190 manatın verilməsi başa çatdırıldı
10-07-2020, 16:18
545

190 manatın verilməsi başa çatdırıldı

Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmələrin verilməsi prosesi başa çatdırıldı...

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan məlumata görə, ötən ayın 21-dən  xüsusi karantin rejimi tətbiq olunan 8 şəhər və rayon (BakıCəlilabad, Gəncə, LənkəranMasallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron) üzrə birdəfəlik ödəmələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu həftənin ilk günlərində ödənildi. 
Bu gün isə Nazirlik əlavə olaraq iyulun 5-dən xüsusi karantin rejiminə başlanan 8 şəhər və rayonda (GoranboyGöygöl, Mingəçevir, BərdəXaçmazSamuxSiyəzənŞəki) birdəfəlik ödəmələrin köçürülməsini təmin etdi.
Vəsait həmin vətəndaşların may ayında birdəfəlik ödəməni almaq üçün banklar tərəfindən verilmiş bank kartlarına köçürülüb və bu barədə onlara rəsmi məlumat göndərilib.
Beləliklə, ümumilikdə 16 şəhər və rayon üzrə işsiz və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal işləyən aztəminatlılardan ibarət 290 minə yaxın şəxsin 190 manat birdəfəlik ödənişlə təminatı başa çatıb. Bu məqsədlə 55 milyon manata yaxın vəsait sərf olunub. 
Xatırladaq ki, bundan əvvəl aprel-may aylarında da respublika üzrə həmin kateqoriyalardan olan 600 min şəxs aylıq 190 manat birdəfəlik ödəmə ilə təmin edilib və bunun üçün 229 milyon manat xərclənib.
gundelik-baku.com

Oxşar xəbərlər

190 manatı alacaq şəxslərin siyahısı banklara göndərildi
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
Sahil Babayev: "190 manat yaxın günlərdə veriləcək" - Video
190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı qərar verilib
Avqustun 190 manatı nə vaxt veriləcək? - AÇIQLAMA
İki və daha çox avtomobili olan 19 200 şəxsə də birdəfəlik ödəmə verilməsindən imtina edildi
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Nazirlik daha 35 min işsiz üçün birdəfəlik vəsaiti köçürdü
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olunub
DYP 605 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edib
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Bu gündən avqustun 24-dək 13 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Avqust karantinin son ayı olacaq?
Azərbaycanda daha bir məhdudiyyət tətbiq edilir
Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verdi
May ayında koronavirusa görə birdəfəlik ödəmə bu yolla veriləcək - Nazir müavinindən AÇIQLAMA
Əlilliyi olan şəxslər evlərində reabilitasiya vasitələri ilə təmin ediləcək
190 manatlıq ödəmə maydan sonra da veriləcək? - Nazir müavini açıqladı
41 min şəxsə birdəfəlik ödəmə verilməsindən imtina edildi - SƏBƏB
Avqust ayı üzrə bütün pensiyalar ödənildi
13 min şəxsin birdəfəlik ödəməsi ləğv edilib - Rəsmi
Hökumətin antiböhran proqramı və ya sosial dövlətin Azərbaycan modeli -
Rayonlara gediş-gəlişlə bağlı rəsmi açıqlama
Rayonlara gediş-gəlişlə bağlı açıqlama
Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA
Gizli restoran işlədən şəxs 3 100 manat cərimələndi
Avqust ayı üzrə sosial yardımlar ödənildi
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...