''Veysəloğlu''-nun Spar marketi müştəriləri belə aldadır-FOTOFAKT
23-07-2020, 04:15
1 321

''Veysəloğlu''-nun Spar marketi müştəriləri belə aldadır-FOTOFAKT

Ölkəmiz üçün çətin bir dövrdə-Pandemiyanın baş qaldırıb geniş vüsət aldığı,Cəbhədə vəziyyətin ağır olduğu dönəmdə Veysəloğlu Şirkətlər qrupunun sahib olduğu Spar marketlər şəbəkəsi vətəndaşların sözün əsl mənasında canını boğazına yığıb.Belə ki mağazaya girirsən nə vecinə alan məsul şəxs var nə də saya salan satıcısı………

Gündəlik Bakı bildirir ki,23.07.2020 saat 00 radələrində Səməd Vurğun küçəsində,Ağır Cinayətlər Məhkəməsi ilə üzbəüz yerləşən Spar marketə daxil olan müştəri,Azərbaycan vətəndaşı  marketə daxil olarkən maraqlı mənzərə ilə qarşılaşır.Mağazada qanun-qaydaya görə məsul şəxslər vətəndaşların mağazaya daxil olarkən mütləq şəkildə maska taxılmasına diqqət göstərməlidir.Amma bu Spar marketdə elə bilki belə qanun qayda yoxdur.Hələ bütün bunlar azmış kimi satıcıların müəllim deyə müraciət etdiyi administrator maskasını çənəsinin altına salaraq öz bahalı mobil telefonu ilə məşğul olaraq öz kefindədir.Marketə daxil olarkən dezinfeksiya məqsədilə nəzərdə tutulmuş spirt məhlulunu tapmaq,istifadə etmək müşkül məsələdir.

İndi isə gələk əsas məsələyə. Mağazaya girərkən marketdə   ‘‘fəaliyyət’’ göstərən tək adam həm satıcı,həm də kassir kimi ‘’fəaliyyət’’ göstərən heç işindən xəbəri olmayan arıq,bəstəboy bir oğlan uşağı bəzi malların endirimdə olduğunu təklif edir.30 manatlıq bazarlıq etdiyin təqdirdə həmin endirimlərdən yararlanacağını müştəriyə söyləyir.Müştəri də bəh-bəhlə bazarlığını etməyə başlayır.Kassaya yaxınlaşanda birinci fırıldaqçılıq ‘’metodu’’ işə düşür.Həmin o təklifi müştəriyə söyləyən oğlan həmin o endirimdə olan malların 30 manatlıq mal aldıqdan sonra işə yaradığını söyləyir.Müştəri korpeşman 30 manatlıq limiti tamamlamağa çalışır.Həmin o 30 manatlıq alış-veriş olandan sonra ikinci fırıldaqçılıq metodu işə düşür.Həmin o endirimli mallar kassaya vurulanda müştəri maraqlı bir mənzərə ilə üzləşir.Həmin o endirimdə olan mallar müştəriyə köhnə qiyməti ilə standart bahalı qiyməti ilə müştəriyə sırınır.Müştəri bu hoqqabazlığı anladığı təqdirdə sistemdə yanlışlığın olduğunu hətta kampaniyanın bitdiyini söyləyir.Spar market camaatı ələ salır? Bu fırıldaq əməlləri törətməyi Veysəloğlu Şirkətlər qrupunun məsul şəxsləri tapşırıb? Spar Marketin  bu fırıldaq əməlini başa düşən vətəndaş haqqını tələb edir,başa düşməyən vətəndaşa da mallar sırınır.

Heç bir həftə keçməyib ki, döyüşlərin qızğın olduğu vaxtda,Vətən uğrunda şəhidlərimizin canlarından keçdiyi bir vaxtda Oba marketdə təmtəraqlı açılışın keçirilməsi,pandemiya qaydalarının kobud şəkildə pozulması  sosial şəbəkələrdə qınaq obyektinə çevrilmişdi.Və biz də  şəhidlərimizə edilən hörmətsizliyə göz yummayaraq öz saytımızda dərc etmişdik.

Maraqlıdır ki, Veysəloğlu Şirkətlər Qrupu  və onun tabeçiliyində olan marketlər bu qanunsuz əməlləri törədəndə hansı yüksək çinli məmura arxayın olurlar? Heç Bravo marketlər şəbəkəsindəki nizam-intizama baxıb örnək götürüllərmi?

Ümid edirik məsələyə xüsusi diqqət göstəriləcək,əgər xalqı düşünərək diqqət yetirən olacaqsa……

Mövzu diqqətimizdədir.


Oxşar xəbərlər

Mingəçevirdə mağazadan oğurluq edən şəxs saxlanılıb
“OBA” market müştəriləri aldadır? – ŞİKAYƏT (FOTOFAKT)
"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"
"Azercell"in Müştəri və Səyyar Müştəri xidmətləri işini fasiləsiz davam etdirir
Gədəbəydə soyğunçuluq edən şəxslər saxlanılıb - FOTO
“Molotov kokteyli” ilə araq oğurlamağa gəldi, yanmaqdan son anda qurtuldu
Nazirlər parlamentə toplaşacaq
Kömək istəyənlər üçün “səs gələn tərəf” - FOTOREPORTAJ
İşçisindən Mikayıl Cabbarova şikayət - "Rauf Qarayev buranı öz əmlakına çevirərək..."
Bakı qeydiyyatında olan şəxslər rayondan necə gələ biləcək? - AÇIQLAMA
Rahat Market-dən şikayət var:"Aldığım kəsmik sabun dadı verir və xamanı da yedikdən sonra özümü pis hiss edirəm"
Bələdiyyə sədrinə cinayət işi açıldı
Sabiq başçı ölkə xaricinə də böyük pullar çıxara bilib - Geri gətiriləcəkmi?
“Sizi narahat edən sovet poeziyasının marşalıdır”
Sabiq məktəb direktorunun işi məhkəməyə GÖNDƏRİLDİ
“Pulunu ver, itil cəhənnəmə” – “Kontakt Home”dan yağış kimi ŞİKAYƏTLƏR – FOTO
2 nəfər yüksək hərarətə görə imtahan buraxılmadı
Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video
Ekspert: "Karantinin daha 15 gün və ya 1 ay uzadılması..."
“Azərbaycan üçün Aİ maraqlı deyil və mən bunu başa düşürəm”
“Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
“Kontakt Home” müştəriləri necə aldadır?
Azərbaycanda daha bir həkim koronavirusdan sağaldı
Ermənilərin məhsulunu Bakıya gətirən və satan şəbəkə
Sərdar Cəlaloğlunu həbsdə olarkən kim zəhərləyib?
"Araz" marketdə millətə bu məhsulu təqdim edirlər... - "Nəzarət etsinlər artiq!"
Pandemiya dövründə işdən çıxarmalar və az yazılan maaşlara görə cinayət işi açıla bilər
Prezident: “İşçilərin ixtisarına yol verilməməlidir”
“Ödəniş etməyənin mağazasına özüm gələcəm“
Gürcüstanda sürücülərin bu hərəkəti cəriməyə səbəb olacaq - Yeni QANUN