Azərbaycanda uşaqlar da peyvənd olunacaq? - "Əks təsirləri ola bilər..."
25-05-2021, 20:02
113

Azərbaycanda uşaqlar da peyvənd olunacaq? - "Əks təsirləri ola bilər..."

Artıq bəzi ölkələrdə koronavirus əleyhinə vaksinasiya təkcə 18 yaşdan yuxarı şəxslər üçün deyil, eyni zamanda uşaqlar üçün də nəzərdə tutulub. Hətta bu gün ABŞ-da 8 aylıq körpə virus əleyhinə peyvənd olunub.

Maraqlıdır, eyni addım Azərbaycanda da atıla bilərmi?

Məsələ ətrafında Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin İnfeksion xəstəliklər kafedrasının dosenti İlham Bayramov uşaqların vaksinasiya olunmasını tövsiyə etmədiyini bildirib:

"18 yaşdan aşağı uşaqların koronavirus əlayehinə peyvənd olunması barədə məlumatlar mövcuddur. Ola bilsin ki, bizdə də bu qayda qəbul edilsin. Lakin yeniyetmələrə virus əleyhinə vaksin olunmağı məsləhət görmürəm. Çünki vaksin uşaqlarda yan təsirlər yarada bilər".

Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov da oxşar fikirlər səsləndirdi:

"Yeniyetmələr xəstəliyi yüngül keçirdiyi üçün onların vaksinasiyaya ehtiyacı yoxdur. Çox güman ki, bizdə bu proses həyata keçirilməyəcək. Lakin yenə də TƏBİB-in qərarını gözləmək lazımdır.

Peyvəndin məqsədi ondan ibarətdir ki, insanlar xəstəliyə yoluxsalar, bu proses ağır keçməsin. Onsuz da uşaqlar koronavirusa yoluxsalar belə, xəstəliyi ağır keçirmirlər. Vaksinasiyanın isə uşaqlarda əks təsirləri ola bilər. Düzdür, bununla bağlı təcrübə yoxdur, amma necə ki, yanaşı xəstəliyi olan şəxslər koronavirusa yoluxarkən xəstəliyi ağır keçirir, uşaqlarda da vaksinasiya belə nəticələnə bilər".

Oxşar xəbərlər

Bu tibb işçilərinə peyvənd vurulmaycaq
Baş həkim əhaliyə çağırış etdi: “Vaksinasiya həyat xilas edir“
İcra başçısı peyvənd olundu
Azərbaycanda 100 yaşlı qadın koronavirus əleyhinə peyvənd olundu - Foto
Azərbaycanda 101 yaşlı qadın peyvənd olundu
Azərbaycana daha 648 000 doz peyvənd gətirildi
Nə qədər insana koronavirus əleyhinə peyvənd vurulub? - Bloomberg
Peyvənd olunan şəxsin son halı - FOTO
"Azərbaycanda COVID-19-a üç dəfə yoluxan şəxs var"
Azərbaycanda əhalinin 90 faizi peyvənd olunmayıb
Uşaqlar da vaksinasiya olunacaq
Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?
“Vaksin vurulduqdan sonra heç bir problemim olmayıb” - COVID-ə qarşı peyvənd olunmuş həkim
Koronavirus əleyhinə peyvənd ilk dəfə uşaqlar üzərində sınanacaq
65 yaşdan yuxarı vətəndaşların diqqətinə!
Müəllimlər də peyvənd olunacaq
Baş və əzələ ağrıları, qızdırma vaksinin əks təsirləri deyil - TƏBİB
Azərbaycanda 90 yaşdan yuxarı olan 3 koronavirus xəstəsi sağalıb
SMS-icazə belə tətbiq olunacaq - Təklif verildi
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
Ramin Bayramlı tibb işçilərinin vaksinasiyasından DANIŞDI
TƏBİB vaksinasiya prosesi ilə bağlı MƏLUMAT YAYDI
Azərbaycanda bu şəxslərə COVID-19 pasportu VERİLƏCƏK
“ASAN xidmət”in sədri peyvənd olundu
Peyvənd olunan jurnalistlərin sayı açıqlandı
Vaksinasiya olunacaq şəxslərin siyahısı açıqlanıb
“Qanan da danışır, qanmayan da...“ - Rəşid Mahmudov
ÜST-dən koronavirusdan sağalanlara TÖVSİYƏ
SMS icazəsi ilə bağlı vacib AÇIQLAMA - Ayın 18-dən...
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı