İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda diplomatik fəaliyyətə başlayan Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb.
Nazirlikdən verilən məlumata əsasən, Mikayıl Cabbarov səfiri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Azərbaycanda fəaliyyətinin ikitərəfli əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Vurğulanıb ki, dövlət başçılarının siyasi iradəsi, dostluq-qardaşlıq münasibətləri və verdikləri tapşırıqların icrası əməkdaşlığın inkişafında mühüm rol oynayır, Azərbaycan-Türkiyə əlaqələri yüksələn xətlə inkişaf edir. 44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin güclü siyasi və mənəvi dəstəyi ölkələrimizin daim bir-birinin yanında olmasına bariz nümunədir.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafından danışan iqtisadiyyat naziri diqqətə çatdırıb ki, Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir.
Əlavə edilib ki, Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanmış Preferensial Ticarət Sazişi ikitərəfli ticarət əlaqələrinin genişlənməsinə əlavə stimul verəcək.
Azərbaycan və Türkiyə arasında nəqliyyat-tranzit, enerji, rəqəmsal iqtisadiyyat, kiçik və orta sahibkarlıq, turizm, humanitar və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi potensialı böyükdür.
Görüşdə həmçinin, işğaldan azad olunmuş ərazilərimizin bərpasında, quruculuq işlərinin həyata keçirilməsində Türkiyə şirkətlərinin iştirak imkanları, Azərbaycanın bu prosesdə Türkiyə şirkətlərini dəstəklədiyi diqqətə çatdırılıb.
Azərbaycanda diplomatik fəaliyyətə başlamağından məmnunluğunu ifadə edən Cahit Bağcı ölkələrimizin qarşılıqlı dostluq və qardaşlıq münasibətlərini, strateji müttəfiqliyini vurğulayıb, diplomatik fəaliyyəti dövründə iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinə səy göstərəcəyini bildirib.
Tərəflər əməkdaşlığın inkişafı istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Mikayıl Cabbarov Türkiyə səfiri ilə görüşdü
08
iyun
16:16

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov Erkan Özoralla görüşüb
Sahibə Qafarova Türkiyənin yeni səfiri ilə görüşdü
Sahibə Qafarova Türkiyə səfiri ilə görüşdü
Mikayıl Cabbarov Dünya Bankının regional direktoru ilə görüşdü
Azərbaycan və Türkiyə arasında daha bir sənəd imzalandı
Türkiyənin Azərbaycandakı səfiri ilə görüş keçirilib
"Münasibətlərimizin bütün sahələrində böyük irəliləyiş əldə edilib” - Səfir
Türkiyə Azərbaycana yeni səfir təyin edib - VİDEO
Əli Əsədov Türkiyənin ticarət naziri ilə görüşdü
Türkiyə Azərbaycana yeni səfir təyin etdi
Qətər Azərbaycana yeni səfir göndərib
Vilayət Eyvazov Pakistan səfirini qəbul etdi
"Ötən il rekord həddə aksiz daxilolmaları əldə edilib" - Mikayıl Cabbarov
“Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır!” tədbiri keçirildi
Erkan Özoral sabah Azərbaycanı tərk edəcək
İlham Əliyev Ərdoğana zəng etdi
"Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!" - İlham Əliyev Türkiyə səfirinə
Kamran Əliyev Türkiyənin nümayəndə heyəti ilə görüşdü
Sahibə Qafarova İndoneziya səfiri ilə görüşdü
Türkiyə Azərbaycanda hərbi baza quracaq? - AÇIQLAMA
“Yaradılmış fondlara özəl sektorun köçürmələri üstünlük təşkil edir” - Nazir
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib
Mikayıl Cabbarov peyvənd olundu
Mikayıl Cabbarov: “Faşizmə “yox” deyək“
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü
Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri birgə təlimlər KEÇİRƏCƏK
"Əlimdən gələni əsirgəməyəcəyəm ki..." - Səfir
Sahibə Qafarova Şəntopla görüşdü
İlham Əliyevlə Ərdoğanla danışdı
- 200 min manata civə satan şəxs saxlanıldı
- Rusiyalı aktyor vəfat etdi
- Şirvanda evdən 100 min manatlıq oğurluq olub
- Azərbaycan nefti bahalaşdı
- 85 yaşlı qadın 152 metr hündürlükdən belə tullandı - VİDEO
- ÖZBAŞINALIQ: Şəhid ailələri və əlillər üçün ayrılan dayanacağı söküb tulladılar - AXI NİYƏ?!
- Rusiya Xarkova S-300 atdı
- Bakıda gənc qız şəkilləri ilə şantaj edildi
- Azərbaycan səmasında naməlum obyekt peyda oldu - VİDEO
- “Yazıb ki, Floranın ayaqqabısı ayağından çıxdı, buna görə adamı...“
- İrandan keçərək bombalı hücum törətmək üçün Türkiyəyə gələn terrorçu tutuldu - FOTO
- Portuqaliyada İslam mərkəzinə hücum - Ölən və yaralananlar var
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü