Subsidiya almaq üçün məlumatları saxtalaşdıranlar və subsidiyanı təyinatı üzrə istifadə etməyənlər cərimələnəcək.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilib.
Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"nda və "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanunun tətbiqi barədə" fərmana edilən dəyişiklikdə öz əksini tapıb.
İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 411.2-ci maddəyə əsasən, fermer tərəfindən "elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq ediləcək və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunacaq.
Dəyişikliyə əsasən Kənd Təsərrüfatı Nazirliyinə kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə tətbiq etmək səlahiyyəti verilib.
Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 12-də imzaladığı Fərmanla "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda edilən dəyişikliyə görə, hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə etməməyə görə inzibati məsuliyyətə cəlb edilmiş fermerlərə növbəti 2 il müddətinə subsidiya ödənilməyəcək.
Bu şəxslər cərimələnəcək - XƏBƏRDARLIQ
14
iyun
21:37

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezident yeni Fərman imzaladı
Bu vəzifəli şəxslər cərimələnəcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Deputatlar toplaşır - 16 məsələ müzakirə olunacaq
Milli Məclisin iclası başladı
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Deputatlar bu gün toplaşır
Deputatlar bu gün toplaşır
Karantin rejiminin pozulmasına nəzarət edən qurumların sayı artırıldı
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur CƏRİMƏLƏNƏCƏK
Deputatlar bu gün toplaşırlar
Deputatlar bu gün toplaşacaqlar - Hərbi vəziyyət ləğv olunur
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Deputatlar bu gün toplaşır
Milli Məclis bu gün toplanır
Plenar iclasın gündəliyi açıqlandı
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Deputatlar bu gün toplaşır
Yeni orden və medallar təsis olunacaq
Milii Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Deputatlar 18 məsələni müzakirə edəcək
Deputatlar bu məsələlərin müzakirəsinə toplaşır
Prezidentdən azad edilmiş ərazilərdəki torpaqlarla bağlı FƏRMAN
Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI
Bu gün Milli Məclisdə bu məsələlər müzakirə ediləcək
Bələdiyyələrlə bağlı iki qanun layihəsi hazırlandı
Milli Məclisin iclası başladı - YENİLƏNİB
Milli Məclis 10 məsələyə görə yeni iclas çağırdı - GÜNDƏLİK
Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib
Saqiyan kəndinin adı dəyişdirildi - FƏRMAN
- Depressiyadan qurtulmağın 3 əsas yolu
- “Microsoft” uşaqların şəxsi məlumatlarını topladığına görə 20 milyon dollar cərimələnib
- Bu qız ömrü boyu bir dəfə də gülümsəməyib
- Bu ilin trend olan ətək modelləri
- Məşhur müğənni mərhum anasının yerinə Həccə getdi
- Dırnağı niyə yeyirlər? - Bu vərdişdən necə qurtulmaq olar?
- Həyatımızı məhv edən tıxaclar – PSİXOLOQ NƏLƏR DANIŞDI?
- Çiyələyin məhsuldarlığını necə artırmaq olar? - Çox sadə
- Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - Əhaliyə XƏBƏRDARLIQ
- Yağ istehsalı müəssisəsində nöqsanlar aşkarlandı - FOTO
- Hər yeməyin yanına yaraşan Gavurdağı salatı
- Əfqanıstanda məsciddə terror aktı törədildi
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Almaniyanın məşhur rok qrupu dağılır
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- İran və Səudiyyə Ərəbistanı yeni koalisiya yarada bilər
- Əfqanıstanda insanların riskli xilasetmə cəhdi: Həyatlarını təhlükəyə atdılar