“Azərxalça” ASC-də yeni təyinat - FOTO
10-06-2021, 18:38
36

“Azərxalça” ASC-də yeni təyinat - FOTO

“Azərxalça” ASC-də yeni kadr təyinatı olub.
Əlisəfa Nuriyev qurumun istehsalat üzrə direktor vəzifəsinə təyinat alıb.
O, artıq vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
Xatırladaq ki, Əlisəfa Nuriyev 1984-cu ildə Novosibirsk Elektrotexniki Rabitə İnstitutunun iqtisadiyyat fakültəsini bitirib və təyinatla uzun müddət Azərbaycan SSR Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 
1990-cı ildə Azərbaycan SSR Plan Komitəsinin Nəqliyyat və Rabitə şöbəsinə rabitə üzrə baş mütəxəssis kimi dəvət olunub. Daha sonra həmin qurumda Makroiqtisadi balanslar şöbəsinin rəhbəri və idarə rəisinin müavini kimi çalışıb.
1995-ci ildə Xalq rəssamı, professor Kamil Əliyevin dəvəti ilə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat birliyində iqtisadiyyat və istehsalat şöbəsində çalışdıqdan sonra baş direktorun müavini vəzifəsini icra etməyə başlayıb. 
1995-2005-ci illər ərzində “Azərxalça” Elmi Yaradıcılıq və İstehsalat Birliyində direktorun birinci müavini vəzifəsində çalışıb.
2005-2016-ci illər ərzində “Azərxalça” ASC elan olunanadək müəssisənin direktoru vəzifəsini icra edib.
Əlisəfa Nuriyev 2004-cü ildə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun hazırlanması və Parlamentdə qəbul olunması prosesində iştirak edib.
Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”ı onun bilavasitə iştirakı ilə hazırlanıb.
“Azərxalça”  Elmi Yaradıcılıq və İstehsalat Birliyinin ləğv olunmasından müəyyən müddət sonra Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının müdiri kimi çalışıb.
Bundan sonra Əlisəfa Nuriyev “Azərxalça” ASC-də İstehsalat üzrə direktor olaraq çalışacaq.
Faktı Oxu.Az-a “Azərxalça” ASC-dən təsdiq ediblər.


Oxşar xəbərlər

Nazir özünə yeni müşavir təyin etdi - FOTO
KİVDF-nin yeni rəhbəri kimdir? - Dosye
Həbs olunan "Azərxalça" ASC-nin sədri Vidadi Muradov kimdir? - DOSYE
Samir Şərifov araşdırma başlatdı: “Azərxalça” təftiş edilir
Həbs edilən icra başçısı Vidadi Zeynalovun qohumudur
İnstitut direktoru VƏFAT ETDİ
Azərbaycanda hakim vəfat etdi - FOTO
İcra başçısından yeni təyinat
Yeni nazirdən TƏYİNAT
“Azərpoçt” yeni rəhbər GƏTİRİLDİ
Mikayıl Cabbarovdan yeni təyinat
Ramiz Mehdiyevdən yeni TƏYİNAT
Həbs olunan “Azərxalça” sədrinin yerinə müvəqqəti TƏYİNAT
“ASAN xidmət”in mərkəz direktoru yeni vəzifəyə təyin edildi
Baş direktorun müavini koronavirusdan vəfat etdi
Vilayət Eyvazov bu rayona rəis müavini TƏYİN ETDİ
Vidadi Muradovun müavini istintaqa çağırıldı
"Azərpoçt"da yeni təyinat - FOTO
Rəşad Nəbiyevdən yeni TƏYİNATLAR
Tural Müseyibovun yerinə YENİ TƏYİNAT
Prezident Əhməd İsmayılovu yeni vəzifəyə təyin etdi - SƏRƏNCAM
Energetika Nazirliyinə yeni mətbuat katibi təyin olundu
Mədəniyyət Nazirliyində yeni TƏYİNAT
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
İcra başçısı 1-ci müavin və müavin təyin etdi
Prezident nazir və nazir müavinlərinə yeni vəzifə verdi - SƏRƏNCAM
İcra başçısı həbs olunan rayonda YENİ TƏYİNAT
Binəqədinin icra başçısına yeni müavin təyin edildi
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ramiz Mehdiyev keçmiş nazirə yeni vəzifə verdi