Bakıda bacısını öldürən sabiq məmur oğlunun İTTİHAMI DƏYİŞDİRİLİB
25-05-2021, 16:59
125

Bakıda bacısını öldürən sabiq məmur oğlunun İTTİHAMI DƏYİŞDİRİLİB

Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayevin qızını öldürən oğlu barəsində verilən ittiham dəyişdirilib.

APA-nın əldə etdiyi məlumata görə, Babayev Məhəmmədəli Rahil oğlu barəsində verilən ittiham Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsindən Cinayət Məcəlləsinin 122-ci (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə) maddəsinə tövsif edilib və cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hüseyn Hüseynlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, keçirilmiş kompleks ambulator məhkəmə psixatrik və məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən müəyyən edilib ki, Babayev Məhəmmədəli Rahil oğlu cinayət hadisəsi baş verən zaman fizioloji affekt vəziyyətində olub: “Keçirilmiş təkrar kompleks ambulator məhkəmə psixatrik-məhkəmə psixoloji ekspertizasının rəyinə əsasən Məhəmmədəli Babayevin cinayət hadisəsini törətdiyi zaman qəflətən baş vermiş güclü həyəcan vəziyyətində - fizioloji affekt vəziyyətində olması təsdiq olunub.

Bu il aprelin 28-də Babayev Məhəmmədəli Rahil oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 122.1-ci maddəsi ilə yenidən ittiham elan edilib. Mayın 12-də cinayət işi istintaqı başa çatdırılaraq baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib”.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 20-də səhər saatlarında Xəzər rayonu Türkan qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbə sakini 1991-ci il təvəllüdlü Aydan Babayevanın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1996-cı il təvəllüdlü Məhəmmədəli Babayevin aralarında yaranmış münaqişə zamanı özünə məxsus ov tüfəngindən atəş açaraq Aydan Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmmədəli Babayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onu da qeyd edək ki, hadisə Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayev ailəsində baş verib. Hadisəni törədən R. Babayevin oğlu, ölən şəxs isə qızıdır.

R. Babayev hadisədən bir müddət sonra tutduğu vəzifədən azad edilib. Onun barəsində də dələduzluq və vəzifə səlahiyyətləri aşma maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər

Bakıda bacısını öldürən vəzifəli şəxsin oğlu həbs edildi
Bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub
Oğlu qızını öldürən icra nümayəndəsi İŞDƏN ÇIXARILDI
Əmlak Komitəsinin vəzifəli şəxslərinə CİNAYƏT İŞİ AÇILDI
10 yaşlı Nərmini öldürməkdə təqsirləndirilən şəxsdən XƏBƏR VAR
Zeynəb Xanlarovanın bacısı oğlu haqda rəsmi açıqlama: “Qadınları aldadaraq...”
Azərbaycanda qızına heroin vuraraq öldürən ata saxlanıldı - TƏFƏRRÜATLAR
Leylanı öldürən qardaşı imiş – Şabranda dəhşət
Bacanağını öldürən Mahmudovun məhkəmə işi - arvadını qısqanırmış
Ona irad tutan qadını bıçaqlayaraq öldürdü
Azərbaycanda babasını və nənəsini amansızlıqla öldürən şəxsə cinayət işi açıldı
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Xalq artistinin istintaqdan gizlənən bacısı oğlu tutuldu
Bərdədə ana-bacısını öldürən şəxslə bağlı – Yeni xəbər
Azyaşlı oğlunun gözü qabağında arvadını öldürən şəxsin məhkəməsi başlayır
Gəncədə kişi borca görə öldürüldü
Azərbaycanda dəhşətli qətl: Bacı qardaşını bıçaqladı
Bakıda politoloq rüşvətdə ittiham edilir
Qonşusunu öldürən şəxs saxlanıldı
İsmayıllıda qanlı olay: Sosial şəbəkədə mübahisə qətlə səbəb oldu
Bakıda qaynata kürəkənini güllələdi
Bakıda piyadanı yük avtomobili ilə vuraraq öldürən sürücünün hadisəni qəsdən törətdiyi ortaya çıxıb
Şəmkirdə 83 yaşlı kişi güllələnərək qətlə yetirilib
Bakıda qayınata kürəkənini qətlə yetirdi
Tanınmış gitaraçı Nofəl Süleymanovu ölümü ilə bağlı oğlunun məhkəməsi başlayır
Cəlilabadda həyat yoldaşını bıçaqlayan şəxs həbs edildi
Salyanda qonşusunu öldürən şəxslə bağlı cinayət işi başlanıb
Yasamalda qətldə təqsirləndirilən şəxs tutuldu
Mingəçevirdə bacısını öldürən şəxs tutulub
Mingəçevirdə bıçaqlanan qadın xəstəxanada öldü