Abşeron Rayon Təhsil Şöbə müdiri vəzifəsinə hələki rəsmi təyinat olmayıb.

Bizim.Media.az xəbər verir ki, sözügedən vəzifəyə Abşeron Rayon icra başçısı İradə Gülməmmədovanın qudası, Xırdalan şəhər 2 nömrəli məktəbin direktoru Ədalət Camal qızı Camalova gətiriləcək. Artıq yerləşdirmə ilə bağlı hazırlıq işlərinin getdiyi iddia olunur.

Direktor hazırki icra başçısı ilə illərin rəfiqəsi və qudasıdır. Onlar Balakəndə tanış olublar. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya ixtisası üzrə ali təhsil alan İradə Gülməmmədova Balakənə təyinat alanda Ədalət Camalovanıın evində qalıb. Yaxınlıqları da o vaxtdan davam edib və quda olublar.