Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində rüşvət belə alınır-VİDEO
10-06-2021, 15:05
57

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində rüşvət belə alınır-VİDEO

Yenixeber.org: Redaksiyamıza M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ilə bağlı ("Eksperimantalnı" xəstəxana kimi tanınır.) ilginc məlumat daxil olub. Videoçəkilişin də əlavə olunduğu məlumatlarda bu səhiyyə müəssisəsində xəstələrin "soyulmasından”, müayinə və müalicələrin yazılmamış qiymətlərindən bəhs olunur...
Redaksiyamıza daxil olmuş videogörüntüdə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin əsas binasının birinci mərtəbəsində, 14№-li kabinetdə- kompyuter tomoqrafiyada rüşvətin alınması görüntülənib. Hadisə bu ayın 2-də saat 1200 radələrində baş verir. Həkim Gülnaz xanım (Gülya kimi tanınır.) xəstələrdən 130, 260 manat kimi müxtəlif "ödənişlər” alır. Ən dəhşətlisi də odur ki, "ödənişdə” güzəşt olunmur-deyilən məbləğ qeyd-şərtsiz verilməlidir. Etiraz edən də isə bütün dərman və preparatların özləri tərəfindən-şəxsi vəsaitləri ilə alındığını bildirir(?)
Biz yenixeber.org olaraq bu məlumatlarla bağlı həm şöbə müdirini, həm də M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin rəhbərliyini məlumatlandırıb, mövqelərini öyrənməyə cəhd etdik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu. Səlahiyyət sahibləri heç nə baş verməyibmiş kimi susqunluq nümayiş etdirdilər. Həkimlərə qarşı hansısa cəza tədbiri haqqında da məlumat eşitmədik(?)
Belə məlum olur ki, nə bu həkim kontingentinin, nə də Mərkəz rəhbərliyinin son aylar həmkarları ilə bağlı hüquq-mühafizə orqanlarının atdıqları addımlardan ya xəbərləri yoxdur, ya da bilmək istəmirlər. Öz qanunlarından başqa qanun tanımaq yaddır bunlar üçün...
Olayla bağlı TƏBİB-dən də açıqlama ala bilmədik.
                                    ***
Azərbaycan siyasi rəhbərliyinin səhiyyə siyasəti göz önündədir- dövət ölkə insanı üçün səhiyyə xidmətini günbəgün təkmilləşdirir, dövlət milyonlar xərcləyir, bu sahədə hər gün bir yeniliyə imza atılır. Təəssüf ki, hələ də bəzi həkim və səlahiyyət sahibləri dövlətin bu nəcib siyasətinə kölgə salmaqda davam edirlər.
İctimai nəzarətin aktuallığını yaxın günlərdə cənab prezident də vurğulamışdır... Bu istiqamətdə hər bir vətəndaşın fəallığı vacibdir və davamlı olmalıdır. Bəhs etdiyimiz kimi eybəcərliklərin həlli yolu həm də ictimai nəzarətdən keçir.(Mövzu diqqətimizdədir)   
 

Oxşar xəbərlər

M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində özbaşınalıq – Kimsəsiz xəstəni müalicə etmirlər
Bakıda xəstəxanada yanğın (VİDEO)
Azərbaycanda yüksək vəzifəyə təyinat - FOTO
Azərbaycan diasporunun rəhbəri koronavirusdan vəfat edib - Foto
Həbs edilən 40 yaşlı direktorun DOSYESİ
Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni direktor təyin olunub - Foto
“Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
“Eksperimental xəstəxana”, yoxsa "KOLXOZ BAZARI"... - NARAZILIQ!
TƏBİB-dən Cərrahiyyə Klinikasındakı qazilərlə bağlı - Açıqlama
Tanımış həkim koronavirusdan vəfat etdi
“Sobsan” boya   alıcıları aldadır-  Bir vedrə 10 kq boya realda 6 kq olur
Ramiz Mehdiyevin dissertasiya işi yararsız olduğundan... - İTTİHAM
Professora TƏBİB-də vəzifə verildi - Foto
Prezident və xanımı yeni xəstəxananın açılışında
Masallı icra hakimiyyəti 55 gündür komada olan Qazimizlə maraqlanmır... - “Maddi imkanımız yetmir...”
“Vest LTD” QSC-nin imkanı və iddiası - İTTİHAM
Pulu olmayan xəstədən quzu istəyən baş həkim
Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru da koronavirusdan öldü
Gəncədə Abbas Səhhət adına  xəstəxanada  rüşvət piramidası- Koronavirus  həkimlər üçün əsl  qazanc mənbəyidir.
Elmi Tədqiqat Pedriatriya İnstitutu əməkdaşlarının dələduzluq “pramida”sı - Kim nə qədər qazanır...
Əli Həsənovun “elmi-helmi” rüşvət kəşfi - İTTİHAM
Akademik Zərifə Əliyevanın anım günüdür
Travmotologiya İnstitutunda Canbaxışovun “canfəşanlığı”nın sirri: həkim səhvindən ayağı axsaq qalan gənc nələr danışdı? -TƏBİB-in rəhbəri Ramin Bayramlının diqqətinə!
Nazirin nəzərinə: Ərazi Maliyyə Hesablaşma Mərkəzində dövlətin pulu belə hesablanır
1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində dövlətin pulu belə hesablanır - Emin Əmrullayevin nəzərinə
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
Akademik Zərifə Əliyevanın doğum günüdür
AzTU-nun professoru vəfat edib
‘Xəstə pul vermirsə ona baxmırlar’ - NARAZILIQ!
Virusun çoxalmasının qarşısını alacaq burun spreyinin adı açıqlandı