Prezidentdən Ağdam və Tərtərlə bağlı SƏRƏNCAM
31-05-2021, 15:14
117

Prezidentdən Ağdam və Tərtərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Oxşar xəbərlər

İlham Əliyev Qusarla bağlı SƏRƏNCAM
Prezidentdən beş rayonla bağlı SƏRƏNCAM
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Prezident 700 min ayırdı
İlham Əliyevdən Naxçıvanla bağlı SƏRƏNCAM
Prezident bu dövlət qurumuna pul ayırdı
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
Prezident bu işlərin davam etdirilməsinə 20 milyon manat ayırdı – SƏRƏNCAM
İlham Əliyev Şamaxıya pul ayırdı
"Meliorasiya və Su Təsərrüfatı” ASC-də nöqsanlar aşkarlanıb
Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır
Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAMA ƏLAVƏ
Prezidentdən 6 min nəfəri sevindirəcək SƏRƏNCAM
Pirallahıda yolların yenidən qurulması üçün 1.4 milyon manat ayrılıb
Bu nazirliyə 10 milyon manat ayrıldı - Prezidentdən SƏRƏNCAM
Bakıda yol çəkilməsinə 1,9 milyon manat ayrıldı - SƏRƏNCAM
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrıldı - SƏRƏNCAM
İlham Əliyev sərəncam imzaladı
Prezidentdən 5 milyon manatlıq SƏRƏNCAM
İlham ƏIiyevdən 13,4 milyonluq SƏRƏNCAM
Prezident Şəkidə yol tikintisinə 12 milyon manat ayırdı
Prezident Dövlət Komitəsinə 42,5 milyon manat vəsait ayırdı - SƏRƏNCAM
İlham Əliyev Qubada yol tikintisinə pul ayırdı
İlham Əliyev Dövlət Agentliyinə 10,05 milyon manat ayırdı
Prezident Şuşada yeni məktəbin tikintisi ilə bağlı sərəncam imzaladı
Füzulidə fermerlərin suyu kəsilib – ƏKİN SAHƏLƏRİ YANIR
Baş nazir sərəncam imzaladı
Prezidentdən daha bir SƏRƏNCAM
Prezidentdən sərəncam: 5 milyon manat ayırdı
Prezident sərəncam imzaladı: büdcədən 2,2 milyon manat ayrıldı