199 minlik «direktor əməliyyatı» - İDDİA
20-07-2020, 19:36
504

199 minlik «direktor əməliyyatı» - İDDİA

Adı mətbuata yaxından tanış olan, təhsillə yaxından-uzaqdan bağlılığı olan şəxslərin yaxşı tanıdığı Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbin direktoru Esmira Ağayeva haqqında olduqca ilginc məlumatlar almışıq. Rubrika.Az-a verilən məlumatlarda özünü Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəfiqəsi (əslində qohumu) adlandıran məktəb direktorunun yeni planları öz əksini tapır.

Öncə xatırladaq ki, E.Ağayeva haqqında media üzərindən qısa araşdırma apararkən onun haqqında xeyli rüşvət,korrupsiya iddiaları ilə rastlaşdıq. Elə Rubrika.Az-a da daxil olan məlumatlarda da bu barədə bəhs olunur. Bildirilir ki, məktəb direktoru müxtəlif adlar altında müəllimlərdən qanunsuz pul toplayır, bayramlarda, əlamətdar günlərdə xüsusi “bayrampayı” alınır.

Ümumiyyətlə E.Ağayevanın məktəbdə despotik idarəetmə üsulu formalaşdırdığı qeyd edilir. Hətta laborantlara, digər texniki işçilərə müəllimlərin səs yazısını yazmağa məcbur edildiyi də bildirilir.

Məktəbdə olduğu müddət ərzində ancaq kameralar vasitəsilə müəllimləri izləyən direktor onların hər addımından “pul çıxardır”. Hətta müəllimlərə məktəbdə baş verənlərin başqa yerlərdə danışılmayacağı barədə qeyri-rəsmi kağıza imza atdırıldığı da bildirilir. Etiraz edənlər isə incidilirlər. E.Ağayevanın rəhbərlik etdiyi məktəbə 49 min manat rüşvət verərək direktor təyin olunduğunu söyləməsi barədə yəqin ki, bilməyən yoxdur. Özü də buranı özü üçün tramplin hesab edən direktor rəhbərlik etdiyi məktəbi öz “səviyyəsinə” yaraşdırmır. Çünki, dəfələrlə müxtəlif səviyyəli tədbirlərdə səsləndirib ki, buranın kontingenti mənim səviyyəmdə deyil və bilsəydim bir ətək pul sayıb bura gəlməzdim. Həmçinin E.Ağayevanın burada pul toplayıb daha yüksək vəzifəyə getməyə hazırlaşdığı barədə də dəfələrlə məlumat verilib.

Qeyd etdiyimiz kimi E.Ağayeva özünü Məhəbbət Vəliyevanın ən yaxın rəfiqəsi kmi təqdim edir. Aldığımız məlumata görə, onlar rəfiqə olmaqdan əlavə eyni zamanda qohumdurlar. Məhz bu qohumluq əlaqələrindən istifadə edən direktor rəhbərlik etdiyi məktəbdə baş verən bir çox olayları-hətta cinayət tərkibli hadisələri gizlədə bilib.

Belə ki, ötən ilin aprelində məktəbdə baş verən bıçaqlanma hadisəsi məhz nazir müavininin müdaxiləsi nəticəsində ört-basdır edilib. Yəqin ki, hüquq-mühafizə orqanları bu barədə daha dərindən araşdırma aparsalar çox mətləblər üzə çıxa bilər.

İndi isə öz yaxın rəfiqəsinin köməkliyi ilə daha prestijli məktəbə direktor gəlməyi hədəfləyən E.Ağayeva paytaxtın 20 saylı məktəbini gözaltı edib. Ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə direktor olmaq üçün E.Ağayevanın qohumuna 150 min manat verdiyi də daxil olan məlumatlar sırasındadır. 49 min manata 214 saylı məktəbi E.Ağayevanın nə vəziyyətə saldığı iddia edilirsə 150 min manta 20 saylı məktəbi hansı günə salacağını düşünəndə adam dəhşətə gəlir.

Baş verənlər Azərbaycan təhsili adına bir utanc hesab olunmalıdır. Qohumların, rəfiqələrin əlbir olub məhv etdiyi təhsil sistemi ağır durumdadır. Üzümüzü təhsilimizin böyük himayədarı Mehriban xanıma tuturuq: Uzun illərdir ki, bilavasitə sizin himayədarlığınız, xüsusi səylərinizlə təhsil sahəsində ciddi islahatlar aparılır. Amma gördüyünüz kimi bir qrup şəxs sizin gördüyünüz işlərə kölgə salmağa, öz şəxsi maraqlarını gerçəkləşdirməyə çalışır. E.Ağayevanın 214 saylı məktəbdə təhsilin keyfiyyətinə, tədrisin vəziyyətinə vurduğu zərbələr yəqin ki,uzun zaman sağalmayacaq. Belə bir şəxsin Məhəbbət Vəliyevanın himayədarlığı ilə paytaxtın ən nüfuzlu bir təhsil ocağına direktor təyin edilməsinə çalışmaq təhsilimizə ikiqat zərbədir. Belə bir hal reallaşarsa bunun fəsadları daha ağır olacaq və onu aradan qaldırmaq mümkünsüzdür. İnanırıq ki, belə bir təhlükənin reallaşmasına yol verilməyəcək, 20 saylı məktəb bu bəladan xilas olacaq!

Oxşar xəbərlər

Gəncə təhsilində nələr baş verir? - İDDİA
Məktəb direktorundan qanunsuzluq: məktəbin təmirini müəllimlərə etdirir — Səs yazısı
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Bakıda 18 məktəb direktoru işdən çıxarılıb
Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
Deputat Elnur Allahverdiyevin siyasətdə QARANLIQ KEÇMİŞİ və ŞÜBHƏLİ “KONTAKTLARI”...
"Şagirdləriylə qumar oynayır, araq aldırır, ..." - Valideynlərdən direktora qarşı AĞIR İTTİHAMLAR
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
Afaq Bəşırqızı qəzəbləndi: "Əgər gəlinim savadsız olsaydı...."
Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir
Qarayevin gedişi Cəfərovu təşvişə salıb - İDDİA
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Xaçmazda məktəb sahəsi 380 manata satılıb?
İlham Əliyev Bakıda məktəb açılışında iştirak edib - Foto
Cəlilabad rayonunda məktəb direktorları vakansiyasını niyə gizlədir?
Ağgöl Milli Parkında yanğın müəmması-ETSN-nə yalan məlumat verilir?-NONSES
Cəfər Cəfərovun Prezidentə «ŞÜBHƏLİ SƏDAQƏTİ» -
Afaq Bəşirqızının oğlu direktor xanımından ayrılır
Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində özbaşınalıqlar  davam edir....
Məktəbi müəllimlərə təmir etdirən direktorla bağlı ARAŞDIRMA BAŞLADI
Arvadının universitet müəllimləri ilə intim əlaqəsindən şübhələndi — Bakıda şok olay
4000-dən çox şagird sinifdə qaldı
Abşeronda müəllimlər günü qeyd edilib
“Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" - Məktəb direktoru
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı
Daha bir vəzifəli şəxsin işi məhkəməyə göndərildi
AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək