Yaxın günlərdə AZƏRSU-da sərt cəzalandırmalar olacaq – Həbslər gözlənilir
26-07-2020, 14:51
339

Yaxın günlərdə AZƏRSU-da sərt cəzalandırmalar olacaq – Həbslər gözlənilir

“Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin dövlət Proqramlarının icrası zamanı büdcədən aldıqları vəsaitlər ciddi təftiş olunacaq, qurumların fəaliyyəti yoxlanılacaq və sərt cəzalandırmalar olacaq.
GÜNDƏLİK BAKI-nın əldə etdiyi məlumata əsasən son dövrlər bu qrumlar tərəfindən hökumətə Dövlət İnvestisiya Proqramından müxtəlif məqsədlər üçün vəsaitlərin ayrılması ilə bağlı təqdim olunan infrastruktur və digər layihələrin heç bir əsaslandırılması olmayıb.
Mənbənin bildirdiyinə görə, əsas məqsədin dövlət vəsaitinin mınimsənilməsi olan bu addımlar aidiyyatı üzrə araşdırılacaq və sərt cəza tədbirləri həyata keçiriləcək. Buna əsas səbəblərdən biri idə iri həcimli investisiya layihələrinin səmərəsiz olması və böyük ehtimalnan dövlət vəsaitinin mənimsənilməsi və aidiyyatı üzrə istifadə olunmamasıdır.

Heç bir texniki iqtisadi əsaslandırılması olmadan “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-dən büdcədən maliyyə ayrılması ilə bağlı daxil olan müraciətlər mütəşəkkil şəkildə araşdırılacaq.

Eyni zamanda bu iki qrum tərəfindən heç bir dəyərləndirmə və əsaslandırması olmadan maliyyə ayrılmaları ilə bağlı müraciətlərini müsbət qarşılayan qurumların da fəaliyyəti ciddi yoxlanılacaq.
Bu günə qədər “Meliorasiya və Su Təsərrüfatı” ASC və “Azərsu” ASC-nin dövlət vəsaiti hesabına keçirdiyi layihələr bir çox hallarda səmərəsiz olub və bu məsələ artıq ölkə başçısının diqqətindədir.
Qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda yeraltı içməli su ehtiyatına görə Gürcüstan və Ermənistandan geri qalır. Mənbədən əhaliyə verilən içməli suların böyük bir hissəsi itkiyə gedir. Bu sahədə ölkənin su balansı strategiyası yoxdur.

Xatırladaq ki, Bakı, Gəncə və bir sıra iri şəhərlərin içməli su və kanalizasiya sistemi keçmiş SSRİ dönəmində çəkilmiş sistemdir. Sonradan müxtəlif yerlərdə aparılan bəzi infrastruktur işlər isə insanların içməli suya olan ehtiyacını nəinki ödəməyib, hətta bəzi iri yaşayış məntəqələrində əhalinin susuz qoyub. Belə ki, Gəncə və Sumqayıtda gün ərzində əhaliyə 2 saat səhər, 3 saat axşam olmaqla 5 saat içməli su verlir. Bir sıra yaşayış məntəqələrində isə çirkab suların xətlərinə, kanalizasiya xidmətinə görə ödəniş alınsa da bu istiqamətdə heç bir xidmət göstərilmir.

Oxşar xəbərlər

Maliyyə Nazirliyi məlumat yaydı: Ərzaq və su təhlükəsizliyi gücləndirilir
Əhmədzadənin subartezian biznesi
"Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
Məmur oğlunun bahalı avtomobil kolleksiyasının fotoları yayıldı: Bu pullar hardandır?
Bakıda və digər şəhərlərdə 15 günlük sərt karantin rejimi başlayıb - Qadağalar
Xarici borcumuz böhranlı həddən iki dəfə azdır - ekspert danışır
İlham Əliyev Biləsuvara 455 min manat ayırdı
Nazirlər parlamentə toplaşacaq
Prezident 700 min ayırdı
Prezidentdən 62 916 nəfəri sevindirəcək SƏRƏNCAM
Novruz Məmmədov nazirləri topladı
Camaat susuz, o isə özünə maşınla su gətizdirir
Məmurlardan müsadirə olunan əmlakın aqibəti necə olacaq?
Eldar Həsənov apellyasiya şikayəti verib
Suvarma pullarını yeyən daha bir AKULA... - Büdcə pullarının izi ilə...
Azərsu-da dəhşətli faktlar
Paytaxtın bu ərazisində su olmayacaq
Əhmədzadəyə qarşı gizli ittifaq: - Zakir Quliyevin faciə karxanasından FETO əlaqələrinədək
SOCAR-ın Prezidentin çıxışına absurd və gülməli cavabı: “Prezident İlham Əliyevin SOCAR-a ünvanlanan tənqidini “dəqiq və haqlı” sayırıq”...
Prezident bu dövlət qurumuna pul ayırdı
“Azərsu”-nun korrupsioner Mingəçevir rəisi bu dəfə Prezidentə qarşı: SAHİBKARLAR ŞƏHƏRİ TƏRK EDİRLƏR
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Əhməd Əhmədzadənin həbsi gözlənilir-Yüz milyonları mənimsəyən Əhmədzadə, Zakir Quliyev, Cahan Məmmədov qanun qarşısında cavab verəcəklər
Sərtləşdirilmiş karantin günlərində bu sahələrin işləməsinə icazə verildi - SİYAHI
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Bu rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq
Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR
Sərt karantin günlərində apteklər hansı hallarda fəaliyyət göstərə biləcək?
UEFA-dan Rebiçə sərt cəza
Əhmədzadəyə bunu heç bağışlamaq olmaz... - VİDEO