Gəncə Ağır Cinayətlər Məhkəməsində saxta əlillik dərəcəsi verilməsi, digər vədlərlə vətəndaşlara qarşı dələduzluqda və rüşvətə təhrikdə təqsirləndirilən Bəxtiyar İsmayılov işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Bəxtiyar İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, bundan əvvəl də çoxsaylı vətəndaşların şikayəti əsasında Bəxtiyar İsmayılovun barəsində Abşeron rayon məhkəməsinin hokmü ilə o 2 il 8 ay müddətinə həbs edilmişdi.
Qeyd edək ki, cinayət işinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb. "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Daşkəsən rayon filialının sədri işləmiş Bəxtiyar İsmayılov ayrı-ayrı dövlət orqanlarında işə qəbul olunmaları, eləcə də “Qarabağ müharibəsi veteranı” adı verilməsi ilə bağlı vətəndaşları aldadıb onlara məxsus 14 min 700 manat pul vəsaitini ələ keçirməkdə təqsirləndirlib.
Aparılan araşdırmalarla qeyd edilən xüsusatlarla yanaşı, Bəxtiyar İsmayılovun öz qulluq mövqeyindən sui-istifadə etməklə 26 nəfərdən ibarət ayrı-ayrı vətəndaşları vəzifəli şəxsə rüşvət verilməklə sosial evlərin verilməsi, sosial yardım təyin edilməsi, əlillərə dövlət tərəfindən avtomobil verilməsi, habelə əlillik dərəcəsinin təyin edilməsini təşkil edəcəyi barədə yalan vədlər verərək, ümumilikdə, 119 min 600 manat pulu dələduzluq yolu ilə ələ keçiririb.
Bundan başqa, istintaq zamanı Bəxtiyar İsmayılovun Gəncə şəhər 1 nömrəli Birləşmiş Uşaq xəstəxanasının poliklinika bölməsinin sahə həkim pediatrı Mənzər Nəzərəliyeva ilə cinayət əlaqəsinə girərək 4 nəfərə əlillik dərəcəsinin təyin edilməsi üçün, ümumilikdə, 8500 manat pulu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bircə onu qeyd edək ki, Bəxtiyar İsmayılov YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin bacanağıdır. Belə ki, Bəxtiyar İsmayılov bir sıra insanları aldadan zaman Meydanəli Yolçuyevin onun bacanağı olmasından istifadə edərək YAP Daşkəsən rayon təşkilatı adından da danışıb, bununla da çoxsaylı vətəndaşlara söz verib birgə aldadaraq onların külli miqdarda pulunu mənimsəyərək dələduzluq etməsinə şərait yaranmışdır.
Qərb bölgəsində məşhur fırıldaqçı kimi tanınan Bəxtiyar İsmayılov ayrı-ayrı vətəndaşları müxtəlif yollarla aldadıb mənimsədiyi pullarla aldığı Abşeron rayonunun Saray qəsəbəsində dəyəri 800 min manat olan villasını satışa çıxarıb. YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevlə aralarında olan münaqişənin səbəbi Bəxtiyar İsmayılovun arvadı Meydanəli Yolçuyevin baldızı İsmayılova Aynur Xurşid qızının həmin villanın satılmasına etiraz etməsidir. Aynur İsmayılova bununla bağlı yazsa da, lakin Meydanəli Yolçuyev cinayətkar Bəxtiyar İsmayılovun vasitəçiliyi ilə düzəltdiyi III dərəcəli əlil olduğu üçün istintaq zamanı cinayət məsuliyyətindən yayınıb.
Maraqlısı budur ki, Meydanəli Yolçuyev YAP Daşkəsən rayon təşkilatının binasında özünün oturduğu otağın yanındakı qonşu otaqda bacanağı Bəxtiyar İsmayılovun vətəndaşları aldadıb mənimsədiyi pulların qaytarılmasını dəfələrlə söz vermişdir. Deyilənə görə, mənimsənilmiş pulların ələ keçirilməsində Meydanəli Yolçuyevin xüsusi rolu olmuşdur. Bu gün isə Meydanəli Yolçuyev özünü xəstəliyə vurub III dərəcəli əlillik sənədindən sui-istifadə edərək xəstəlik vərəqəsi əldə edib Saray qəsəbəsindəki həmin villada hazırda istirahət edir.
YAP Daşkəsən rayon təşkilatının sədrinin bacanağı, məşhur dələduz fırıldaqçı Bəxtiyar İsmayılov 6 il müddətinə həbs edildi.
03
iyun
13:30

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda vəkil məhkəmə zalında həbs EDİLDİ
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi
Azərbaycanda polis əməkdaşı həbs edildi - SƏBƏB
Rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında
Baş prokurorun həbsdə olan sabiq müavinindən XƏBƏR VAR
Bakıda keçmiş icra məmuru rüşvət aldı - cəzası bilindi
Azərbaycanda məktəb direktoruna hökm oxundu
Azərbaycanda partiya sədri məhkəmədə qandallandı
AXCP üzvünə hökm oxundu –Məhkəmə
Azərbaycanda milyonları mənimsəyən bankirin əmlakının üzərinə həbs qoyulmadı — ŞOK QƏRAR
Məhkəmə 3 kq-dan çox narkotiklə tutulan şəxsə bəraət verib - Belə də olurmuş...
Daşkəsəndə həbs olunan vəzifəli şəxslərdən XƏBƏR VAR
Tanınmış vəkil məhkəmə zalında həbs edildi
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərindən xəbər var
Ruhinin müstəntiq yeznəsi HƏBS EDİLDİ (YENİLƏNİB)
Sabiq hakim 100 min manatlıq dələduzluqda ittiham edilir
Prokuror hökumət əleyhinə çağırışlar edən Elvin İsayevə cəza istədi
Generalın şikayəti təmin edilməyib
Bakıda qadına sataşanı öldürüb, ayaqlarını sındıran şəxslərə cəza kəsildi- 35 il
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərin məhkəməsi başladı
“Zaminbank”ın həbs edilən vəzifəli şəxsindən XƏBƏR VAR
Sabiq məhkəmə sədrini öldürən iş adamına hökm oxundu
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Rüşvət üstündə tutulan məmur həbs olundu
Həbs olunan məmurlar: “Yatıb çıxanlar" da var, hökm gözləyənlər də... - İLGİNC ARAŞDIRMA
Rüşvət üstündə həbs olunan baş həkimin şikayəti təmin edilmədi
Məhkəmə Eldar Həsənovla bağlı QƏRAR VERDİ
Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi AZADLIQDA - ÖZƏL
Sevgilisini öldürən Günelə hökm oxundu - 10 il cəza verildi
Prokurorluq Daşkəsəndəki əməliyyatla bağlı MƏLUMAT YAYDI
- Bu ölkədə skuter qadağan edildi
- "Bozbash pictures"in dağılma səbəbi
- "Liderlər əsl kişi xarakterini nümayiş etdirirlər və təslim olmurlar" - Putin
- Baş nazir: “Hindistan 25 ildən sonra inkişaf etmiş ölkəyə çevriləcək”
- "Ukraynada xüsusi əməliyyatı BMT Nizamnaməsinə uyğun keçiririk" - Putin
- Bilal Əliyevdən onu “TikTok”a görə təhqir edənlərə: “Hamısını məhkəməyə verəcəyəm”
- Rusiya müharibənin Ukraynanın hansı bölgəsində bitəcəyini açıqladı
- Şirvan Olimpiya İdman Kompleksində nələr baş verir..? - Kompleksin üzgüçülük hovuzları susuzluqdan çartlayır..
- Bakıda QƏZA: 3 avtomobil toqquşdu
- Quba və Şabran rayonlarının meşə ərazisində YANĞIN
- Azərbaycan-Rusiya dövlət sərhədində 186 ədəd sərhəd nişanı quraşdırılıb
- GEM-in direktoru Sara Həsənovanın arxasında hansı icra başçısı dayanır..? - Sara Həsənova barəsində “KİRPİ” jurnalı yazsaydı...
- Dilarə Əliyeva: "Onun dərdindən 18 yaşında ərə getdim" (VİDEO)
- "Diriliş Ertuğrul"un aktyoru evləndi - FOTOlar
- Türkiyə ordusu şəhid verdi
- Ağdam sakini Bakıda tutuldu - Üzərindən 9 kq marixuana çıxdı
- “Müğənnilər toylara getməsə, yamaqlı şalvarda gəzərlər” – Akif İslamzadə
- İrandan Azərbaycana narkotik keçirməyə cəhd etdilər
- Abşeronda ər arvadını bıçaqladı
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın daha 7 tankı məhv edilib"
- Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi
- Ermənistanda qaçhaqaç: ermənilər ölkələrini belə tərk edir - VİDEO
- Daha bir quru yük gəmisi Ukrayna limanını tərk edib
- Hirkan Park Otel xanım müştəriyə qarşı tərbiyyəsizlik