Yad ölkədə qala bilmədi, vətənində şəhid oldu - Bu gün onun doğum günüdür
15-06-2021, 20:03
60

Yad ölkədə qala bilmədi, vətənində şəhid oldu - Bu gün onun doğum günüdür

“Hərbi xidmətə gedəndə deyirdi ki, qayıtmayacağam. Sanki şəhid olacağı ürəyinə dammışdı”.
Bu sözləri İkinci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalmış Əli Vəliyevin nənəsi Sara Vəliyeva deyib.
Vəliyev Əli Kamran oğlu 15 iyun 2002-ci il tarixində Sumqayıt şəhərində anadan olub. Bu gün onun doğum günüdür. Yaşasaydı, 19 yaşını qeyd edəcəkdi.
Əli 7 yaşında ikən anasını itirib. Onu nənəsi Sara xanım böyüdüb.
Sara xanım deyir ki, Əli qürurlu uşaq olub: “Heç kimin qabağında əyilməzdi. Həmişə sözünü deyərdi”.
Nənəsinin sözlərinə görə, Əlinin əmisi onu özü ilə Rusiyaya aparıb. Amma Əli yad ölkədə duruş gətirə bilməyib: “Çox az qaldı orada. Qayıdıb gəldi. Ölkəsini, yaşadığığı şəhəri sevirdi. Arzusu hərbçi olmaq idi. Ona görə də hərbi xidmətə həvəslə getdi. Amma gedəndə...” Burada susur şəhid nənəsi.
Daha sonra bildirir ki, Əli iyul ayında hərbi xidmətə yollanıb: “Hələ onda müharibə başlamamışdı. Goranboyda xidmət edirdi. Bir neçə dəfə yanına getmişdik. İstəmirdi çox gələk yanına. Deyirdi ki, nənə, sizə əziyyət vermək istəmirəm. Sonuncu dəfə müharibə başlamamışdan az əvvəl getdik yanına. Açığı, bu dəfə özü çağırmışdı. “Sizi görmək istəyirəm” demişdi. Müharibə vaxtı isə əlaqəmiz kəsildi. Cəmi bir dəfə danışa bildik. Onda da mənə ürək-dirək verirdi, "narahat olmayın" deyirdi. Çox az danışdıq. “Uşaqlar çağırır” deyib getdi. O gedən getdi balam”.
Əli Vəliyev Suqovuşan uğrunda gedən döyüşlərdə sinəsindən 3 güllə yarası alaraq şəhidlik zirvəsinə ucalıb. Ailəsinin əvvəlcə bunda xəbəri olmayıb. Sadəcə zəng vurmaması atası Kamran Vəliyevi narahat edib.
“Sumqayıtın hərbi komissarlığına getdik. Bizi Müdafiə Nazirliyinə yönəltdilər. Ordan da dəqiq bir cavab demədilər. Sonra atası Bərdəyə getdi. Getməmişdən əvvəl məndən soruşdu ki, Əlinin bədənində hansısa nişanə varmı? Atası düşünürdü ki, birdən uşaq tanınmaz halda ola bilər. Atası bunu məndən soruşanda gözlərim qaraldı, tez soruşdum ki, Əli şəhid olub? Məni sakitləşdirdi. Amma atası artıq bilirdi ki, Əli şəhid olub”, - Sara nənə sözünü tamamlaya bilmir.
Nənəsinin sözlərinə görə, Əlinin nəşi yalnız noyabr ayında tapılıb: “Amma o, müharibənin ilk vaxtlarında şəhid olub. Noyabrda razılaşmadan sonra bizimkilər döyüş meydanından meyitləri götürməyə başladılar. Birinci dəfə getdik, Əli ölənlər arasında yox idi. Sonra Sumqayıt Şəhər İcra Hakimiyyətindən zəng gəldi. Əlinin atasını soruşdular. Dedim nə deyəcəyinizi bilirəm, ona görə də mənə də deyə bilərsiniz. Lakin heç nə demədilər. Atası ilə danışdılar. Bundan sonra atası mənə “gedirəm Əlini gətirməyə” dedi və artıq əmin oldum ki, balam şəhid olub”.
Sara Vəliyeva deyir ki, nəvəsinin nəşi gətiriləndə yerli hakimiyyətin nümayəndələri, qonşular, Əlinin dostları ayaqda olub: “Mən hər kəsə təşəkkür edirəm. Xüsusilə, qonşularımıza, Əlinin dostlarına. Hökumətdən də narazılığım yoxdur. Sağ olsunlar, gəliblər, baş çəkiblər, maraqlanıblar”. 
Sumqayıtın Şəhidlər Xiyabanında dəfn edilən Əli Vəliyev Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sora "Vətən uğrunda" medalı ilə təltif olunub.





Oxşar xəbərlər

22 yaşında şəhidlik zirvəsinə ucalan Qürbət Tarverdiyevin doğum günüdür
Bu gün Aprel şəhidinin doğum günüdür
Xocalı soyqırımına görə doğum gününü qeyd etməyən şəhid Məzdək Eyvazlı - VİDEO
Şəhid kapitan Nəcməddin Savalanovun doğum günüdür
“Telefonuma zəng çatmasa bilin ki, getdim...” – Füzulidən Qubadlıyacan + Video
"Atam arzularımı yarımçıq qoyub getdi" - Şəhid övladı (VİDEO)
Ölümünü əvvəlcədən duyaraq atasına vəsiyyət edən şəhid
Bu gün Mübariz İbrahimovun doğum günüdür
Düşməndən alınan ilk posta girən qəhrəmanımız - FOTO
Bu gün şəhid general-mayor Polad Həşimovun doğum günüdür
19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi (VİDEO)
Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO
“Vətən uğrunda” medalı ilə təltif edilən 18 yaşlı şəhid Bayraqdarov
Tərxis olunmasına bir neçə gün qalmış şəhid olan əsgər - VİDEO
Ölümündən sonra dörd medalla təltif olunan qəhrəman döyüşçü - Video
“Bu gün mənim yox, Ağdamın doğum günüdür“ - Əli Mirəliyev
Şəhid əsgərimiz dəfn olundu
8 saat ermənilərlə döyüşən şəhid komandirin doğum günüdür
Şəhidimizin xanımından Gədəbəyin icra başçısına İTTİHAM... - "Bizə bir qarış torpağı da qıymadı"
Şəhidimizin ailəsinə yazdığı son məktub
Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə QAYITDI
Bu gün şəhid Romin Əliyevin doğum günüdür - VİDEO
Otuz yaşı olacaq  müstəqil  Azərbaycanın 17 illik səhiyyə naziri  Oqtay Şirəliyev getdi-  GEM-in direktoru Sara Həsənova niyə təlaş keçirir ?
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
Səfərbərlik Xidməti yeni məlumat yaydı
Anasını doğulanda, atasını isə müharibədə itirən Adəmin həkimə ehtiyacı var
Azərbaycanda bu gündən hərbi xidmətə çağırış başladı
Döyüş yoldaşlarını mühasirədən xilas edib özü şəhid oldu - Video
“Annanın erməni əri Arturu hər gün döyürdü, ona zülm edirdi” (AÇIQLAMA)
Vətən Müharibəsində ilk bayraq ucaldan şəhidimiz - Video