İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
6-07-2020, 20:24
568

İcra başçısının “tender əməliyyatları”: Yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”

Füzuli Rayon Mənzil İstismar İdarəsi və Füzuli Rayon Kommunal Müəssisələr Kombinatı "Şans-77” MMC ilə toplam maliyyə dəyəri 134 815.69 AZN olan 3 müqavilə imzalayıb. 

Gündəlik Bakı xəbər verir ki, sözügedən MMC Füzuli Rayon Mənzil İstismar İdarəsi ilə bağladığı müqaviləyə əsasən (məbləğ 49 600.19 AZN) Horadiz şəhərində 20 yanvar küçəsini abadlaşdırmalıdır.  

Füzuli Rayon Kommunal Müəssisələr Kombinatının "Şans-77” ilə bağladığı 2 müqaviləyə gəlincə, MMC Horadiz şəhərində "Heydər parkı”nda və qarşısındakı kiçik parkda abadlıq işlərini və işıqlandırma sisteminin yaxşılaşdırılmasını (məbləğ 49 498.5 AZN) və dəftərxana, təsərrüfat, maşın və mexanizmlərin təmiri işlərini (məbləğ 35 720 AZN) həyata keçirməlidir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən "Şans-77” MMC 24 dekabr 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor (Daş karxana), ev 190-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Həşimli Nicat Miryəhya oğludur. 

Açıq mənbələrdə Nicat Həşimli barəsində hər hansı məlumat yoxdur. Onun rəhbəri olduğu şirkətə gəlincə, bir ildir yaranmasına baxmayaraq artıq Füzuli rayonunun büdcə təşkilatlarının keçirdiyi bir neçə tenderin qalibi olub. Məsələn, az əvvəl MMC fəaliyyətdə olan körpələr evi-uşaq bağçalarına maşın və avadanlıqların 54 850 manat dəyərində satınalınmasının qalibi  olub.

Mediada gedən xəbərlərə görə, şirkət əslində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin nəzarətindədir. Bildirilir ki, icra başçısı tez-tez bu sayaq MMC-lər təsis edir və tenderlər də adətən bu şirkətlərin arasında bölüşdürülür. Konkret olaraq may ayında Füzuli Rayon İcra Hakimiyyətinin keçirdiyi və toplam maliyyə dəyəri 538 690 AZN olan 3 tenderin qalibi yeni yaranmış şirkətlər olub.  Söhbət "Çinar-N” MMC (məbləğ 199 326 AZN), "Xəmsə-M.X” MMC (məbləğ 199 221 AZN) və "Ağçala-LM” MMC-dən (məbləğ 140 143 AZN) ilə bağlanan müqavilələrdən gedir. 

Müqavilələrdə Horadiz şəhərində Bayraq meydanı ərazisində yolun, H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri və "sair xərclər" nəzərdə tutulub. Bu şirkətlərin üçü də cari ilin fevral ayında yaranıb. Yəni, yaranmalarından 2 ay sonra onlar iri məbləğli tenderlərin qalibi olublar. 

"Çinar-N” MMC 6 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131 olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi isə Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur.

"Xəmsə-M.X” MMC isə 13 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Maraqlıdır ki, bu şirkətlə "Çinar-N” MMC-nin hüquqi ünvanı üst-üstdə düşür. Yəni, "Xəmsə-M.X” MMC də Yasamal rayonu, Alatava 1, ev 131-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Mustafazadə Xəyal Aqil oğludur. 

"Ağçala-LM” MMC-yə gəlincə,  bu şirkət 27 fevral 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Bayramov Emin Elşad oğludur. MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95-də yerləşir. Bu şirkət də Füzuli rayon Kommunal Müəssisələr Kombinatının 191 000 manatlıq müqavilə imzaladığı "Qədim Yurd” MMC ilə eyni ünvanda yerləşir.(yenisabah)

Oxşar xəbərlər

Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Goranboy rayon icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında YÜZMİNLİK MÜQAVİLƏ
Sabiq nazirin şirkəti 10 milyonluq tender uddu - 9 ayda ikinci dəfə
600 minlik tenderdən imtina edib 1.8 milyonluğunu qazandı
“Qaçqınkom”un 3.8 milyonluq ŞÜBHƏLİ TENDERİ...
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
Arif Qasımovun qanunsuz əməllərində Ramsin Abdullayevin görünməyən izləri
Komitə sədri məhkəməyə verildi — 57 750 manat tələb olunur
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub
Camaat canının hayına qalanda...
Ermənilər atəşkəs rejimini sutka ərzində 45 dəfə pozdu
Ermənistan atəşkəs rejimini sutka ərzində 65 dəfə pozub
Ermənistan atəşkəs rejimini 57 dəfə pozub
Bir manatlıq şirkətə milyonluq tender verildi
Psixiatriya Xəstəxanasında tender oyunu
Ermənilər atəşkəs rejimini sutka ərzində 46 dəfə pozub
Ermənistan silahlı qüvvələri atəşkəsi sutka ərzində 29 dəfə pozub
Füzulidə ev YANDI
MTK rəhbərlərindən növbəti fırıldaq: Sakinləri üzvlüyə dəvət edirlər
Ermənilər atəşkəsi 28 dəfə pozdu
“Qaçqınkom”-da maxinasiya – Nazirlər Kabinetinin qərarı olmadan 3 “JEK” yaradılıb
Ermənilər atəşkəs rejimini 30 dəfə pozdu
Cəbhədə son vəziyyət - Atəşkəs rejimi 28 dəfə pozulub
Eldar Əzizovun icra başçısı olan kürəkəni binanın damını 90 min manata sökdürür
Cəbhədə gərginlik artıb
Bakıda avtomobildən oğurluq edildi