli Əhmədov, Bahar Muradova, Əli Əhmədov və mən otaqda oturmuşduq. Gəldi, hərəmizə də bir kitab gətirmişdi. Dedi ki, gedib prezidentdən üzrxahlıq elədim, məni bağışladı, işimə davam edəcəm.  
İndi tülkü özünü şir libasında camaata təqdim eləmək istəyir. Əgər dediklərimdə bir cümlə səhv varsa, mandatımı stolun üstünə qoyaram". 

Oxşar xəbərlər

Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
"Əli İnsanov dedi ki, bu işlərin başında Ramiz Mehdiyev dayanır" - 15 ilin sirri
“Aldanmaq adamı məsuliyyətdən azad etmir” - Elman Nəsirov
Siyavuş Novruzov İSTEFA VERDİ
Siyavuş Novruzov: “Əli Kərimli gəlsin ona ərzaq yardımı edək” – VİDEO
Siyavuş Novruzov: “Özümü yaxşı hiss etmirəm”
“Necə getməyim toya, axı mən kişiyəm” – Siyavuş Novruzov
Siyavuş Novruzovun istefası qəbul edildi RƏSMİ
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
Ombudsman 82 min manata avtomobil aldı
“Beşinci kolon” korrupsionerləri müdafiə edir”
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF
Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı TƏKLİF
“Bəlkə də Əli İnsanovla Ramiz Mehdiyev artıq bir yerdədir”
Siyavuş Novruzov Bakıdakı ermənilərin izinə düşüb
“Günay Sığorta”da yeni TƏYİNAT
“Əli İnsanov çaşıb, başından yekə hərəkətlər edir”
Həftəmizin Siyavuşu... - Etibar Cəbrayıloğlu yazır
“Ramiz Mehdiyev özü partiya yaratmaq istəyirdi” - sensasion müsahibə
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
Əvvəl Elçibəyin müavini idi, indi Əli İnsanovu seçdi - FOTO
“Bizi çox qaynar payız gözləyir” – Aslan İsmayılov
“Əli İnsanov dediklərinə özü də gülürdü…”
Bu rayonun prokuroru vəzifəsindən azad edildi
General Əzimov Almaniyada qeyri-qanuni yaşayan azərbaycanlıların sayını açıqladı
Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi
Azərbaycan İnvestisiya Holdinqində yeni təyinatlar
Bahar Muradova Ramiz Mehdiyevin nəvəsinin toyunda olub? — Özündən açıqlama