“Hacıbala Abutalıbovu niyə həbs etmirlər?!” – Xalq artistindən şok ittihamlar
14-06-2021, 14:45
99

“Hacıbala Abutalıbovu niyə həbs etmirlər?!” – Xalq artistindən şok ittihamlar

“Mən boyda Xalq artisti “Karlson” kimi damda yaşayıram. O vaxt Bakının sabiq meri Hacıbala Abutalıbov məni evimi, uçurdu, pis günə qoydu və mənə bu damı verdilər. Hazırda mansartda, balkonsuz bir yerdə yaşayıram”.
Bu sözləri Yenisabah.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Sənətçi Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun özbaşınalığı ucbatından öz evindən məhrum olaraq, hazırda damda yaşadığını bildirib:
“O gün jurnalistlərdən biri dedi ki, “Əbdül müəllim, Hacıbala Abutalıbovun villalarını tapmışıq, adresi verək, get aç qapını, gir içəri”. Mən ədəbsiz, tərbiyəsiz, əxlaqsız  adam olsam, onlar kimi həyasız, vicdansız, mənəviyyatsız olsam, gedib qapını açıb, içəridə oturaram. Bu, mənim halal haqqımdır, mənim bu ölkə üçün saysız xidmətim və buna görə yaşamaq haqqım var. Küçədə qalan, dəli, başdanxarabın birinə görə mən hazırda bu vəziyyətdə yaşayıram. 
Hacıbala Abutalıbov niyə yoxlanılmır?! Dəfələrlə müraciət etmişəm, bu adam illərdir dövlət qanunlarını icra etmir! Heç kəs səsini çıxarmır. Niyə həbs edilmir? Niyə haqqında istintaq aparılmır?!  Yalandan müavinlərini həbs edirlər. Onların nə günahı var? Bu məmurlar hamısı əlbirdirlər, bir-birlərinə arxa-dayaqdırlar, bir yerdə çapıb-talayırlar. Bir-iki hərif adam tapırlar, onu qabağa verib, həbs etdirirlər, bütün günahı onun çiyninə yükləyirlər. 3-4 il sonra da cinayət işi bağlanır, həmin məmurlar da pullarını yeyib, kef edirlər”.
Kinorejissor qeyd edib ki, dövlət başçısının gördüyü saysız uğurlu işlərin fonunda bəzi məmurların və dövlət qurumlarının yol verdiyi ciddi nöqsanlar vətəndaşlarda narazılıq yaradır və görülən işlərin də üzərində kölgə salır:
“Ağzımı açıb etiraz edəndə də deyirlər ki, “Şeyx yenə başladı”. Nəyə görə susmalıyam?! Prezident öz dili ilə xalqa müraciət edir ki, mənə kömək edin, məlumat verin. Bu sözü Prezident deyir, amma xırda məmurların qəbuluna düşmək mümkün deyil. Hansı nazir son vaxtlar bir vətəndaşla görüşüb, dərdini dinləyib? Onlar özlərinə sığışdırıb heç öz əməkdaşları ilə nahar belə etmirlər. Bunlar kimdir axı? Haranın tulasıdılar ki, onlara bu boyda imtiyaz verilib? Nəticəsi də görünür, hamısının qapısı vətəndaşların üzünə bağlıdır. Niyə xalqdan qaçıb, gizlənirlər? Hardan çıxdılar, gülməşəkər oldular ki, dörd mühafizəçi ilə gəzirlər? Vəzifəyə gəlmək üçün dəridən-qabıqdan çıxırlar. Axı vəzifə məsuliyyətdir, bunu anlamırlar”.

Oxşar xəbərlər

Hacıbala Abutalıbov işdən çıxarılandan sonra Fəxri Xiyabana getmir
Hacıbala Abutalıbova ağır itki üz verdi
“Mənim həbs olunmağını istəyənlər...” – Abutalıbov danışdı
Hacıbala Abutalıbov həbs oluna bilər - İDDİA
Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi: - Otel, restoran, qızıl mağazaları...
Xalq artisti: “Hacıbala Abutalıbova dedim ki, yanına türməyə gələcəm...”
Hacıbala Abutalıbov Bakıdan köçüb - Kənddə yaşayır
Hacıbala Abutalıbovun "sağ əli" HƏBS EDİLDİ
“Mənzil baronu” Abutalıbov “kəfəni yırtdımı?” - Bakının sabiq meri milyardlarını gizlədir
Hacıbala Abutalıbovun narahatlığının “quyruğu göründü”...
Azərbaycanda Xalq artisti koronavirusa yoluxdu
Zülfəli İsmayılovun şəriki Rasim Quliyev həbs olundu-Növbə Zülfəli İsmayılovdadır....
Hacıbala Abutalıbov həbs oluna bilər
“Hacıbala Abutalıbov Rusiyada doğulub, adı da “Kolya”dır”
Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
Azərbaycanlı yazıçı vəfat etdi
ABUTALIBOVUN DA “QAPISI DÖYÜLÜR”? – Danışması və xidmətlərini xatırlatması təsadüfidirmi?
Abutalıbovun bu qərarı onu həbsə apara bilər - TƏFƏRRÜAT
“İt günündə dolanıram“ - Xalq artisti
Bəs, Hacıbala Abutalıbov? - Onun digər korrupsionerlərdən nəyi əskikdir?...
Hacıbala Abutalıbov istintaqa cəlb oluna bilər - BŞİH-in sabiq Aparat rəhbərinin həbsinin təfərrüatları
Rasim Quliyevin işində ittiham olunan şirkətin rəhbəri DANIŞDI
Vaksin vurduran Xalq artistində COVID-19 aşkarlandı
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"
Xalq artisti: "Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar"
Xalq artisti çağırış etdi: “Mirələmovun əsərləri ilə “Azdrama“nı murdarlamayın!“
"Əli Həsənov dedi ki, ermənilər səndən şikayət edir...“
Küçələrdən qanunsuz pul yığan “AsaParkin”MMC kimindi?
Xalq artisti: “Erməni müğənni mənə zəng etdi, bax Yerəvanda nəyə qulaq asıram"