Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır
17-07-2020, 18:17
255

Qurban bayramında pandemiya dövrünün tələblərinə əməl olunmalıdır

Qida Təhlükəsizliyi Agentliyi pandemiya dövründə Qurban bayramının necə qeyd edilməsi ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilir:

"Müqəddəs Qurban bayramı günlərində insanların öz xeyirxah əməllərini təhlükəsiz və insan sağlamlığına zərər vurmayan şəraitdə yerinə yetirmələri mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi təxirə salınmış, yaxud ciddi məhdudiyyətlər tətbiq olunan şəraitdə həyata keçirilməkdədir.
Qurbanlıq heyvan kəsimi və satışını kütləvi şəkildə toplaşaraq həyata keçirdiyi əvvəlki illərdən fərqli olaraq bu il pandemiya şəraiti nəzərə alınmaqla kütləviliyin və insanların sıx toplaşmasının qarşısını almaq məqsədilə vətəndaşlar Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvan ətinin (heyvan cəmdəyinin) sifariş olunması üçün yaxınlıqda yerləşən satış məntəqələrinə - iri market və satış şəbəkələrinə əvvəlcədən müraciət edə, baytarlıq nəzarətindən keçmiş sağlam qurbanlıq heyvan ətlərini əldə edə bilərlər. Hazırda AQTA mütəxəssisləri tərəfindən Respublika üzrə Qurban bayramı günlərində qurbanlıq heyvan ətlərinin mövcud tələblər çərçivəsində vətəndaşlara çatdırılması imkanlarına malik olan satış şəbəkələri ilə işlər aparılır, onların siyahısı tərtib olunur. Yaxın günlərdə həmin satış məntəqələrinin adları və ünvanları ictimaiyyətin diqqətinə çatdırılacaqdır.
Unutmaq olmaz ki, mənəvi saflığı və təmizliyi özündə ehtiva edən bu müqəddəs bayramda əsas vəzifələrimizdən biri də insanların təhlükəsizliyi və sağlamlığına xidmət edən qaydalara əməl etməkdir.

Oxşar xəbərlər

Yenə yararsız at satışı - Qarşısı alındı
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunacaq
Məhərrəmlikdə dini ayinlər necə yerinə yetiriləcək? - Hacı Şahindən açıqlama
Üç tanınmış inanclıdan Məhərrəmlik çağırışı: “Özünüzü təhlükəyə atmayın!!!”
Dövlət agentliyindən broyler sahiblərinə XƏBƏRDARLIQ
Ət ucuzlaşdı
Elçin Babayevlə yayılan məlumatlar həqiqəti əks etdirmir:BDU-dan AÇIQLAMA
Moskva “Spartak”ından Qurban Qurbanova təklif?
Kafe-restoranlarda işçilər və müştərilərin əməl etməli olduğu qaydalar
İnsanların bu il Aşura gününü evlərində keçirməyi məqsədəuyğundur - İlahiyyatçı
Bərdədən Bakıya yararsız ət gətirmək istədi
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
Gürcüstanda kütləvi mərasimlər qadağan olundu
Restoran sahiblərinə xəbərdarlıq edilib
Azərbaycanda məscidlər bu şərtlə açılsın - AÇIQLAMA
“Leş Tofiq”in müəssisənin məhsullarına AQTA “sertifikat” verib? - RƏSMİ
Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA
Rafael Ağayevə yeni vəzifə verildi
Balakəndə kişi 30 nəfəri aldadaraq, pullarını ələ keçirdi
Koronavirusla bağlı peyvənd bu tarixdən kütləvi tətbiq olunacaq
Dərslərə az qaldı, amma internetin sürəti hələ "sürünür" - AKTUAL
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
Azərbaycan koronavirus peyvəndini hansı ölkədən alacaq? - TƏBİB-dən açıqlama
"Bakcell" adı hallanan toyla bağlı MƏLUMAT YAYDI
"Yas mərasimləri ümumiyyətlə ləğv olunsa yaxşıdır" - Deputat
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
“1 manatlıq” dönərxanlar bazardan çıxarılır - RƏSMİ
DİN Məhərrəm ayı və Aşura günü ilə bağlı vətəndaşlara müraciət etdi
Yol çəkən, yoxsa yol kəsən Qurban Əliyev ?