"Ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər" - XİN
16-06-2021, 11:19
46

"Ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər" - XİN

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb.
L.Abdullayevaya ünvanlamış sualı və XİN sözçüsünün cavabını təqdim edirik:
- Ermənistan XİN-i Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa səfərini şərh edərək, bu səfəri sülh və təhlükəsizliyə təxribat kimi qiymətləndirib və “Türk-Azərbaycan təcavüzü” ifadəsini işlədib. Bu açıqlamaya münasibətinizi öyrənmək istərdik.
- Öncə qeyd etmək istərdik ki, qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan XİN-in həddi deyil.
Qeyd etdiyiniz açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.
Ermənistan XİN-inə öz ölkələri də daxil olmaqla, üç ölkə liderləri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib.

Oxşar xəbərlər

Azərbaycanla Ermənistan arasında viza məsələsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan XİN Ermənistana cavab verdi
Azərbaycan XİN Ermənistana cavab verdi
İranın Şuşa təbriki
Rəsmi Bakıdan Ermənistan XİN-ə cavab
Azərbaycan Türkiyənin addımlarını qətiyyətlə dəstəkləyir – XİN
XİN Paşinyana şeirlə cavab verdi
Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verib
“Ermənistan muzdluları gətirməklə terrorçuluğu nümayiş etdirir” - XİN
"Digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik" - Prezident
Şuşa işğaldan azad edildi – Prezidentdən şad xəbər
“Azərbaycan təkbaşına öz ərazilərini azad edə bilər” - Çavuşoğlu
XİN-dən düşmənin törətdiyi təxribatla bağlı AÇIQLAMA
"Mən Ali Baş Komandan kimi əmr etdim ki..."
Livan Azərbaycana təşəkkür etdi
Siyasi partiya sədrləri bu gün azad edilmiş torpaqlara gedir
XİN-dən Ermənistan prezidentinə cavab
Azərbaycan XİN-dən Fransa və Kanadaya XƏBƏRDARLIQ
XİN-dən Ermənistanın yalanıyla bağlı AÇIQLAMA
“Ermənistan siyasi rəhbərliyinin bu oyunları nəticəsiz qalacaq”
Azərbaycanlı məcburi köçkünlər azad olunan ərazilərə nə vaxt qayıdacaq? - Rusiya XİN
Prezident Qarabağın statusu məsələsini tarixin zibilliyinə yollayıb - XİN
“Bu iddialar tamamilə əsassızdır” - Rəsmi Bakıdan Ermənistana CAVAB
XİN: Ermənistanın Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə hörmət nümayiş etdirmək cəhdi riyakarlıqdır
Azərbaycan erməni zəvvarları Xudavəng monastırına niyə buraxmadı?
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
“Sübut edilib ki, ordumuz muzdlu əcnəbilərlə mübarizə aparır” - Anar Eyvazov
Azərbaycan ABŞ Dövlət Departamenti və Konqresə məktublar ünvanlayıb - RƏSMİ
İrandan Ərdoğanın çıxışına daha bir reaksiya: "Şeir oxumaqla..."
Xankəndinə qanunsuz gələn erməni rəsmiləri necə məhv etməli?