"Ermənilərin bu təxribatı cavabsız qalmayacaq" - AÇIQLAMA
27-05-2021, 13:00
119

"Ermənilərin bu təxribatı cavabsız qalmayacaq" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, mayın 27-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən 6 erməni hərbi qulluqçu mühasirəyə alınaraq saxlanılıb.
Sərhəddə baş verən hadisələri şərh edən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistanın bugünkü təxribatı qeyri-adi hadisə sayılmamalıdır.
“Son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən  hadisələr, o cümlədən Kəlbəcər və Gədəbəy istiqamətində və Şuşa şəhərinin ətrafında erməni silahlıları tərəfindən atəşkəsin pozulması bir daha Ermənistanın sülh və  mehriban qonşuluq siyasətində  yaşamağa hazır olmadığını göstərir. Hazırda Kəlbəcər istiqamətində törədilən təxribat artıq Azərbaycanın buna adekvat addım atmasına vadar edir.  Düşünürəm ki,  bu addımların qarşısını  almaq üçün 44 günlük müharibədə  erməni ordusunun darmadağın edən silahlı qüvvələrimiz potensial gücə və vasitələrə  malikdir. Hesab etmirəm ki,  bu fəaliyyətlər  hansısa bir şəkildə  cavabsız qala bilər. Azərbaycan həm Ermənistan sərhədində,  həm də digər təhdid törədilə biləcək ərazilərdə şəxsi heyət və  texnika sayını artırmaqla,  bu təxribata əl atan əsgərləri keçən ilin noyabrın 26-da Hadrut istiqamətində  olduğu kimi əsir götürüb və  onları  Azərbaycanın ədalət məhkəməsi önünə çıxartması  üçün əlindən gələni edəcək. Azərbaycan əsgərləri  ərazilərimizə müdaxilə etmək istəyən  və məğlubiyyətləri ilə barışmayan erməni silahlılarını  gərəkən cavabı yaxın günlərdə  və sərt bir şəkildə verəcəkdir".

Oxşar xəbərlər

Ordumuz erməni diversantları belə əsir götürdü - FOTO
İki erməni diversant qrupu Azərbaycan ərazisinə keçməyə cəhd göstərib - RƏSMİ
Ermənistan Kəlbəcər, Gədəbəy və Şuşanı ATƏŞƏ TUTDU - RƏSMİ
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO
XİN-dən düşmənin törətdiyi təxribatla bağlı AÇIQLAMA
Azərbaycanın 3 rayonu atəşə tutulur
Ermənistan dövlət sərhədində atəşkəs rejimini yenə pozub
XİN-dən şəhid olan hərbçimizlə bağlı AÇIQLAMA
Ermənilərin “Su-25”i vuruldu
Ermənistanla sərhəddə təxribat: mövqelərimiz atəşə tutuldu - RƏSMİ
MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - Bəyanat
XİN ordumuzun şəhid verməsi ilə bağlı açıqlama yaydı
Xocavənddə 62 nəfərlik diversiya qrupu saxlanılıb - RƏSMİ AÇIQLAMA
Ermənistan Tovuz və Ağstafanı Berddən vurur
Ermənilər Zəngilana hücum etdi: Məhv edildilər...
“Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi” – Millət vəkili
Şəhid olan hərbçimizin fotosu YAYILDI
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
Ermənistan ordusunda silahlı qarşıdurma: Ölən və yaralananlar var
Erməni mediası Şuşa haqda nə yazır? – Noyabrın 9-da…
Ermənistanın iki qırıcı təyyarəsi vuruldu
Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən, Qubadlı və Ağcabədini atəşə tutub - Müdafiə Nazirliyi
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu
“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur
Daha bir erməni təxribatı - Əsgərimiz yaralandı
Kəlbəcər istiqamətində PKK-çılar məhv edildi - "Sərsəng" terrorçuların hədəfində
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi - Video
Sərhəddə nə baş verir? - İlham Əliyev açıqladı
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA