Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...
8-07-2020, 19:05
667

Şəmkirdə başçının adamları qoçuluq edir? - Müraciət...

Şəmkir rayon Dəllər-Cəyir kənd sakini Xəyyam Qurbanov rayonun icra nümayəndəsi Əflatun Məhhərrəmov tərəfindən təqib olunduğunu deyir. X.Qurbanovun Gözətçi-yə etdiyi şikayətdə bildirir ki, İcra nümayəndəsi onun özünü və ailəsini təhqir edərək hədələyib. Bu səbəbdən də o, Ə.Məhərrəmovu polisə və prokurorluğa şikayət edib. Lakin prokurorluq tərəfindən onun şikayəti geri qaytarılıb:

“Dəllər-Cəyir kəndində xəstəxanada gözətçi işləyirdim. Xəstəxananın həyətinə nəzarət etmək də mənim işim idi. İcra nümayəndəsinin bir qohumu var. O heyvanları xəstəxananın həyətinə salmışdı. Heyvanlar da orada ki, gülləri otlayırdı. Mən buna etiraz edəndə İcra nümayəndəsinin qohumu məni təhqir etdi. Mübahisə uzandıqda isə mənə bıçaq çıxardı. Həkimin məsləhəti ilə polis çağıranda həmin şəxs mənə dedi ki, mən nə həkimdən nə də polisdən qorxmuram. Mən ancaq Əflatun müəllimə tabeyəm. Polislər gəlib baxış keçirdib həqiqətən də gördülər ki, xəstəxanının həyətində vəziyyət necədir. Mən də polisə məsələ ilə bağlı ifadə verdim.”

Xəyyam Qurbanov deyir ki, məsələ ilə bağlı İcra nümayəndəsi Əflatun Məhərrəmovla da danışıb. Onu xəstəxanın həyətinə çağırıb və vəziyyəti ona göstərərək izah edib:

Şəmkirdə başçının adamları qoçuluq edir?

“Əflatun məllimin özünə şikayət etdim ki, bu adam heyvanlarını bura gətirir, onlarda xəstəxananın həyətini məhv edirlər. Bu məsələ ilə bağlı tədbir gör. O, xəstəxananın həyətində məni təhqir etdi. Mən də dedim ki, kasıb adamam. Həkim mənə deyib ki, ya işlə ya çıx. Bu həyətə də mən baxmalıyam. Bir qədər sonra isə polisdən mənə bildirdilər ki, sənin şikayətin əsassızdır. Halbuki, özləri yerində baxış keçirmişdilər. Mən də şikayətimi alıb, icra nümayəndəsinin məni təhqir etməsi ilə bağlı hadisəni də əlavə edərək işi mayın 23-də prokurorluğa verdim. Uzun müddət uzatdılar, bir neçə gün əvvəl isə prokurorluqdan mənə rədd cavab verdilər”

Xəyyam Qurbanov Əflatun Məhərrəmov tərəfindən təhqir edildiyini onu prokurorluğa verdiyinə görə hədələndiyini bildirir. Onun sözlərinə görə prokurorluqda işə baxarkən nə xəstəxananın həyətində çəkilən kameraya baxıblar nə də onun şahidini dindiriblər.

Vətəndaşın şikayəti ilə bağlı rayonun İcra nümayəndəsi Əflatun Məhərrəmovla əlaqə saxladıq. O isə Gözətçiyə açıqlamasında bildirdi ki, X.Qurbanovun iddia etdiyi hər şey şər-böhtandır:

“Onun şikayətinə polisdə və prokurorluqda da baxdılar. Gördülər ki, verdiyi şikayətlərin hamısı əsassızdır. Xəstaxananın həyətində mübahisə çıxanda o, sərxoş idi. Mən gələrək onları araladım və yola saldım. Xəyyam Qurbanov nə işə gəlir nə də xəstəxanın gözətçisi deyil. Pulsuz maaş alan adamdır.”

Oxşar xəbərlər

Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı-VİDEO
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
Gədəbəyin icra başçısı İTTİHAM OLUNUR... - VİDEO-müraciət
Şəmkirin başçısı bu təfəkkürlə düzələsi deyil...
Gədəbəyin aydan-arı, sudan duru icra başçısı... - Rayonundan 100 faiz xəbərsizdir
Sakinlərdən iddia: “İcra nümayəndəliyi yardımı düzgün paylamır” - VİDEO
“BakuBus”ın sürücüsü qadını təhqir etdi - VİDEO
Daha altı rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanıldı
İcra başçısı: “Bağıra-bağıra ölürlər...” - Video
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Azərbaycanda narkotiklə tutulan kişi vəzifəli şəxsin oğlu imiş, silahla gəzirmiş - TƏFƏRRÜAT
Gədəbəy icra hakimiyyətində DOST MMC alveri və vəzifə təyinatları - FOTOFAKT
Vətəndaşdan icra başçısına ağır ittiham: 2 hektar torpağı mənimsəyib - Video
"Rusiyadan gəlib, eşidirəm ki, arvadım və baldızım bələdiyyə sədri ilə..." - Azərbaycanda BİABIRÇILIQ
“ONUN İŞİ-GÜCÜ OĞRAŞLIQDI!..” - Gədəbəyin “komxoz” direktoru ondan şikayət edən zibilyığana qəzəbləndi
Azərbaycanda polisə xəsarət yetirilib - RƏSMİ
Azərbaycanda məmur 70 yaşlı qocaya “düdük” deyib
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
İcra başçısının şəxsi mənfəəti və Göyçayda otlaq problemi: Səlimzadə örüş sahələrini mənimsəyib...
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
Ağstafa sakini intihara cəhd etdi
Saxlanılan icra başçısının ittihamları məlum oldu
Bərdənin səhiyyə müdirinə şok ittiham – Koronavirusun yayılmasına səbəb olur
İcra başçısı məhkəməyə verildi
Kürdəmir sakini velosiped sürən yeznəsini avtomobillə vurdu
AFAQ layihəsi çərçivəsində qadın fermerlərə dəstək göstərilir
“Qonşu kəndin sakinləri bələdiyyə ilə əlbir olub örüş sahəmizi hasarlayıb” - Ağdaşda NARAZILIQ...
Bakıda avtomobil oğurlayan dayı və bacıoğlu tutuldu