“Vəziyyət həqiqətən də acınacaqlıdır” – Sabir Rüstəmxanlı
3-07-2020, 11:52
372

“Vəziyyət həqiqətən də acınacaqlıdır” – Sabir Rüstəmxanlı

Kür çayının səviyyəsinin azalması Neftçala rayonunda içməli su problemi yaradıb. Bundan əlavə rayonda kənd təsərrüfatına ciddi ziyan dəyib və dəyməkdədir. Artıq bir müddətdir ki, sosial şəbəklərdə, mediada bu məsələ müzakirə olunur. 

Yenisabah.az Neftçaladakı son vəziyyəti, problemin həlli istiqamətində hansı işlərin görüldüyünü, yaxud görülməli olduğunu öyrənmək üçün bu rayondan deputat seçilən Sabir Rüstəmxanlı ilə söhbətləşib. 

- Sabir bəy, Neftçalada hazırda vəziyyət necədir? 

- Quraqlıq olması, suvarma mövsümünün başlaması və başqa səbəblər var ki, Kür çayının suyunun azalmasına səbəb olub. Bundan başqa, Kürün Xəzər dənizinə tökülən hissəsində vaxtilə texniki səhvlərə yol verilib. Çayın Cənuba uzanan qoluna bənd vurulub. Şimala uzanan qolu isə genişləndirilib. İndi cayın səviyyəsi düşdüyünə görə Xəzər dənizinin suyu Kürə qarışıb və nəticə etibarilə çayın suyu şorlaşıb. Hazırda 22 kənd, 1 qəsəbə və Neftçala şəhərinin özü içməli su problemi yaşayır. Beləliklə, 24 yaşayış məntəqəsi faktiki olaraq susuzdur. Bu yaşayış məntəqələri birbaşa Kürdən su götürürdülər. İndi bu mümkün deyi. Üstəlik kənd təsərrüfatına ziyan dəyib. Əkin sahələrinin suvarılmasında çətinlik yaranıb. Mal-qara şor su içə bilmir. İnsanlar çıxılmaz vəziyyətdədirlər. 

- Müvafiq qurumlar problemin həlli istiqamətində hansısa tədbirlər görürümü?

 - Əhalinin içməli su ilə təmin olunması ilə bağlı müəyyən işlər görülür. Digər rayonlar da Neftçalaya yardım edir. Köhnə suvarma sistemi olan yerlərdə çənlərə su vurulur və buradan əhaliyə verilir.  Həmçinin maşınla kəndlərə su daşınır. Lakin bu çıxış yolu deyil. Qarşıda iyul və avqustun istiləri gəlir. 80 min nəfərlik əhalinin təxminən 60 min nəfəri içməli suya möhtacdır. Bu problemi su daşımaqla həll etmək mümkün deyil. Digər tərəfdən, axı kənd təsərrüfatı sahəsi də var. İnsanların əkin sahələri, heyvandarlıq sıradan çıxa bilər. 

- Bəs sizcə, hansı effektiv adımlar adılmalıdır?

- Hesab edirəm ki, Neftçalada artezian quyularının qazılmasına başlanılmalıdır. Bunu portativ texnika ilə qısa müddətdə etmək olar. Artezian quyularının qazılması ilə həm içməli su problemini müəyyən qədər həll etmək olar, həm də kənd təsərrüfatı sahəsini məhv olmaqdan qorumaq olar. 

Bundan başqa, fikrimcə Kürün Xəzərə tökülən hissəsində şimala uzanan qoluna təcili bənd vurulmalıdır. Mən indi də gördüm oranı qazıb genişləndirirlər. Bu doğru deyil. Çünki Xəzərin suyu Kürə buradan daha çox qarışır. Küləyi də nəzərə almaq lazımdır. Xüsusilə xəzri küləyi şimal-şərqdən əsir və Xəzərin suyunu Kürə daha çox qovur. Bundansa cənub qoluna vurulan bəndi sökmək və oranı genişləndirmək lazımdır.  Çünki Cənub tərəfdən küləklə Xəzərin suyunun Kürə qovulması imkanları azdır. Bununla problem həll oluna bilər. Kür tam qurumayıb ki. Burada əsas problem dəniz suyunun çaya axmasıdır. Bu da Kürün şirin suyunun şor olmasına səbəb olub. Əsas problem budur.

- Bu barədə müvafiq qurumlara təkliflərini vermisinizmi?

- Milli Məclisdə Kür çayı ilə bağlı məsələ müzakirə olunub. Azərsunun prezidenti Qorxmaz Hüseynov da iclasa dəvət olunmuşdu. O Azərbaycanın su ehtiyatları gələcəkdə yarana biləcək probemlərlə bağlı məlumat verdi. Yəni, ümumi vəziyyəti əks etdirən hesabat xarakterli çıxış etdi. Mən orda dedim ki, ümumi vəziyyət ayrı, Neftçalada bu gün yaranmış situasiya ayrıdır. İnsanlar susuz qalıb. Vəziyyət həqiqətən də acınacaqlıdır. Təbii ki, yuxarıdakı fikirlərimizi və təkliflərimizi səsləndirdik.

- Belə fikirlər səsləndirilir ki, Kürün səviyyəsinin aşağı düşməsi İranla Ermənistanın birgə qurduğu SES layihəsi də ola bilər...

- Hər halda bu Arazın suyunun azalmasına nəticə etibarilə Kür çayının səviyyəsinə təsirsiz olmaya bilər.

Oxşar xəbərlər

“Neftçala camaatı su deyıb haray çəkir” – Sabir Rüstəmxanlı
Kür çayı Xəzərə qovuşdu
İndi də Biləsuvar susuz qalıb
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Kürün suyu artıb - Rəsmi
Musa Qasımlı Sabir Rüstəmxanlıya “miskin” dedi
Sabir Rüstəmxanlı: “İşləməyən, məşğul olmayan əhalinin dəqiq statistikası aparılmalıdır”
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
"Два manat 34 qəpik" qəbzi ilə bağlı rəsmi açıqlama
Güclü sel Oğuzda elektrik dirəyini yuyub apardı, meşəni su basdı - VİDEO
Sabir Rüstəmxanlı Ramiz Mehdiyevin toy qalmaqalı haqda
Prezident 700 min ayırdı
“İcra başçısının müavinləri rayonda quldurluqla məşğul olurlar”
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Çaylarımızda suyun səviyyəsi necədir?
Kür çayında suyun səviyyəsi 18 santimetr artıb
Azərbaycanda quraqlıq təhlükəsi - Fövqəladə vəziyyət yaranarsa, nə etməli?
Bakının bu qəsəbəsində 35 ildir nə yol, nə də su var - VİDEO
Yardımlı sakinlərinin səsini eşidən yoxdur... - GİLEY
Prezident bu dövlət qurumuna pul ayırdı
İlham Əliyev Şamaxıya pul ayırdı
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
İlham Əliyevdən deputatla bağlı SƏRƏNCAM
Gənc icra başçısı prezidentin etimadını belə doğruldur? – Dəniz sahilində özünə İstirahət Mərkəzi tikdirir...
Xəzərin statusunun həlli Rusiya üçün vacibdir
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
İcra başçısı şikayət edən sakinlərlə görüşdü – Fotolar
Gənc icra başçısı baş redaktoru cərimələtdi
Hava meyvələrin görkəmini dəyişir: Karantin də bahalaşdırır
Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ