Polad Həşimovun qızı məzun oldu: "Kaş atam da yanımda olardı"
14-06-2021, 15:49
72

Polad Həşimovun qızı məzun oldu: "Kaş atam da yanımda olardı"

Bu gün Azərbaycanda bütün ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Qeyd edək ki, 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 84 069 nəfər şagird bitirir.
Builki məzunlar sırasında Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova da var.
Aybəniz Həşimova məzun kimi ilk təəssüratlarını Modern.az saytı ilə bölüşüb:
“Mən ibtidai sinifdə oxuyarkən həmişə 11-ci siniflərə həsədlə baxırdım. Düşünürdüm ki, görəsən məzun olub o sırada dayanmaq, tələbə adını qazanmaq necə bir hisdir? Nəhayət mən də həmin hissi yaşadım. Yəqin ki, bütün məzunlar belə düşünür: böyümüşük, artıq orta məktəblə vidalaşmalıyıq. Yəqin  ki, tezliklə fərqli bir mühitə düşəcəyik”.
Ali təhsil almaq planlarından danışan Aybəniz Həşimova deyir ki, 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşır:

“Azərbaycan Tibb Universitetinə hazırlaşıram. Buraxılış imtahanında nəticəm gözlədiyimdən daha da yaxşı oldu. 280 bal topladım.
Tibb elmini, ümumilikdə biologiyanı dərinliyinə qədər öyrənmək istəyirəm. Universiteti də oxumaqda əsas məqsədim budur. Əvvəlcə istəyim odur ki, sevdiyim ixtisas üzrə peşəkarlaşım, daha sonra həmin ixtisas üzrə iş sahibi olum”.

Milli Qəhrəmanın qızı bildirib ki, bu anlarda atasının onun yanında olmasını çox istəyərdi:
“Buraxılış imtahanının nəticələri açıqlananda çox istəyirdim ki, atam da yanımda olsun. Təəssüf ki, belə olmadı. Düşünürəm ki, atam yanımda olsaydı,  həmişəki zaraftalarını edərdi. O, həməşə imtahan nəticəm çıxanda zarafat edir, əhvalımı daha da yüksəldirdi. Atam hər zaman işə yaxşı tərəfdən baxar, mənə dəstək olub, uğuruma sevinərdi”.

Aybəniz Həşimova bütün həmyaşıdlarını məzun günü münasibəti ilə təbrik edib: “Hamısına uğurlar arzulayıram”.

Oxşar xəbərlər

Türkiyədə Polad Həşimova film həsr olundu - VİDEO
Kamil Zeynallı Polad Həşimovun övladları ilə birgə: Qınayacaqlar ki, niyə gülürsünüz? - FOTO
Polad Həşimovun anası Prezidentə təşəkkür etdi - Video
Polad Həşimovun adı küçəyə verildi - FOTO
Bu gün məktəblərdə “Son zəng“dir
Sabah “Son zəng” belə qeyd olunacaq
Polad Həşimovun şəxsi əşyaları muzeyə verildi - FOTO
Polad Həşimovun heykəli hazırlandı - FOTO
Bakıda küçələrin birinə Polad Həşimovun adı verildi
Türkiyədə Polad Həşimovun adını daşıyan park açılacaq
Bakıda Polad Həşimov adına park salınır
Bu şagirdlərə imtahanlarda güzəşt ediləcək
Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı
Metronun yeni stansiyasına Polad Həşimovun adı veriləcək? - Rəsmi açıqlama
Şəhid ailələrinə evi Polad Həşimovun anası təqdim etdi - FOTOLAR
General-mayor Polad Həşimovun məzarı ziyarət edildi
Bakıda Polad Həşimov parkında işlər yekunlaşır - Video
Bu tədris ilində Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlanıb
Daha bir küçəyə Polad Həşimovun adı verildi - FOTOLAR
Üzərində mobil telefon gizlədən 4 nəfər imtahandan xaric edildi
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu - FOTO
Bu il uşaqlara Polad və Xudayar adlarının verilməsi kəskin artıb
Türkiyədə küçəyə Polad Həşimovun adı veriləcək
Bu il “Son zəng” keçiriləcək? – Nazirlikdən REAKSİYA
Bu şəxslər sentyabrda imtahan verəcək - RƏSMİ + VİDEO
Kəlbəcərdə şəhid olan Həsənin qızı TƏLƏBƏ adını qazandı- FOTO
Azərbaycanda bu şəxslər kommunal xərclərdən azad olundu
Qəbul və buraxılış imtahanlarının keçirilmə tarixləri açıqlandı