“Kontakt Home” müştəriləri necə aldadır?
21-07-2020, 01:35
921

“Kontakt Home” müştəriləri necə aldadır?

“Kontakt Home” mağazalar şəbəkəsindən çoxsaylı şikayətlər var. Bəhs edilən şirkətlə bağlı müştəri məmnuniyyətinə rast gəlmək bomboz səhrada su tapmaq qədər müşkül məsələdir. 

Mənbə bildirir ki, səbəb isə çox sadədir. Müxtəlif, aldadıcı reklamlarla müştəriləri özünə cəlb edən şirkət məhsulu müştəriyə satdıqdan sonra məsuliyyətdən boyun qaçırır. Məhsul xarab olduqda “Kontakt Home” tərəfindən verilən qızıl zəmanət də heç bir işə yaramır.


Məsələn, müştərilərdən İlkin Xanov da eyni problemlə üzləşib. Belə ki, o, sözügedən mağazalar şəbəkəsindən “HTC 620 SERİES” markalı mobil telefon alıb. Bir müddət sonra telefonu xarab olduğu üçün müştəri “Kontakt Home”un servisinə müraciət edib. Qızıl zəmanəti olmasına baxmayaraq, 5-6 aydır ki, müştərinin telefonu servisdə “yatır”. Krediti tam ödəyən müştəriyə isə sonda “bunun zəmanət vaxtı bitib” deyiblər.

Aqil Behmudov adlı müştəriyə isə telefonunda yaranmış problemə görə “bizlik deyil” cavabını veriblər. “Kontakt Home” müştərini razı salmaq əvəzinə ona “get, hara istəyirsən şikayət elə” deyilib. Bu isə sözügedən şirkətin müştəriyə laqeyd münasibətinin bariz nümunəsidir.

Rövşən adlı müştəri isə “Hoffman” markalı telefon alıb və hər ay qızıl zəmanət üçün 5 manat ödəniş edib. 300 manatlıq məhsulu kreditlə müştəriyə 500 manata satan “Kontakt Home” müştərinin telefonunda yaranan problemi aradan qaldırmayıb. Beləliklə müştəri bir daha sözügedən mağazalar şəbəkəsinə üz tutmayacağına əmin olub.

Qeyd edək ki, “Kontakt Home” barəsində istər sosial şəbəkələrdə, istərsə də dövrü mətbuatda kifayət qədər şikayətə rast gəlmək mümkündür. Hər keçən gün artan şikayətlərdən ölçü götürməyən şirkət ictimaiyyət arasında “maşennik” kimi tanınır. Bunu biz yox, “Kontakt Home”dan məhsul alan müştərilər deyir.

Oxşar xəbərlər

“Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir
“Pulunu ver, itil cəhənnəmə” – “Kontakt Home”dan yağış kimi ŞİKAYƏTLƏR – FOTO
“Kontakt Home” müştərilərə güzəşt etmir:Vəba günlərində kindarlıq
"Kontakt Home"un zəmanəti heç bir işə yaramır" - REBRENDİNQ BELƏ KÖMƏK ETMƏDİ
DMX-nin sözçüsü "Kontakt Home"-dan şikayətçidir
Kontakt Home müştəriləri narazı salır - ŞİKAYƏT
“Kontakt Home”un sahibi  Elnur Allahverdiyev kimdir?-''KONTAKT HOME''dan bitməyən ŞİKAYƏTLƏR......
“Kontakt Home”də MTN izi
Deputat Elnur Allahverdiyevin siyasətdə QARANLIQ KEÇMİŞİ və ŞÜBHƏLİ “KONTAKTLARI”...
“Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY
''Veysəloğlu''-nun Spar marketi müştəriləri belə aldadır-FOTOFAKT
Xırdalanda internet niyə yoxdur? - KARANTIN GÜNLƏRİNİN "KORONAVİRUSLARI"
“Rabitəbank”dan təkrar müştərilər üçün endirimli istehlak krediti
“OBA” market müştəriləri aldadır? – ŞİKAYƏT (FOTOFAKT)
“Göz karandaşı və dodaq boyası koronaya yoluxdurur” - XƏBƏRDARLIQ
Ucuz malları brend adı ilə baha satan mağazalar- SAXTAKARLIQ
"Yeni Klinika"da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb
Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi
"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"
“Rabitəbank” pandemiyadan zərərçəkmiş sahibkarlara dəstək olmağa davam edir
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
AQTA vaxtı keçmiş mallara icazə sənədini necə verir?
Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video
Bakıda kafenin sahibi həbs edildi, müştəriləri - CƏRİMƏLƏNDİ
"Azercell"in Müştəri və Səyyar Müştəri xidmətləri işini fasiləsiz davam etdirir
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
"Bakcell" adı hallanan toyla bağlı MƏLUMAT YAYDI
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
Binəqədidə satıcı müştərinin burnunu sındırdı