Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb
7-07-2020, 01:09
467

Səfər Mehdiyevin bağçılıq müəssisəsində QUL İZTİRABI – 1 nəfər ölüb, xeyli “kolxozçu” yaralanıb

Naxçıvanın Babək rayonunda ərazisində fəhlələri üzüm tarlasına aparan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində fəhlələrdən biri ölüb, bir neçə ağır yaralı var.

Ovqat.com-un əldə etdiyi məlumatlara əsasən, qəzanın səbəbi avtobusun nasazlığı imiş. 

İddialara görə, qəza Nehrəm ərazisində yerləşən “Sum qalası bağçılıq” adlı üzüm və meyvə yetişdirən müəssisəyə aid avtobusda baş verib. Müəssisə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə aiddir. Qəzaya uğrayan avtobus isə bir neçə gün əvvəl Bakıdan həmin müəssisəyə göndərilib. Bildirilir ki, müəssisəyə 1 yox, 2 avtobus göndərilib və onlar Dövlət Gömrük Komitəsinin çıxdaş edilən avtobusları imiş. Fəhlə avtobusları o qədər nimdaş imiş ki, birini ümumiyyətlə ələ gətirmək mümkün olmayıb. Digəri isə nasaz vəziyyətdə istifadəyə verilib. 

Şahidlərin bildirdiyinə görə, nasaz vəziyyətdə sürülən avtobus cəmi 3-4 gün Nehrəm “kolxozçu”larına qulluq göstərə bilib. Bu müddət ərzində dəfələrlə xarab olub yolda qalan avtobus bu gün nəhayət aşıb. Nəticəsi isə bir nəfərin ölümünə yol açacaq qədər ağır olub.

Aldığımız məlumata görə, qəza ilə əlaqədar olaraq sürücü göz altına alınıb və yəqin ki, qəzanın bütün günahı onun boynuna qoyulacaq.

İddia edilir ki, “Sum bağları” bağçılıq müəssisəsində iş mövsümi xarakter daşıyır. Qul kimi bağlarda işləyən fəhlələr qazandıqları 5-10 qəpik naminə heç bir təhlükəsizliklərinin təmin olunmadığı şəraitdə çalşmağa məhkumdurlar. Onlarla hər hansı iş müqaviləsi bağlanmayıb və həyatları sığortalanmayıb. 

Gündəlik Bakı

Oxşar xəbərlər

Kongoda 24 nəfər avtobusun qəzaya uğraması nəticəsində həyatını itirib
Almaniyada F-16 qırıcısı qəzaya uğrayıb
Bakıda avtobus drenaj xəttinə düşdü, 1 nəfər xəsarət aldı
Avtobus yüksəklikdən AŞDI: 26 ÖLÜ
Türkiyədə polis maşını qəzaya düşdü, yaralananlar var
Sükan arxasında siqaret çəkən 55 avtobus sürücüsü cəzalandırılıb
Bu gün xətlərə rekord sayda avtobus çıxarılıb
Rusiyada sərnişinlə dolu avtobus yandı: Yaralananlar var - VİDEO
Bakıda iki avtobus toqquşdu: Ölən var
Bakıdan Zaqatalaya sərnişin daşıyan mikroavtobus qəzaya düşdü
Ermənistanda hərbçi qəza törədib, 3 nəfər yaralanıb
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
Səfər Mehdiyev və müavinləri vətəndaşlarla görüşəcək
“Xaliq Faiqoğlu” şirkətinə məxsus avtobusun sürücüsü qrip ola-ola sərnişin daşıyır - TƏHLÜKƏ
Rüşvətlə tutulan məmurun rəisi Ramiz Mehdiyevin qardaşı oğludur
İranda DƏHŞƏTLİ QƏZA: 8 ölü, 18 yaralı
Lənkəranda dəhşətli qəza: Bir nəfər ölüb, dörd nəfər yaralanıb
Bakıda "Bakubus" "Lexus"a çırpıldı, tıxac yarandı - Foto
Sumqayıt yaxınlığında qorxunc hadisə: ÖLƏNLƏR VAR
Gömrükdə Ramiz Mehdiyev izləri... - Son gömrük güzəştləri ilə bağlı qərar lazım idimi?
Rayonlara gediş-gəliş açıldı - sərnişin daşınmasına cəhdlər oldu
Tağı İbrahimovun şirkətinin özbaşınalıqları - VİDEO
Səfər Mehdiyev və Əbülfəz Məlikovun adı yeni qalmaqalda - Sahibkardan açıq məktub
Qəbələdə ağır qəza: Xəsarət alan var
Qazaxıstanda MiQ-31 qəzaya uğradı
İrandan gələn iş adamı gömrükdə “ilişdi”
Müxalifətçilərin olduğu avtobus atəşə tutuldu - Ölənlər var
Türkiyədə terror: Polisləri daşıyan avtobus partladıldı
Bakıya 115 yeni avtobus gətirilir
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb