Milli mətbuatın yaranmasından 145 il ötür
22-07-2020, 14:14
160

Milli mətbuatın yaranmasından 145 il ötür

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür.

"GÜNDƏLİK BAKI" xəbər verir ki, 1875-ci ilin iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu, cəmi 56 nömrəsi çıxan qəzet millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
1980-ci illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb. Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub.
Bu gün müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir.
Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı "GÜNDƏLİK BAKI" qəzeti və Gundelik-baku.com saytının kollektivi adından təbrik edir, fəaliyyətlərində uğurlar diləyirik.

Oxşar xəbərlər

Prezident mətbuat günü ilə bağlı sərəncam imzaladı
Partiyaların hesabat vermələri üçün nəzərdə tutulan müddət başa çatır
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi
Deputat: ""Əsrin müqaviləsi" müstəqil Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin əsasını qoydu"
Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı
Mehriban Əliyeva jurnalistləri təbrik etdi
İlham Əliyev iki həmkarına təbrik məktubu göndərdi
Yeni Baş nazirdən ilk açıqlama
“Bəzi marginal qüvvələr hələ də destruktiv və məkrli siyasi xətlərini davam etdirməkdədir”
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur
Prezidentdən neftin ucuzlaşması ilə bağlı AÇIQLAMA
Azərbaycan MEDİA-sının qənimi Anar  Əlizadə-''SOCAR''ın pulları necə yoxa çıxır?
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər
Vüqar Səfərli işdən çıxarıldı (SƏRƏNCAM)
İlham Əliyev Moldova Prezidentini təbrik etdi
Həsən Seyidbəylinin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam
“AXC-Müsavatın yaratdığı anarxiya Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı”
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
Sahibə Qafarova yüksək bal toplayan abituriyentlərlə görüşdü - Foto
Əli Həsənov: "Ən şərəfli peşə sahibi-müəllim!"
İsmayıllıda müstəqilliyimizin bərpasının 28-ci ildönümü qeyd edildi
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Ramil Usubov Azərbaycanda təhlükəsizliklə bağlı durumu açıqladı
QƏTƏRDƏ HƏRBİ QİYAM – Hərbçilər arasında döyüşlər gedir
Deputat: "Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır"
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Hikmət Babaoğlu: "Azərbaycan mediası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları dəstəkləyir"
Yeddi ay ərzində ölkədə araq və siqaret istehsalı artıb
Abşeronda müəllimlər günü qeyd edilib