Şirkət direktoruna cinayət işi açıldı
6-07-2020, 11:31
323

Şirkət direktoruna cinayət işi açıldı

Azərbaycanın sosial-iqtisadi inkişafının davamlılığının təmin edilməsi məqsədi ilə aparılan sistemli islahatlar hər bir sahədə olduğu kimi, biznes mühitinə də öz müsbət təsirlərini göstərməklə özəl sektorun dəstəklənməsi yüksək səviyyədə təmin edilib...
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə prokurorluq orqanları tərəfindən sağlam rəqabət və bazar mühitinin stabilliyinə yönəlmiş dövlət qayğısından sui-istifadə edən, cəmiyyətin, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərini pozmağa cəhd edən hüquqi və fiziki şəxslərin qanunsuz əməllərinin qarşısının alınması istiqamətində effektiv mübarizə tədbirləri davam etdirilir.
"Bu çərçivədə keçirilən tədbirlərdən biri kimi, “Fakt Araşdırıcı-N” MMC-nin təsisçisi və direktoru Zeynal Məmmədovun rəhbərlik etdiyi cəmiyyətə işə götürmək adı ilə ayrı-ayrı vətəndaşlardan ümumilikdə 31 epizod üzrə külli miqdarda pulu bir neçə dəfə rüşvət kimi istəyərək almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin başlanmasıdır.
Aparılmış istintaqla Zeynal Məmmədovun öz qulluq mövqeyindən istifadə etməklə aldığı rüşvətin həqiqi mənbəyini gizlətmək məqsədilə ianə adı altında rəsmiləşdirmək üçün rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək maliyyə əməliyyatları həyata keçirib həmin pul vəsaitini təkrarən leqallaşdırmasına şübhələr üçün əsaslar müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin 311.3.2 (təkrar rüşvət alma), 193-1.2.2, 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş küllü miqdarda pul vəsaitlərini qulluq mövqeyindən istifadə etməklə təkrar leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
19 iyun 2020-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, milli cinayət-hüquq sisteminə implementasiya edilmiş “hüquqi şəxslərin cinayət məsuliyyəti” institutuna dair peşəkar istintaq təcrübəsinin formalaşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılır. Belə ki, aparılmış istintaq zamanı cinayət və cinayət-prosessual qanunvericiliyin hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması əsasları və şərtlərini müəyyən edən tələblərinə əsasən Zeynal Məmmədovun təsisçisi və direktoru olmaqla fəaliyyətinə rəhbərlik və nəzarət etdiyi «Fakt Araşdırıcı-N» MMC barəsində də Azərbaycan Respublikası CM-nin eyni maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.
Öz şəxsi maraqlarını cəmiyyət və dövlətin qanunla qorunan mənaferlərindən üstün tutmaqla, müxtəlif qanunsuz əməllər törətmiş şəxslərin ifşa olunması və məsuliyyətə cəlb olunması istiqamətində Baş Prokurorluq tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir", məlumatda bildirilib.

Oxşar xəbərlər

Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Bələdiyyə sədrinə cinayət işi açıldı
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Daha bir neçə vəzifəli şəxs rüşvətə görə həbs edildi
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Kürdəmirdə qadını 2 il əvvəl öldürərək yandıran şəxs tapıldı
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
“Güllübulağ”ın rəhbəri həbs edildi
Daha bir sabiq məmura cinayət işi açıldı
DTX nazir müavinini belə tutdu - VİDEO
DTX generalı belə saxlayıb - VİDEO
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Məhkəmə həbsdə olan sabiq icra başçısı barədə qərar verdi - Yenilənib