“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA
3-07-2020, 22:14
380

“Polis postları ləğv olunmayıb, sadəcə...“ - Vaqif Əsədovdan AÇIQLAMA

“Polis postlarının ləğv edilməsi və sonradan bərpa olunması barədə fikirlər əsassızdır”.
Bu sözləri Gündəlik Bakı-ya Bakı Şəhər Baş Dövlət Yol Polisi (BBDYP) İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polkovnik Vaqif Əsədov bildirib. O əlavə edib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi iyul ayının 5-nə qədər davam edəcək və bu müddət ərzində Daxili İşlər Nazirliyi (DİN) qaydalara riayət olunmasına nəzarəti həyata keçirəcək. Sadəcə postlarda aparılan xidmət indi başqa üsullarla müşayiət olunacaq.
“Vətəndaşlar ilk növbədə bilməlidir ki, Bakı şəhərində müasir texnologiyalar quraşdırlıb. Eyni zamanda hərəkətlə bağlı icazəsi olanların siyahısı bizim sistemə köçürülüb. Bu sistem vasitəsilə də avtomatik elektron qərar verilməsi imkanı var. Biz indi qanun pozuntularını bir neçə variantda aşkarlaya bilərik. Kamera və digər texniki vasitələrlə, mobil yəni, müxtəlif ərazilərdə 1-2 saatlıq postlar qurmaqla və redylər keçirməklə. Ayrıca dislokasiya üzrə xidmət aparılan ərazidə polis əməkdaşı hərəkətdə olan nəqliyyat vasitəsini saxlayıb sənədləri yoxlayarkən hərəkətlə bağlı icazəsinin də olub-olmadığını yoxlayıb yerində protokol yaza bilər. Yəni postlar nə ləğv edilib, nə də yenidən bərpa edilib. Sadəcə nəzarət fərqli üsullarla həyata keçirilir və sərtləşdirilmiş karantin rejimi bitənədək belə davam edəcək”, - deyə Vaqif Əsədov bildirib.
BBDYP rəsmisi həmçinin vətəndaşları qaydalara riayət etməyə çağırıb: “Vətəndaşlardan xahiş edirik ki, diqqətli olsunlar. İcazəsi olmayanlar hərəkət etməsinlər ki, cərimələnməsinlər. Cərimə bir yana, sağlamlıqları barədə düşünsünlər. Nə özləri yolxusunlar, nə də başqalarını yolxudursunlar”.
Xatırladaq ki, bir neçə gün əvvəl sərtləşdirilmiş karantin rejimi tətbiq olunan rayon və şəhərlərdə polis postları yığışdırılıb. Bu, postların ləğv olunması kimi təqdim edilib. Bu gün isə yenidən Bakının müxtəlif ərazilərində postlar qurulub.

Oxşar xəbərlər

Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
Bakının bu ərazilərində polis postları götürüldü
Ölkə ərazisində karantinə görə qurulan postlar ləğv edilir?
Vilayət Eyvazov bu dəfə Rəşadət Babayevi işdən çıxardı
Bu sürücülər 400 manat cərimələnəcək
Rayonlara gediş-gəliş necə olacaq? - Rəsmi
Yol polisindən sürücüclərə XƏBƏRDARLIQ! karantin qaydalarını pozmayın
Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
Vilayət Eyvazov Balakişiyevi müstəntiq
Yol Polisi Bakı, Sumqayıt və Abşerondan rayonlara gedənlərə xəbərdarlıq edib
Postların sayı azaldılan Bakıda son vəziyyət - FOTOREPORTAJ
Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ
Bu şəxslərin icazəsi ləğv edildi
Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək – Şərtlər
Avtomobilində dərman qutusu olmayan sürücüləri cərimə gözləyir - DYP
“Polis zibil atanlardan üzr istəməyib”
Bakıda postların sayı 70-dən 18-dək azaldılıb
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Bir rayondan digər rayondakı tibb müəssisəsinə tibbi arayışla getmək olar - BDYPİ
Vilayət Eyvazov onu bölmə rəisi TƏYİN ETDİ
Vilayət Eyvazov polis rəisini işdən çıxardı
Salyan DYP-yə yeni rəis təyin edilib - ƏMR
Azərbaycanda xüsusi karantin rejimi günlərində telefon və internetlə bağlı problem olacaq?
Karantin cərimələrini ödəməyənlərin əmlakına həbs qoyulacaq - RƏSMİ
Şənbə-bazar şəxsi maşınların hərəkətinə icazə veriləcək - Açıqlama
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
Əli Əsədovdan iki mühüm QƏRAR
Vilayət Eyvazovdan yeni TƏYİNATLAR - ƏMR