Məsələ ilə bağlı açıqlamasında Masallı rayon Bədəlan kəndi üzrə icra nümayəndəsi Hacırza Nağıyev bildirib ki, nişan baş tutmayıb:
"Sadəcə ailələr tərəfindən buna cəhd edilib. Dünən icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları ilə birlikdə qızın ailəsinə baş çəkərək onları başa saldqı və nişanın keçirilməsinin qarşısını aldıq. Anası da izahat verdi ki, qızı məktəbi bitirəcək, 18 yaşı tamam olacaq, ondan sonra kiminlə istəsə onunla evlənəcək. Hələlik o, həddi-büluğa çatmayıb. Qanun da onun nişanlanmasına icazə vermir".
***
10:47
Azərbaycanda daha bir şok hadisə yaşanıb.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində Lənkəran şəhərində 14 yaşlı qızın 38 yaşlı kişiyə nişanlandığını yazıb.
O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:
“14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur”.
O əlavə edib ki, qız özündən 24 yaş böyük nişanlısı ilə Rusiyada yaşayacaq:
“Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”.
Nişanlandığı deyilən 8-ci sinif şagirdi olan qızla bağlıAÇIQLAMA - YENİLƏNİB