Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT
14-06-2021, 16:19
56

Azərbaycanda görülməmiş hadisə: Olmayan şirkət tenderin qalibi olub, 49 min pul aldı… – FOTOFAKT

Gəncə Dövlət Universiteti tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Viper” MMC olub.
“Viper” MMC Gəncə Dövlət Universitetinin sifarişi əsasında abadlaşdırma işləri görəcək və bunun qarşılığında 49 min 95 manat 1 qəpik alacaq.
Qeyd edək ki, kotirovka sorğusu 12.04.2021-ci il tarixində elan olunub. Elanda bildirilib ki, kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 12.04.2021-ci il saat 16:00-dan – 16.04.2021-ci il saat 12:00-dək qəbul olunur.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, qalib şirkət “Viper” MMC sənəd qəbulu başa çatdıqdan 7 gün sonra – 24.04.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 30 manat olan “Viper” MMC–nin hüquqi ünvanı Nəsimi rayonu, Dilarə Əliyeva, ev 225, m 54-də yerləşir. MMC-nin qanuni təmsliçisi Həşimova Ayşən Əlizal qızıdır.
Maraqlı məqamlardan biri də odur ki, Gəncə Dövlət Universiteti bu cür qeyri-adi tender müsabiqəsini əvvəllər də keçirib. Belə ki, ötən il Gəncə Dövlət Universiteti “Bazar Trade Rave” MMC-yə “Yumşaq İnventar, yataq ləvazimatları və xüsusi geyimlərin alınması” üçün 195 min 798 manat ödəyib. “Bazar Trade Rave” MMC tender müsabiqəsinin başlamasından təxminən bir ay sonra dövlət qeydiyyatına alınıb. Gəncə Dövlət Universiteti 17.03.2020-ci il tarixində tender müsabiqəsinə başlayıb. “Bazar Trade Rave” MMC isə bir ay sonra 14.04.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.


Oxşar xəbərlər

Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Arzu Rəhimovun ŞÜBHƏLİ TENDER ORTAĞI... - İLGİNC FAKT
Cəmi 8 gün əvvəl yaranan şirkət nazirliyin tenderini qazandı
Ramiz Mehdiyev AMEA-nın mühafizəsini məşhur “generala” tapşırdı
İcra Hakimiyyəti 2 ay əvvəl yaranan və 2 manat kapitalı olan şirkətə 198 min manat ayırdı – MÜƏMMA
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? – FOTOFAKT
Ekologiya Nazirliyi 50 min borcu olan şirkətə 25 min necə verib? - FOTOFAKT
Ramiz Mehidyevin "kantor"unda rəsmən dərəbəylikdir... - Bu qədər də olarmış...
"İçərişəhər" Qoruğunun 100 min manatlıq tenderini udan Teymur Ramizoviç kimdir? – Atası AMEA-da işləyir
Sirli ünvandan boylanan daha bir ŞÜBHƏLİ TENDER... - İLGİNC FAKT
AMEA-dan daha bir şübhə dolu TENDER... - İLGİNC
Məleykə Abbaszadə 3300 divar saatını niyə alır? – TƏBİB-lə DİM rəhbərliyinin dəftərxana biznesi
AMEA-nın 35 min manat ayırdığı şirkətlə bağlı MARAQLI MƏLUMAT - İLGİNC
İnanılmaz tender maxinasiyası: Bir şirkət bir gündə bir qurumdan 5 tender qazandı (FOTO)
Qazaxda tender pozuntusu: Ata və oğulun şirkətləri
Qorxmaz Hüseynovdan Elmar Vəliyevə jest: Daha bir tender
“Sirli ünvan”dakı şirkətlərdən biri bu dəfə 15 min manatlıq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Zaqatala İH-nın sevimli iş adamı: Zeynal İbrahimovla 230 min manatlıq müqavilə
“Sirli ünvan”dakı şirklətlərdən biri bu dəfə BNA ilə əməkdaşlıq edəcək – MÜƏMMALI TENDER
Zaqatala İH-nın sevimli iş adamı: Zeynal İbrahimovla 230 min manatlıq müqavilə
“ƏRDAĞI” MMC daha bir tenderin qalibi oldu - 10 manatlıq şirkətin milyonluq tenderləri ...
Ağstafada büdcə pulları rəsmən TALAN OLUNUR... - FAKT BUDUR!
Bakıdakı “sirli ünvana” bu dəfə 47 min manat getdi - MÜƏMMA
14 il əvvəl ləğv olunan qurum 1,1 milyon manatlıq tender keçirib? - FOTOFAKT
Yeni “tender canavarı”nın şirkətlərini kim himayə edir?...
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
Müəmmalı "tender" lər silsilsindən - “Tender kraliçası”nın şirkətlərini kim himayə edir?..