Çingiz Mustafayevin anım günüdür
15-06-2021, 15:29
44

Çingiz Mustafayevin anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, telereportyor Çingiz Mustafayevin anım günüdür.
Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.
Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq, 215 kl studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı və yaradıcısı olub.
Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə, 215 kl studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə pərvəriş tapıb.
Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıyıb. Çingiz Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalıb.
O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Cəbhədə bir əsgər, bir zabit və hətta bir komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə, Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.
Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də şəhid olub. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürməyib.
Qeyd edək ki, Çingiz Mustafayev 1993-ci ildən Azərbaycanın Milli Qəhrəmanıdır.

Oxşar xəbərlər

Çingiz Mustafayevin anadan olmasının 60-cı ildönümüdür
ANS bərpa olunur — RƏSMİ
Yunus Oğuzun “Çingiz xan” romanı çapdan çıxdı
Akademik Zərifə Əliyevanın anım günüdür
Vahid Mustafayev ATV, Real TV və ARB-ni “vurdu“
Bakıda ŞOK OLAY: Həkim müalicə üçün gələn qadına təcavüz etdi
“Bu pozğun ünsürlər şəhid ailələrinə catacaq pulları mənimsəyirlər...“ - Çingiz Abdullayev
“Sən “Ayebe”nin binasının bir hissəsini striptiz kluba...” – Çingiz Abdullayevə sərt ittiham
Çingiz Əsgərova yeni vəzifə verildi
Qarabağda iş başında şəhid olan jurnalistlərimiz (SİYAHI)
Siyavuş Aslanın oğlu küçədə yaşayır - Video
Anım Günü ilə bağlı qanunvericiliyə dəyişiklik edilir
“Çingiz o evləri dağıtdı, bu gün 5 milyona satmaq olardı” - VİDEO
Çingiz Qənizadənin çıxışı Türkiyə mediasında - VİDEO
Çingiz Əhmədov oğlunun aktrisa ilə nişanlanmasından danışdı: “Arxalarında dayanmışam“
“Qoy bir-birlərini məhv etsinlər” – Çingiz Abdullayev
Nəcməddin Sadıkovun yerinə Kərəm Mustafayev gətirilir?
Akademik Zərifə Əliyevanın doğum günüdür
Çingiz Aytmatovun həyat yoldaşı koronavirusdan vəfat etdi
Eldar Mahmudovun bankiri həbs oluna bilər - Çingiz Əsədullayevin ölkədən çıxışı yasaqlanıb
"Ombudsmana şans verilməsini istərdim" - Çingiz Qənizadə
Azərbaycanda tanınmış bankir daha bir vəzifədən istefa verir
“Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızının doğum günüdür
Azərbaycanda kütləvi dava: 3 nəfər bıçaqlandı
Dövlət Muzeyində illüstrativ tender
Özünü vəzifəli şəxsi kimi təqdim edən şəxs həbs edildi
Salatın Əsgərovanın şəhid olmasından 30 il keçir - ANIM
Səhiyyə Nazirliyinin baş nevroloqu vəfat etdi
Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
Vaqif Mustafayevin "Sadə Həqiqətlər" verilişi bağlandı