Dövlət qulluğuna qəbulda yenilik olunacaq
10-06-2021, 22:48
36

Dövlət qulluğuna qəbulda yenilik olunacaq

Dövlət İmtahan Mərkəzi, Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birgə SIGMA proqramı çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın 5.4. bəndinə uyğun olaraq “Dövlət qulluğunda səriştə modelinin tətbiqi”nin həyata keçirilməsinə dəstək məqsədilə “Səriştə modelinin təsdiqlənməsi” üzrə pilot layihənin icrasına başlanıb.
DİM-dən verilən məlumata görə, təsdiq edilən model dövlət qulluğuna qəbul və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı əsas meyar kimi tətbiq ediləcək. Layihə çərçivəsində dövlət qulluğu vəzifəsi iddiasında olan namizədlərin zəruri səriştələrinin qiymətləndirilməsi üçün test, praktiki tapşırıq, müsahibə və digər qiymətləndirmə alətlərindən istifadə ediləcək.
DİM tərəfindən “Yüksəliş” müsabiqəsinin müxtəlif qiymətləndirmə alətlərinin uğurlu təşkilinə əsaslanaraq, A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə cari ilin iyul ayından etibarən keçiriləcək test imtahanlarında namizədlərin məntiqi təfəkkürünün, qanunvericilik, Azərbaycan dili və informasiya texnologiyaları üzrə biliklərinin yoxlanılması ilə yanaşı, rəhbər vəzifəli şəxslər üçün zəruri hesab edilən idarəçilik səriştəsinin, sosial-praktiki intellektin və analitik təhlil bacarıqlarının yoxlanılması nəzərdə tutulur.
Yuxarıda qeyd olunan səriştələri yoxlayan situasiya əsaslı tapşırıqlar qapalı tipli test tapşırıqları şəklində təqdim olunacaq. İmtahan modelinə AA vəzifə qrupu üzrə idarəçilik səriştəsini, sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını, AB və AC vəzifə qrupları üzrə sosial-praktiki intellekti və analitik təhlil bacarıqlarını yoxlayan tapşırıqlar daxil ediləcək.

Oxşar xəbərlər

DİM imtahan keçirəcək
Qəbul və buraxılış imtahanlarının keçirilmə tarixləri açıqlandı
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Baş nazir qərar imzaladı
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib
Buraxılış imtahanlarının vaxtı açıqlandı
Buraxılış imtahanlarının nəticəsi nə vaxt elan olunacaq?
Direktor olmaq istəyənlərin nəzərinə!
İlham Əliyev sərəncam imzaladı
Prezident yeni fərman İMZALADI
Prezident sərəncam imzaladı
Birinci vitse-prezident Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
Rezidenturaya sənəd qəbulu bu gün başa çatır
Qarabağa böyük qayıdış üzrə İşçi Qrup yaradılıb - SİYAHI
Azərbaycanda kredit götürmək daha ƏLÇATAN OLACAQ
İyunun 1-11-də məktəblərdə növbəti milli qiymətləndirmə olacaq
Direktor olmaq istəyənlərin nəzərinə: Müsabiqəyə start verilir
Vasif Talıbov yeni qurum yaratdı
Direktor olmaq istəyənlər üçün sənəd qəbulunun vaxtı açıqlanıb
Baş nazirdən dövlət hesabına maliyyələşdirilən obyektlərlə bağlı QƏRAR
Gələn həftədən Azərbaycanda “Vaxzevria” peyvəndi də vurulacaq
Əli Əhmədov təcili iclas keçirdi
Hansı tələbələr dövlət imtahanından azad olunacaq? - RƏSMİ
Maliyyə Nazirliyindən dövlət şirkətlərinə xəbərdarlıq
Gömrük əməkdaşları üçün seminar keçirilir
Bu şəxslər təhsil haqqından xilas olacaq
Putin məmur təyinatında yaş həddini ləğv edir
Vüsal Hüseynov necə general-mayor oldu? - ŞÜBHƏ...