BNA və DYP hərəkət iştirakçılarına müraciət etdi
14-06-2021, 18:03
47

BNA və DYP hərəkət iştirakçılarına müraciət etdi

İki həftəyə yaxındır ki, Bakı şəhəri müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi etməkdədir.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin birgə açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, 4-6 iyun tarixlərində Formula 1 üzrə Azərbaycan Qran Prisi mükəmməl evsahibliyi ilə reallaşıb. İyunun 12-si tarixində ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.
"Yüksək səviyyəli təşkilatçılıqla yanaşı mötəbər idman tədbirlərinin uğurla keçirilməsində hərəkət iştirakçılarının da nümayiş etdirdiyi anlayışın əhəmiyyətini vurğulayaraq bir daha onlara verdikləri dəstəyə görə təşəkkür edirik. Vətəndaşlarımız müəyyən edilən qaydalara və tövsiyələrə riayət etməklə oyunların, xüsusilə də nəqliyyat tədbirlərinin yüksək səviyyədə reallaşmasına əvvəzsiz dəstək olublar.
Hərəkət iştirakçılarının AVRO-2020 Futbol üzrə Avropa çempionatının 16, 20 iyun və 3 iyul tarixlərində Bakıda keçiriləcək oyunları zamanı da eyni səmimiyyət və anlayış nümayiş etdirəcəklərinə inamımız sonsuzdur.
Xüsusi ilə 16 iyun tarixində Türkiyə-Uels Milli Komandalarının oyunu ilə əlaqədar hərəkət iştirakçılarından müəyyən edilən qaydalara və tövsiyələrə əməl etmələrini xahiş edirik. Qardaş ölkə təmsilçilərinin oyununa marağın böyük olacağını və həmin gün şəhərdə yüksək səviyyəli tədbirlərin keçiriləcəyini nəzərə alaraq hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmağa dəvət edirik.
Xahiş edirik ki, ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsindən istifadə etməyin. Bu, yollarda nəqliyyat vasitələrinin, xüsusən də müntəzəm və ekspres xətlər üzrə avtobusların maneəsiz hərəkəti, lüzumsuz sıxlıqların yaranmaması üçün vacibdir. Həmçinin, avtomobilləri dayanma-durmanın qadağan edildiyi yerlərdə, o cümlədən avtobus dayanacaqlarının ərazisində və avtobus zolaqlarında park etməyin. Rahat və fasiləsiz hərəkətə maneə yaradan avtomobillər qanunla müəyyən edilən qaydada təxliyyə olunacaq.
Məlumat üçün bildiririk ki, biletli azarkeşlərin daşınması mövcud nəqliyyat planına əsasən ekspres marşturlarla icra ediləcək", - deyə müraciətdə qeyd olunub.

Oxşar xəbərlər

Əhaliyə müraciət edildi: Bu gecə saat 01:00-dan 8 iyun saat 06:00-dək...
DYP-dən sürücülərə MÜRACİƏT
Bir sıra istiqamətlərdə ictimai nəqliyyatın hərəkəti dəyişdiriləcək
Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
Metro açılırsa, ekspres xətt avtobusları işləməyəcək? - AÇIQLAMA
BNA: Bakı küçələrində sıxlıq müşahidə olunur
Sabahdan daha bir ekspres marşrut xətti fəaliyyətə başlayır
Sabah bəzi avtobusların hərəkət qrafikində dəyişiklik olacaq
Bakıda "Formula 1"ə görə bu küçə və prospektlər BAĞLANACAQ
Paytaxtda daha bir avtobus “BakıKart”a keçdi
DYP-dən sürücülərə MÜRACİƏT
Qadın həkimi döyən “müharibə əlili”nə cinayət işi AÇILDI - VİDEO
DİN vətəndaşlara müraciət ETDİ
Ötən gün karantini pozaraq cərimələnənlərin sayı AÇIQLANDI
Sabahdan bu məhdudiyyət aradan QALDRILIR
Bakıda daha bir marşrut xətti “BakıKart”a keçir
Şad XƏBƏR! Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək
Daha 12 COVID-19 xəstəsi küçədə saxlanıldı
BNA əhaliyə müraciət etdi: “Diqqətli olaq!“
Bu gün Azərbaycan Qran-prisi başlayır
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır – BNA
Bakıda məktəb direktorundan özbaşınalıq: Karantin qaydaları pozulub - VİDEO
Postlardan icazəsiz keçməyə çalışan 2 225 avtomobil geri qaytarıldı
Daha bir marşrut xətti “BakuBus”a verildi - FOTO
Bu yollarda sürət həddi endirildi
Binəqədi rayonunda xanım sürücünün yolunu kəsən şəxs 20 sutka həbs edildi - DİN
Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər
Bu şəxslərin quru yolla Azərbaycana daxil olmasına icazə verildi - RƏSMİ
Avtomobilinizi qadağan olunmuş yerlərdə saxlayıb tıxac yaratmayın - BNA
Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır