Bu yollar tam bağlıdır - Sürücülərin NƏZƏRİNƏ
16-06-2021, 12:29
45

Bu yollar tam bağlıdır - Sürücülərin NƏZƏRİNƏ

Avro 2020 Avropa futbol çempionatının bu gün Olimpiya stadionunda keçiriləcək Türkiyə-Uels oyunu zamanı bağlanacaq küçə və prospektlər açıqlanıb.
Bakı Şəhər BPİ DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Olimpiya stadionu, ona bitişik olan bütün ərazilər polis əməkdaşları tərəfindən tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejimi ilə xidmət təşkil edilib.
Qardaş Türkiyə və digər ölkələrdən gələn çoxsaylı azarkeşlərin, qonaqların, tamaşaçıların rahat və təhlükəsiz hərəkətinin təşkil edilməsi eləcə də qonaqpərvərlik mühitinin yaradılması üçün Bakı Şəhər Dövlət Yol Polisi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə müraciət edir.
Olimpiya stadionu və ya Böyükşor bulvarı istiqamətində olan Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən eləcə də H.Əliyev prospektilə 3 saylı Asan Xidmət yanından və Hava Limanından mərkəzə doğru H.Əliyev prospektindən Olimpiya stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur.
Əvvəlcədən məlumat verildiyi kimi təkrarən bildirik ki, qeyd edilən istiqamətə futbol üzrə təşkilat komitəsi tərəfindən xüsusi tanınma nişanları ilə təchiz edilmiş nəqliyyat vasitələri göstərilən giriş üzrə hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələrilə bu istiqamətə doğru hərəkətin mümkünsüzlüyünü nəzərinizə çatdıraraq, ictimai nəqliyyat vasitələrilə hərəkət etməyi tövsiyə edirik.
Məlum olduğu kimi azarkeşlərin Q.Qarayev metrostansiyası yanından, S.Vurğun adına parkın qarşısından xüsusi ayrılmış ekspress avtobuslarla azarkeşlərin daşınması, piyadaların isə Koroğlu metrostansiyasından nəzərdə tutulur.
Oyunun başlanılması pik saatına təsadüf etdiyi üçün bu müddətdə süni sıxlığın yaşanma ehtimalını nəzərə alaraq şəxsi avtomobillərdən istifadə etməməyi və avtobuslarla hərəkət edərkən tibbi qoruyucu vasitələrdən istifadə edilməsi tövsiyə olunur.
İnanırıq ki, hər zaman olduğu kimi bu gündə vətəndaş-polis həmrəyliyi bu oyunun da yüksək səviyyədə keçirilməsinə şərait yaradacaqdır. Bir daha hər kəsə daha diqqətli, ayıq-sayıq olmağı və təhlükəsizlik qaydalarına riayət etməklə nizam-intizamlı olmağı tövsiyə edirik.

Oxşar xəbərlər

Dövlət Yol Polisindən AVRO-2020 ilə bağlı əhaliyə MÜRACİƏT
Azarkeşlər Bakı Olimpiya Stadionuna toplaşır - FOTOLAR
Avro-2020: Bu gün Türkiyə millisi Bakıda meydana çıxır
Avro-2020-də ikinci gün: Bakıda futbol həyəcanı
Bu avtomobillər Bakı Olimpiya Stadionuna buraxılmayacaq - RƏSMİ
Yol polisi paradla bağlı sürücülərə müraciət edib
"AVRO-2020"nin Bakıdakı oyunlarına bu tarixdən bilet almaq olar
Azərbaycana gələcək azarkeşlər karantinə alınacaq?
DYP yolların buz bağlaması ilə bağlı sürücülərə müraciət etdi
Azərbaycan polisindən Neftçi-Qalatarasay oyunu haqda açıqlama
Bu tarixlərdə şənbə və bazar günləri ictimai nəqliyyat və metro işləyəcək
Bakıda "Formula 1"ə görə bu küçə və prospektlər BAĞLANACAQ
Sürücülərin DİQQƏTİNƏ: Bu küçə və prospektlərdə hərəkət çətinləşib - FOTO
"Neftçi" - "Qalatasaray" matçında tribunalar belə olacaq - Fotolar
DİN "Neftçi" - "Qalatasaray" qarşılaşması ilə bağlı vətəndaşlara müraciət edib
Bakıda yol qəzası tıxaca səbəb oldu
Sabah Bakıda bu yollar tam bağlı olacaq - Siyahı
Türkiyənin oyununa nə qədər bilet satılıb?
Prezident Tomas Baxı təbrik etdi
Bu şəxslərin quru yolla Azərbaycana daxil olmasına icazə verildi - RƏSMİ
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olundu - FOTOLAR
AVRO-2020: İsveçrə matçında hesab açıldı
“Qalatasaray“ sabah Bakıya gələcək
Bakıda avtomobillərin hərəkəti çətinləşdi - Yol polisindən müraciət + Video
AVRO-2020: Bakıdakı oyunlar üçün biletlər satışa çıxarılır
Sürücülərə 10 manat cərimə xəbərdarlığı
AVRO-2020-nin kuboku Bakıya gətirilir: Məşhurlar da gəlir
Bakıdakı oyunlara 45 min bilet satılıb – AVRO-2020
Sabah bu küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq
DYP-dən sürücülərə MÜRACİƏT