İş adamının "Range Rover"lə 4 nəfəri öldürən kürəkəni haqda YENİ İDDİALAR
15-06-2021, 16:18
52

İş adamının "Range Rover"lə 4 nəfəri öldürən kürəkəni haqda YENİ İDDİALAR

Bakıda 4 nəfərin ölümünə səbəb olan “Range-Rover”in sürücüsü Elşad Kəlbəliyevlə bağlı yeni məlumatlar əldə etmişik.
Gündəlik Bakı Musavat.com-a istinadən xəbər verir ki, “Qurtuluş-93” MMC-nin rəhbəri, iş adamı Məhərrəm Ağayevin kürəkəni olan Elşad Kəlbəliyev həm də onun bacısı oğlu imiş.
Məlumatda deyilir ki, indi bacısı M.Ağayevdən dayılıq və qayınatalıq edərək onun işinin yüngülləşdirilməsi üçün əlindən gələni əsirgəməməyi xahiş edib. Hətta iddialara görə, MMC rəhbəri kürəkəni üçün psixoloji problemlərinin olması barədə tibbi arayış almağa, cinayət işinin mahiyyətini yumşaltmağa çalışır. Onun bacısına söz verdiyi, Elşadı xilas etmək üçün dəridən-qabıqdan çıxdığı iddia olunur.
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov araşdırmalarla qəza törədən “Range Rover”in sükanı arxasında Elşad Kəlbəliyevin olduğunu müəyyən edildiyini bildirib. Həmçinin müəyyən olunub ki, E. Kəlbəliyev avtomobili sərxoş vəziyyətdə idarə edib.
E. Kəlbəliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Hadisə iyunun 14-də gecə saat 1 radələrində Binəqədi rayonunun Novxanı bağlar sahəsində baş verib. Abşeron rayon sakini Elşad Kəlbəliyevin idarə etdiyi “Range Rover” və Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daewoo Damas” markalı avtomobillər toqquşub.
Nəticədə M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb, E.Kəlbəliyev və sərnişini Ə.Əliyevə xəstəxanada tibbi yardım göstərildikdən sonra Binəqədi RPİ-yə gətiriliblər.

Oxşar xəbərlər

"Range Rover"lə 4 nəfəri öldürən Elşad Kərbalayev deyil? - RƏSMİ AÇIQLAMA
Dörd nəfərin ölümünə səbəb olan Elşad klub prezidenti imiş... - Fotolar
“Range Rover”i Elşad Kərbalayevin sürdüyü təsdiqləndi - Həbs edildi (Yenilənib)
Hacı Məhərrəmin kürəkəni “Range-Rover”lə 4 nəfəri vurub öldürdü - FOTO
Bakıda “Range Rover” 5 avtomobilə çırpıldı - Foto
Məşhur iş adamı Range-Roverlə 4 nəfəri vurub öldürən kürəkəni haqda DANIŞDI: - “O, içən adam deyil, maşın sürmür”
Müğənni əsgərin “Range Rover“ sürmək arzusunu yerinə yetirdi
Rektor 1 milyona ev, 440 min manata cip aldı
Bakıda 10 PP 400 nömrəli "Rang Rover" qaydanı belə pozdu - VİDEO
DİN-də yüksək vəzifəyə TƏYİNAT
Azərbaycan polisi 28 il sonra Şuşada xidmətə başladı
Bakıda "Land Rover" yandı
Vilyam Hacıyevin "Bentley", "Range Rover"i haradadır? - İLGİNC
Bakıda kriminal: Bir ailənin 3 üzvü vuruldu
Bakıda quzu ilə gəzmək qadağandır - DİN-dən AÇIQLAMA
Həbs edilən Vidadi Muradovun oğlu vəzifəsindən istefa verib? - AÇIQLAMA
Ağdamda komendant saatı tətbiq olunacaq
Nazir Rövşən Əkbərovun bacısı oğluna yeni VƏZİFƏ VERDİ
"Space" TV-nin yeni rəhbəri məlum oldu
Bərdədə polis əməkdaşı vətəndaşın həyatını xilas edərkən bıçaqlanıb
Əli Həsənovun polis olan daha bir qohumu İŞDƏN ÇIXARILDI
Daxili İşlər Nazirliyi şəhid ailələrindən üzr istədi
DİN-dən “Nida”çı gəncin saxlanılması ilə bağlı AÇIQLAMA
Ramiz Mehdiyevin kürəkəni özünə BMW X6 aldı - FOTO
Şəhidin ikinci övladı doğuldu, atasının adını verdilər - FOTOLAR
DİN-dən intihar etmək istəyən hərbi formalı şəxslə bağlı AÇIQLAMA (VİDEO)
Belarusda etirazların dağıdılmasını göstərən telekanalın fəaliyyəti dayandırıldı
Ermənistanın yeni XİN rəhbəri azərbaycanlı imiş - Hacıqabuldandır
10 minlik oğurluq etdi, tutuldu...
Rüfət Səfərovu ölümlə hədələyən şəxs polisə aparılıb