“Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq” - İlham Əliyev
15-06-2021, 18:14
62

“Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq” - İlham Əliyev

“Bu gün azad edilmiş Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Çünki bu səfər Azərbaycanda səbrsizliklə gözlənilirdir və bilirəm ki, böyük maraq doğurur. Bu gün buradan, qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq. Bunun böyük əks sədası olacaq”. 
Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.
“Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaq. Şuşa şəhəri işğaldan keçən ilin noyabrın 8-də azad edilib. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayaları görərkən başa düşür ki, alınmaz qala sayılan bu şəhəri azad etmək böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq, fədakarlıq tələb edirdi. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı, Azərbaycan bayrağını ucaltdı. Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir”, deyə dövlət başçısı qeyd edib. 

Oxşar xəbərlər

"Şuşanın azad edilməsi Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi" - Ali Baş Komandan
"Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm" - Prezident
“Övladlarımız əlbəyaxa döyüşlə Şuşada bayraq qaldırdı” - Ali Baş Komandan
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
İlham Əliyev Ərdoğanla birgə Şuşaya gedəcək? - Düşmənə növbəti zərbə
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak etdi - VİDEO
"Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi"
Şuşa işğaldan azad olunanda ermənilər Qarabağ arzularının xülyaya çevrildiyini anladılar...
“Dünən gecə Şuşada qalmağa qərar verdik, çünki...” - İlham Əliyev
Ərdoğanla Baxçalının Şuşa səfəri böyük dövlətlərə mesajdır - Türkiyənin cavabı sərt olacaq
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi - SƏRƏNCAM
Prezident göstəriş verdi: Füzulidən Şuşaya yol çəkilir
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
Azərbaycan Ermənistanı əməkdaşlığa dəvət edir – “Ədavətə son qoymalıyıq”
Əziz Şuşa, iyirmi doqquz ildən sonra 8 mayı azad qarşılayırsan – FOTO
"Şuşaya çəkilən yol tarixi, Qələbəyə aparan yoldur” - Prezident İlham Əliyev
Dünya hərb tarixinə düşən unikal əməliyyat: Ordumuz Şuşanı bu cür aldı
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər
"Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək zirvəyə qaldırır" - Prezident
İsa Qəmbər İlham Əliyevi təbrik etdi
Şuşa necə azad edildi? - Əsgərlərimizin misli görünməmiş igidliyi - VİDEOLAR
İlham Əliyev: “Mənfur düşmən bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib”
Bu bina Şuşanın tacı olacaq - FOTOLAR
"Bizim hədəfimiz Şuşa idi, zəfərimiz də Şuşa oldu" - Ali Baş Komandan
İş adamı qaziyə maşın hədiyyə etdi
"Dünyada Şuşaya bənzər şəhər görməmişəm" - İlham Əliyev
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
"Cıdır düzündə paxlava ilə çay içirəm" - İlham Əliyev
Şuşa belə azad edilib: Gecə xüsusi təyinatlılarımız meşəlikdən şəhərə daxil olub
"Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik" - Azərbaycan lideri